From Wikipedia, the free encyclopedia
Şeyx Müfid (ərəb. الشيخ المفيد) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi[1]; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim.
Şeyx Müfid | |
---|---|
Məhəmməd ibn Məhəmməd ibn Nöman | |
Doğum tarixi | |
Doğum yeri | Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti[1] |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bağdad, İraq, Ərəb Xilafəti[1] |
Milliyyəti | Ərəb |
Elm sahəsi | İslam |
Tanınmış yetirməsi | Şeyx Tusi |
Tanınır | Şeyx Müfid, Nöman əl-Bağdadi |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir.[2] Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır.[1]
İlk təhsilini öz ailəsində almışdır. Valideynləri dini savada malik şəxslər olmuşlar. Daha sonra Bağdada gedərək təhsilini orada davam etdirmiş və kəlam, fiqh və üsul sahəsində öndə olan bir şəxs kimi yetişmişdir. Hədis elmini çox yaxşı öyrənə bildiyinə görə artıq 5 yaşında o dövrün məşhur alimlərindən İbn Əbu İlyas'dan hədis nəql etmək üçün icazə almışdır. 8 yaşı tamam olmamış o dövrün alimlərindən İbn Səmmak'dan hədis rəvayət etməyə başlamışdır.[1][3]
Bağdadda 70-dən çox müəllimdən dərs almışdır. Onlardan bəziləri :
Ərəb Xilafəti'ndə Raşidi xəlifələrin hökumətindən sonra sıra ilə hakimiyyətə gələn Əməvilər və Abbasilər sülaləsi dövründə bütün xilafət ərazisində on iki şiə imamları və onların tərəfdarları (şiələr) təqib olunur, həbs olunur və öldürülürdülər. Şeyx Müfid dönəmində, yəni X–XI əsrlərdə isə Ərəb Xilafəti'nin İraq başda olmaqla bir çox ərazilərdə təsir qüvvəsi azalmışdı. İsmaili şiəsi olan Fatimi xəlifələr Misir'də, Seyfi dövlə Həmdani xəlifələr Şamda, şiə Buveyhilər sülaləsi isə İran və İraq'da hakimiyyəti ələ keçirmiş və nəticədə şiə alimləri və əhalisi rahat fəaliyyətə keçmişdilər.
945-ci ildə şiə Əhməd Muizuddövlə Bağdad'da hakimiyyəti ələ keçirmiş və Buveyhilər sülaləsi haimiyyətə gəlmişdir. Bu hadisədən sonra İraq şiələri daha rahat şəkildə fəaliyyət göstərməyə başlamışdır. Bu zamana qədər gizli şəkildə təşkil olunan və qeyd olunan Aşura mərasimi və Qədir-Xum bayramı ilk dəfə olaraq HQ. 352-ci ildə rəsmi şəkildə təşkil olunmuş və qeyd edilmişdir. 978-ci ildə Buveyhilər hökumətinin başına Azududdövlə keçdi və bununla İraq şiələrinin fəaliyyəti, azadlığı daha da artdı. Bütün bu yaşananlarla yanaşı Şeyx Müfid də şiə aləminin başçılarından birinə çevrilmişdir. Azududdövlə'nin vəfatından sonra isə Buveyhilər sülaləsi hökuməti zəifləməyə, şiələrə qarşı təzyiqlər isə yenidən artmağa başlamışdır. HQ. 381-ci ildə Ərəb Xilafətində Abbasi Qadir'in hakimiyyətə gəlməsindən sonra isə Buveyhilər sülaləsi hökumətinin gücü daha da azalmış və məzhəb münaqişələri yenidən qızışmışdır. Şüyx Müfid isə bütün bu hadisələrlə yanaşı öz rəhbərliyini davam etdirir və istər dini sahədə istərsə də siyasi sahədə öz fəallığını qoruyub saxlamışdır.[1]
Bəzi rəvayətlərə görə Şeyx Müfid şiələrin 12-ci və sonuncu, qeybdə olan imamı Məhəmməd ibn Həsən əl-Mehdiyə 2 məktub göndərmiş və cavab almışdır. Həmin məktublar İslam/Şiə aləmində "Yaşıl məktublar" adlanır. İlk məktubu HQ. 416-cı ilin Səfər ayında yazmış və ona belə bir cavab almışdır:
Hörmətli əmin və hidayətə çatmış qardaşım Şeyx Müfid.[4]
İkinci məktubu isə Cümə axşamı 23 Zilhiccədə almışdır:
Rəhimli və Rəhman olan Allahın adı ilə Ey haqq yardımçısı, sədaqət və doğruluqla Allah'a dəvət edən, Allah'ın salamı üzərinə olsun
Məşhur tələbəsi Şeyx Tusinin məlumatına görə əsərləri 200-dən çoxdur. Onlardan məşhurları bunlardır:
Fqihi bir mövzuda ustad ilə tələbəsi arasında (Şeyx Müfid və Seyid Mürtəza) fikir ayrılığı yaranır. Hər ikisi də öz dəlilləri ilə mövzunu sübut etməyə çalışırlar. Ancaq məsələ bir nəticəyə gəlmədən həlsiz qalır. Mövzsunu İmam Əli'nin (ə.s.) hakimlik etməsini istəyirlər. Məsələni yazıb İmam Əli'nin (ə.s.) mübarək məzarına qoyurlar. Ertəsi gün gedib baxanda görürlər ki, gözəl bir əlyazma ilə belə yazılıb: "Ey Şeyx, sən, güvəndiyim birisən, ancaq bu mövzuda haq, oğlum Seyid Mürtəzadan tərəfdir."[5]
Şeyx Müfid bizim ustadımızdır. Onun fiqh, hədis, kəlam və bir çox elmlərdə üstünlüyü biz söyləyə biləcəyimizdən də çoxdur."[6]
"İbn Müəllim kimi məşhur olan Şeyx Müfid imamiyyə məktəbinin mütəkəllimlərindəndir. Öz zamanında məzhəbin mərcəyi olmuşdur. Fiqh və kəlamda hər kəsdən üstündür. Gözəl hafizəsi və dəqiq zehni var idi. Şəri suallara dəqiq və məntiqli izahla cavab verərdi. Onun kiçikli-böyüklü iki yüzdən çox əsəri var."[7]
"O, çox abid, zahid və huş əhli idi. Həmişə elm öyrənir və öyrədirdi. Alimlərin çoxu ondan faydalanırdı. Onun bütün şiələr üzərində haqqı vardır. "[8]
" O, imamiyyənin böyüklərindəndir.О. fiqh və kəlamda hamıdan üstün idi. Çox namaz qılır, oruc tutur, həmişə səliqəli gəzirdi. Yetmiş аltı il yaşadı və özündən sonra 200-dən çox əsər qoydu. Ramazan ayında vəfat etdi. Dəfn mərasimi çox möhtəşəm oldu. Оrаdа 80 mindən çox adam iştirak etmişdi."
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.