Sünni İslam terrorçu təşkilatı From Wikipedia, the free encyclopedia
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır.[3]
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
İŞİD ISIS, ISIL, IS, دَاعِش, EI, EII, EIIL, IS, EIIL, EIIS, IŜIL, IŜIS, ИГ, ИГИ́Л, ІД, ІДІЛ, ІД, IДIЛ, İŞİD, IŞİD, İD, EI, ИД, ИДИЛ, ISIL, ISIS, IS, ΙΚ, ISIL, ISIS, IS, EIIL, EIIS, EI, SI, PI, IPIL, ĞŞİD, ISHID, ID, דאע״ש, ԻԼԻՊ, ԴԱԻՇ, ИМ, ИШИМ, ÏM, ÏŞÏM | |
---|---|
الدولة الإسلامية | |
Yaranma tarixi | 1999, 2006 |
Rəsmi dili | |
Qurucusu | |
Sədr | Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi, Əbu Bəkr əl-Bağdadi |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir
İran
ABŞ
Rusiya
Türkiyə
Livan
Səudiyyə Ərəbistanı
İndoneziya
İtaliya
Almaniya
Polşa
Danimarka
Yunanıstan
Estoniya
Bolqarıstan
Fransa
Birləşmiş Krallıq
Niderland
Xorvatiya
Çexiya
Sloveniya
Albaniya
Kanada
Avstraliya
BƏƏ
Bəhreyn
Qətər
Filippin
Malayziya
Bosniya və Herseqovina
İordaniya
Gürcüstan
Azərbaycan
İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü.
2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı.
İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı.
2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.
15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.[4]
10 mart 2015-ci il tarixində İraq Silahlı Qüvvələri əvvəlcə əl-Aləm[5], ardınca da Tikrit şəhərini tamamilə İŞİD-dən geri almışdır.[6]
12 noyabr 2015-ci il tarixində Peşmərgə qüvvələri Sincarı İŞİD-dən geri almaq üçün "Sincarı xilas et" adlı əməliyyat keçirmiş və 13 noyabrda şəhər İŞİD-dən geri alınmışdır.[7][8]
28 dekabr 2015-ci il tarixində İraq ordusu Ramadi şəhərini İŞİD-dən tamamilə geri almışdır.[9][10]
Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra, 2012-ci önlərindən etibarən Suriyada Əl-Nusra Cəbhəsi ("Əl-Qaidə"nin Suriya qanadı) adıyla fəaliyyət göstərən qruplaşma üzvləri şimali Suriyada nüfuzlu silahlı qruplaşmaya çevrildi.
2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın "İraq və Şam İslam Dövləti" adı altında fəaliyyət göstərəcəyini bildirdi.
Bundan sonra Əl-Nusra Cəbhəsi lideri Əbu Muhamməd əl-Cövlani belə bir birlməşmənin olmadığını və bu mövzu haqqında özləriylə heç bir danışığın aparılmadığını açıqlamasını verdi.
2013-cü ilin İyun ayında isə yazılı açıqlamayla hər iki liderə müraciət edən Əl-Qaidə lideri Ayman əl-Zəvahiri birləşmənin əleyhinə olduğunu və iki qrup arasındakı vəziyyəti aydınlaşdırmaq üçün elçi təyin etdiyini bildirdi. Eyni ayda səs yazısı yayımlayan İraq və Şam İslam Dövləti lideri Əbu Bəkr əl-Bağdadi bu əmrə tabe olmadığını və birləşmənin reallaşacağını açıqlamasını verdi.
21 iyul 2013-cü il tarixində İŞİD-in güclənməsi üçün önəmli hadisələrdən biri olan Bağdad Mərkəzi Həbsxanasına (keçmiş adıyla "Əbu Qureyb həbsxanası") hücum baş tutdu. Hücumu İŞİD öz üzərinə götürdü və bu əməliyyatın 1 il öncədən "Divarları dağıtmaq" kod adı altında Əbu Bəkr əl-Bağdadi tərəfindən hazırlandığı açıqlaması verildi. Rəsmi hesabatlara görə hücum nəticəsində içlərində İŞİD-in nüfuzlu şəxsləri də olan 500-dən çox məhbus qaçıb.
Noyabr 2013-cü il tarixində Suriya İnsan Haqları Təşkilatı "İŞİD Şimali Suriyada 100% ən güclü qruplaşmadır. Bu haqda başqa şey deyənlər yalan danışırlar." açıqlamasını verdi.
Yanvar 2014-cü ildə Anbardakı qarşıdurmalarda təşkilat Fəllucə və Ramadinin bir qisimini nəzarəti altına aldı. 3 yanvar 2014-cü ildə İŞİD Fəllucədə islam dövlətini elan etdi.
Hələbdə isə İslami Cəbhə və Azad Suriya Ordusu İŞİD-ə qarşı birlikdə bir hücum başlatdı.
25 yanvar 2014-cü ildə İŞİD Livanda Hizbullaha qarşı döyüşmək üzrə yeni bir milis qanad qurulduğunu açıqladı.
29 yanvar 2014-cü ildə Türkiyə Ordusunun Suriya sərhədinə yaxın bir yerdəki İŞİD karvanını vurduğu açıqlandı.
18 fevral 2014-cü ildə İraq Süleymanbekdə polis mərkəzinə təşkil edilən İŞİD hücumunda 3 nəfər ölmüş 11 adam yaralanmışdır.[11]
1 mart 2014-cü ildə İŞİD hakim olduğu Türkiyə sərhədindəki Azaz qəsəbəsini Azad Suriya Ordusu ilə baş verən aramsız qarşıdurmalar nəticəsində tərk etdi.
17 mart 2014-cü ildə Hələbə Sarin qəsəbəsində YPG ilə baş tutan qarşıdurmalar nəticəsində bölgəni nəzarət altına aldı. Süleyman Şah türbəsi bu bölgədə yerləşir. Bölgə Türkiyə torpağı sayılır və İŞİD, bir video çəkərək, Türkiyə Ordusuna bölgədən çəkilməsi üçün 3 gün müddət verdi.
20 mart 2014-cü ildə Niğdənin Uluqışla mahalında, təhlükəsizlik güclərinə atəş açılması nəticəsində ilk təyin etmələrə əsasən 2 əsgər və 1 polisin öldüyü bildirildi. Hücumu edənlərin İŞİD üzvü olduğu bildirildi. Təcavüzkarlar tutuldu.
27 aprel 2014-cü ildə İraq ordusuna aid vertolyotlar Suriya sərhədləri içindəki 8 avtomobilli bir İŞİD karvanına hücum etdi. Bu İraq ordusunun Körfəz müharibəsindən sonrakı ilk xarici əməliyyatı oldu.
10 iyun 2014-cü ildə İŞİD İraqın ikinci ən böyük şəhəri Mosulda və Mosulun paytaxtı olduğu Ninəvə mühafazasında nəzarəti tamamilə ələ keçirtdi.[12]
11 iyun 2014-cü ildə İŞİD Türkiyənin Mosul Baş konsulluğunu ələ keçirdi. Baş konsul ilə birlikdə 49 adamın ələ keçirildiyi bildirildi.[13]
Mosulda İŞİD'in baş konsulluq və elektrik stansiyası basqınlarında cəmi 80 Türk vətəndaşı girov alındı. Türkiyə BMT və NATO nəzdində xilasetmə cəhdlərinə başlayarkən Təhlükəsizlik Zirvəsi Çankaya Köşkündə toplandı.[14]
11 iyun 2014-cü ildə Mosul valisi, İŞİD'in Mosuldakı İraq Mərkəzi Bankının Mosul şöbəsinin ələ keçirildiyini söylədi. İŞİD tvitter hesabından İraq Mərkəzi Bankı şöbəsindəki pul və qızıla əl qoyduğunu təsdiqləyir. Ələ keçirilən məbləğin 429 milyon dollar civarında olduğu söylənilir.[15] Bu İŞİD-in artıq beynəlxalq ictimaiyyət tərəfindən qeyri-qanuni qəbul edilən təşkilatların hamısından daha çox pula hökm etdiyi mənasına gəlir.[16]
15 iyun 2014-cü ildə Tikrit şəhərini ələ keçirən İŞİD, ələ keçirilən 2700 polis məmurundan 1500-ünü öldürdü.[17]
29 iyun 2014-cü ildə yeni Xilafət elan edən İŞİD, bu tarixdən etibarən İslam Dövləti adlanacağını xəlifənin isə Əbu Bəkr əl-Bağdadi olduğunu bildirdi.
16 sentyabr 2014-cü il tarixindən etibarən İŞİD Suriyanın YPG nəzarətində olan Eyn əl-Ərəb (Kobani) şəhərini mühasirəyə almış və oraya hücumlar təşkil etmişdir.
27 dekabr 2015-ci il tarixində Suriya Demokraik Qüvvələri Tişrin su anbarı və Tişrin qəsəbəsini İŞİD-dən geri almışdır.[18]
Suriya ordusu 24 yanvar 2016-cı ildə Rusiya Hərbi Kosmiq Qüvvələrinin də dəstəyilə 2 günlük döyüşlərdən sonra, 2012-ci ildən Nusra Cəbhəsinin nəzarətində olan Lazkiyə (Latakiya) vilayətinin Rabiə qəsəbəsini geri almışdır.[19]
Suriya Demokratik Qüvvələri 19 fevral 2016-cı ildə İŞİD əleyhinə yaradılmış Beynəlxalq Koalisiyanın Hərbi Hava Qüvvələrinin də dəstəyi ilə Suriya-İraq sərhədi və İŞİD-in de-fakto paytaxtı hesab olunan Raqqa yaxınlığındakı Şəddadi şəhərini İŞİD-dən geri almışdır.[20]
24 mart 2016-cı ildə Suriya ordusu Rusiya Hərbi Hava Kosmiq Qüvvələrinin də hava dəstəyi ilə 2015-ci ilin mayından İŞİD-in nəzarətində olan Palmira şəhərinə daxil olmuşdur.[21] 27 mart 2016-cı ildə Palmira şəhəri İŞİD-dən tamamilə geri alınmışdır.[22]
2014-cü ilin yayından 2015-ci ilin sentyabr ayına qədər 95 qadın müxtəlif səbəblər üzündən İŞİD terrorçular tərəfindən öldürülüb[26]. İŞİD terror təşkilatı Suriyanın Kobani şəhərində gəzərək dinc əhaliyə divan tutur, evlərə girir, qadınları və qızları zorlayır, kişilərə isə müxtəlif əzablar verərək öldürür[27]. İraqın Mosul şəhərində isə İŞİD terror qruplaşması tərəfindən ən azı 120 nəfər edam edilib, 350-dən çox şəxs əsir götürülüb[28].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.