From Wikipedia, the free encyclopedia
Şeyx Tusi (fars. شیخ توسی; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی; 995[1][2][…] və ya 995[3], Tus – 2 dekabr 1067 və ya 1067[3], Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi.
Şeyx Tusi | |
---|---|
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi | |
Doğum tarixi | |
Doğum yeri | Tus, İran |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Məscidi Tusi, Nəcəf, İraq |
Milliyyəti | Fars |
Elm sahəsi | İslam |
Elmi rəhbəri | Nəcəf elmi mərkəzi |
Tanınmış yetirmələri |
İshaq b. Bəbaveyh-i Qumi Əbu Səlah-i Xələbi öz oğlu Əbu Əli Tusi və b. |
Tanınır | Şeyx Tusi |
Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir.
Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir.[4] Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.[5] 1017/1018–1022/1023-cü illərdə Şeyx Müfiddən dərs alır və müctəhidlik dərəcəsinə çatır. Sonra müəllimi Şeyx Müfidin məsləhəti ilə "Təhzibul Əhkam" əsərini yazır.[6] Bu əsər sonradan Şiə məzhəbinin ən məşhur dörd əsərindən birinə çevrilir.
Bir çox tələbələr yetişdirmişdir. Onlardan bəziləri:
1055-ci ildə Səlcuq sultanı Toğrul bəy Bağdada hücum etmişdir. Hücum zamanı bir çox şiə məhəllələri yağmalanmışdır. Şahbur ibn Ərdəşir'in kitabxanası yandırılmışdır. Talan 1059/1060-cı ilərə kimi davam etmişdir. Bu hadisələr zamanı bir neçə dəfə Şeyx Tusinin yazdığı kitablar və kitabxanası şəhər meyanına daşınaraq yandırılmışdır. 1057/1058-ci ildə Tusinin evi də yağmalanmış və bütün əsərləri yandırılmışdır. Bütün bu hadisələrdən sonra Şeyx Tusi Bağdad şəhərindən köçmək qərarına gəlmişdir. 1056/1057-ci ildə Nəcəf şəhərinə köçmüşdür. Nəcəfdə ömrünün qalanını İslamı tədris etməklə keçirmiş və burada hələ də mövcud olan böyük şiə tədris müəssisəsinin əsasını qoymuşdur. [8]
Şeyx Tusi 51-ə yaxın əsər yazmışdır.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.