İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران,[6] fars. کردها در ایران)[7]kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardanazərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur.[8] MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5[9]-10%-ni və ya 7%-ni[10][11] təşkil edir.[12][13][14]

Cəld faktlar Özünüadlandırma, Ümumi sayı ...
İran kürdləri
Thumb
Mərivan kürdləri Kobani blokadasına görə İŞİD-ə qarşı etiraz aksiyası keçirir. 2014-cü il.
Özünüadlandırma
kürd. Kurdên Îranê/کورد لە ئێران
Ümumi sayı
4.9 milyon[1] (5%) - 8.1 milyon (10%)
Dili

Kürd, gorani, fars

Dini

Şiə İslam (On iki imam)[2][3]
Sünni İslam (Şəfilik)[4]
(SufizmQadiriyyə də mövcuddur)[5]
Yarsanizm

Qohum xalqlar

İrandilli xalqlar

Bağla

Tarixi

İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraqTürkiyə ilə həmsərhəddir.[15] Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlamHəmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər. Bölgənin digər hissələrinə Türkiyənin cənub-şərqi, Suriyanın şimalı və İraqın şimal əraziləri də daxildir.[16][17][18][19][20] Bundan başqa, İlam ostanının cənub bölgələrində lurlar yaşayır.[21] Kürdlər Qərbi Azərbaycanın qalan hissəsində əhalinin 21%-ni təşkil edir.[22]

Kürdlərin ümumi sayı İran əhalisinin 5-10%-ni təşkil edir.[12][13][14] Bəzi mənbələr İrandakı kürdlərin əksəriyyətinin şiə müsəlmanlar olduğunu göstərir.[23][24][25]Bunun tərsinə bəzi mənbələr isə İran kürdlərinin çoxluğunun sünni olduğunu irəli sürüblər.[26] Şiə kürdlər Kirmanşah və İlam ostanlarında, Kürdüstan, Həmədan və Şimali Xorasan ostanlarının bəzi ərazilərində yaşayırlar.[27][28] İran İslam İnqilabı zamanı əsas kürd siyasi partiyaları kürdlərin siyasi muxtariyyəti məsələsini qaldırmağa çalışsalar da, bu təşəbbüs etnik kürdlərin böyük hissəsi tərəfindən dəstəklənməmişdir.[29][30][31] Buna baxmayaraq, 1990-cı illərdən etibarən kürdlərin yaşadığı bölgələrdə milliyətçilik yüksəlməyə başlamışdır.[32]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.