From Wikipedia, the free encyclopedia
Mehdiqulu xan Qacar — 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi. Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı.
Bu məqalə qaralama halındadır. |
Mehdiqulu xan Dəvəli-Qacar | |
---|---|
İrəvan xanlığının VII xanı | |
iyun 1805 – avqust 1806 | |
Əvvəlki | Məhəmməd xan |
Sonrakı | Əhməd xan Müqəddəm |
Şəxsi məlumatlar | |
Dini | islam |
Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.
Mehdiqulu xan İrəvanda hakimiyyətdən götürülərək, şahın digər qohumu marağalı Əhməd xan Müqəddəmə ilə əvəz olundu. Yeni hakim ilk olaraq oğlunu 1000 nəfərlik qoşunla İrəvana göndərdi. Lakin Mehdiqulu xan onu İrəvana buraxmaq istəməmişdi. Bu xəbəri eşidən Əhməd xan şahın göstərişi ilə avqust ayının əvvəllərində 500 süvari və 4 topla Təbrizdən İrəvana doğru hərəkət etdi. Əlacsız qalan Mehdiqulu xanın şahın əmrinətabe olmaqdan başqa çıxışyolu qalmadı. Beləliklə, 1806-cı ilin avqustunda marağalı Əhməd xan İrəvan hakimliyinə başladı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.