İsmət İnönü
Türkiyə Respublikasının 2-ci prezidenti / From Wikipedia, the free encyclopedia
Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[1][2][…], İzmir, Aydın vilayəti[3] – 25 dekabr 1973[1][2][…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd[5] olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur.[6] "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər.[6]
İsmət İnönü | |
---|---|
türk. İsmet İnönü | |
11 noyabr 1938 – 22 may 1950 | |
Baş nazir | Cəlal Bayar (1938-39) Rəfiq Saydam (1939-42) Şükrü Saracoğlu (1942-46) Rəcəb Pekər (1946-47) Həsən Saka (1947-49) Şəmsəddin Günaltay (1949-50) |
Əvvəlki | Mustafa Kamal Atatürk |
Sonrakı | Cəlal Bayar |
30 oktyabr 1923 – 22 noyabr 1924 | |
Prezident | Mustafa Kamal Atatürk |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əli Fəthi Okyar |
4 mart 1925 – 25 oktyabr 1937 | |
Prezident | Mustafa Kamal Atatürk |
Əvvəlki | Əli Fəthi Okyar |
Sonrakı | Cəlal Bayar |
20 noyabr 1961 – 20 fevral 1965 | |
Prezident | Camal Gürsəl |
Əvvəlki | Camal Gürsəl |
Sonrakı | Suat Hayri Ürgüplü |
20 noyabr 1938 – 8 may 1972 | |
Əvvəlki | Mustafa Kamal Atatürk |
Sonrakı | Bülənt Əcəvit |
Türkiyə Respublikası Təhsil Nazirinin müavini | |
1 yanvar 1929 – 27 fevral 1929 | |
Prezident | Mustafa Kamal Atatürk |
Baş nazir | özü |
Əvvəlki | Mustafa Nəcati |
Sonrakı | Hüseyn Vasif Çinar |
Türkiyə Respublikası Xarici İşlər naziri | |
30 oktyabr 1923 – 21 noyabr 1924 | |
Prezident | Mustafa Kamal Atatürk |
Baş nazir | özü |
Sonrakı | Şükrü Kaya |
Yunan-Türk Müharibəsi (1919–1922), Qərb cəbhəsi komandiri | |
4 may 1920 – 3 oktyabr 1922 | |
Əvvəlki | Əli Fuad Paşa |
Sonrakı | Mustafa Fevzi Çaxmaq |
3 may 1920 – 10 oktyabr 1921 | |
Sonrakı | Mustafa Fevzi Çaxmaq |
Respublika senatoru | |
20 noyabr 1972 – 25 dekabr 1973 | |
Türkiyə Böyük Millət Məclisinin I-XIV çağırışları millət vəkili | |
23 aprel 1920 – 27 may 1960 | |
Seçim bölgəsi | 1923 – Malatya 1927 – Malatya 1931 – Malatya 1935 – Malatya 1939 – Ankara 1943 – Ankara 1946 – Ankara 1950 – Malatya 1954 – Malatya 1957 – Malatya |
Osmanlı Hərbi Nazirliyinin müşaviri | |
24 oktyabr 1918 – 22 noyabr 1918 | |
Baş nazir | Əhməd İzzət Paşa (14 oktyabr-11 noyabr) Köləmən Abdulla Paşa(11 noyabr-19 dekabr) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1884(1884-09-24)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 dekabr 1973(1973-12-25)[1][2][…] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, hərbi qulluqçu |
Həyat yoldaşı |
|
Uşaqları | 4 (Ərdal İnönü daxil olmaqla) |
Dini | İslam |
Hərbi xidmət | |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | Feriki əvvəl[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir.
Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir.