From Wikipedia, the free encyclopedia
Şeyx Səduq (fars. شیخ صدوق) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H. Q. 306, Qum — ö. M. 991, H. Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi.
Şeyx Səduq | |
---|---|
Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi | |
Doğum adı | ابوجعفر محمد بن علی بن حسین بن موسی بن بابویه قمی |
Doğum tarixi | 918[1] |
Doğum yeri | Qum, Sacilər dövləti |
Vəfat tarixi | 991[2] |
Vəfat yeri | Rey, Qəznəvilər dövləti |
Elm sahəsi | İslam |
Tanınmış yetirmələri | Şeyx Müfid, Şərif Rəzi, Seyid Mürtəza Ələmül-hüda |
Tanınır | Şeyx Səduq, İbn Bəbaveyhi əl-Qummi |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur.[3]
Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır. Bir sıra elmləri atasından mənimsədikdən sonra təhsilini davam etdirmək üçün çoxsaylı səfərlər etmişdir. Hədis toplamaq üçün Bəlx, Buxara, Kufə, Bağdad (M. 966/967), Məkkə, Mədinə və b. şəhərlərə səfər etmişdir.
Şeyx Səduqun müəllimləri çoxdur. Şeyx Əbdül Rabbani Şirazi bunlardan bəzilərinin adlarını qeyd edib :
300-ə yaxın kitabın müəllifidir.[4] Şiə rical alimi Şeyx Nəccaşi "ər-Rical" kitabında 189 kitabın adını çəkmişdir.[5]
Şeyx Səduqun "əl-Xisal" əsəri Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən tərcümə edilərək "Xislətlər" adı ilə 2013-cü ildə "Qədim Qala" nəşriyyatı tərəfindən nəşr edilib.[8]
Şeyx Səduqun "Uyunu əxbar ər-Rza" əsəri Hilal Ağamoğlanov tərəfindən tərcümə edilərək "İmam Rzanın (ə.s.) hədis çeşməsi" adı ilə 2013-cü ildə "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilib.[9]
"Ey mənim şeyxim, (Şeyx Səduqun atası: Əli ibn Hüseyn) etimad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbirə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbir et və bütün şiələrimi də səbir etməyə çağır!…"[10][11][12][13][14]
"… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir. Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:
"… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…". Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!"[15][16][17][18]
" Səduq alicənab, hədislərə əzbər və rical elminə yiyələnmiş bir insan idi. Qum alimləri arasında elmi baxımdan ondan üstünü yoxdur. Şeyx Səduqun əsərlərinin sayı olduqca çoxdur."[19]
" Səduq bizim fəqihimiz idi. O (h.q.-red) 355-ci ildə Bağdada səfər etdi. Bağdad böyükləri onun elmindən faydalandılar."
— Şeyx Nəccaşi
"Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babivəyh elə bir şəxsdir ki, onun elmi və düzgünlüyü hamı tərəfindən qəbul olunur…"
— Seyid ibn Tavus
" Səduq hədisçilərin rəisi, dinin əsaslarını dirildən, fəzilətlər və kəramətlər sahibi idi. O və qardaşı imam Əsgəri və imam Mehdinin duaları ilə dünyaya gəliblər."[20]
— Şeyx Əsədullah Şuştəri
" Məhəmmməd ibn Əli üç yüzdən çox kitab yazıb. İslam alimləri arasında onun misli yoxdur."
— Seyid Həsən Sədr
" Şeyx Səduq adı ilə tanınmış Məhəmməd ibn Əli Qum alimləri arasında misilsizdir."[21]
— Xeyrəddin Zərkəli
" Həzrət Höccət onun barəsində belə deyib: Pak Allah onun vasitəsilə xalqa fayda verəcəkdir."
— Əllamə Maməqani
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.