From Wikipedia, the free encyclopedia
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin[3] ən geniş yayılmış sinfi.
İynəyarpaqlılar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir. Küləklə tozlanır. Tozlandıqdan sonra endospermlə təchiz olunmuş rüşeym inkişaf edir. Toxumların quruluş və forması müxtəlifdir. İynəyarpaqlılar Yer kürəsinin, xüsusən Avrasiya və Şimali Amerikanın bitki örtüyünün əsasını təşkil edir. İynəyarpaqlıların təsərrüfatda böyük əhəmiyyəti var. Oduncağından tikinti materialı kimi istifadə edilir, kağız-sellüloz, kanifol, skipidar, aşı maddələri və s. bəzi İynəyarpaqlıların toxumundan yağ alınır. Qiymətli dekorativ bitkilərdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.