Soyad Qanunu (Türkiyə)
From Wikipedia, the free encyclopedia
Soyad Qanunu (türk. Soyadı Kanunu) — hər bir Türk vətəndaşı üçün soyad daşımaq məcburiyyətini qoyan 2525 saylı qanundur.[1] İsveçrədən alınaraq hazırlanan qanun 21 iyun 1934-cü ildə qəbul edilərək, 2 iyul 1934-cü ildə rəsmi qəzetdə dərc edilmişdir. Qanun 2 yanvar 1935-ci ildə qüvvəyə minib. Bu qanun qəbul edildikdən sonra soyadları, Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsinin ayrılmaz hissəsinə çevrilib. Soyadı Qanununun qəbulu sosial sahədə gerçəkləşdirilmiş Atatürk islahatlarından biridir.
Cəld faktlar Növ, Ölkə ...
Soyad Qanunu | |
---|---|
türk. Soyadı Kanunu | |
Növ | qanun, İslahat |
Ölkə | Türkiyə |
Nömrə | 2525 |
İmzalanıb | 21 iyun 1934-cü il |
Qüvvəyə minib | 2 yanvar 1935-ci il |
İlk nəşr | 2 iyul 1934-cü il |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla