Remove ads
From Wikipedia, the free encyclopedia
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ostanın ərazisi 29.151 km² — dir .[2] Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir.
2010-cu ildə Kürdüstan ostanında əhalinin ana dilinə əsasən etnik tərkibi[3] | ||||
---|---|---|---|---|
etnik qrup | nisbəti | |||
Kürdlər | 93.90% | |||
Azərbaycanlılar | 4.10% | |||
Farslar | 0.90% | |||
Təsniflənməmiş | 1.10% |
Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna — Midiya dövləti, Sasanilər zamanı və… zamanlarda Azərbaycan sınırlarında yerləşibdir.
Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176–1213 şəmsi, 1797–1834 miladi və 1212–1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər. Əfzəl-əltarix də yazılan kimi Fətəli şah zamanı rəsm belə idi ki, şahzadələrin hər birisi bir vilayətin başçılığına təyin olurdular, ancaq o zaman şahzadə Dara hökumətsiz qalır, sədriəzəm Şəfi sədr belə qərara gəlir ki, Qəzvin, Gərüs, Həmədan və Fəlan buluki(?) ni Azərbaycandan ayırıb Zəncanla birlikdə Xəmsə vilayəti yaratsın ta şahzadə oraya hökumət edə bilsin. Bu zaman Xəmsə vilayəti Azərbaycana tabe qalır və şahzadə nayib-əlsəltənə nəzəri altında işə başlayır (Qacarlar dönəmi Təbriz ikinci paytaxt kimi nayib-əlsəltənənin məkanıdı). Fətəli şahın ölümündən sonra Məhəmməd şah hökumətə və Mirzə ağası sədri-əzəmliyə çatır. Vəzir Məhəmməd Sadıq xan Gərüsinin ölümündən sonra 1260-cı qəməri ilində Gərüs vilayətin nayib-əlsəltənənin ixtiyarı altından çıxardır və hökumətin müstəqil edir ta şah və sədri-əzəm eliyə bilsin oranın hakimin rahatcasına əzl və nəsb edə bilsinlər.[13]
1325-ci qəməri ilində İranın əyalət və vilayət qanunu (qanun-e iyalat və vilayat-e İran) milli məclisin təsvibindən keçdi və bu qanun əsasında İran 27 əyalət və vilayətə bölündü. Bu bölünmələr əsasında Gərus hələ də müstəqil bir vilayət kimi saxlanıldı. Milli hökumət Pişəvəri zamanında Gərusu ələ keçirməyə çalışsa da dövləti nirular önündə iş qabağa apara bilmədi və bu çalışma uğursuz oldu.
1316-cı şəmsi ilində Pəhləvilər ilk inzibati bölmələri (təqsimat-e siyasi) başlandı. Bu əsasda İran 10 ostan və 49 şəhristana bölündü. Bu bölmələr əsasında Gərus beşinci ostana verildi. Beşinci ostanda İlam, Kirmanşah, Bicar, Sənəndəc və Şahabad yerləşirdi. 1318-ci şəmsi ilində Azərbaycan ostanı iki yerə bölünən zaman (üçüncü və dördüncü ostan) Bicar Gərüs şəhristanı beşinci ostandan ayrıldı və batı Azərbaycan ostanına izafə olundu. 1325-ci şəmsi ilində Həmədan əyalətinə verildi və 1337-ci şəmsi ilində Həmədan əyalətindən ayrıldı və Kürdüstan ostanına verildi. Bu bölgə indi iki bölgəyə bölünməklə (Bicar və Qürvə) Kürdüstan əyaləti sınırlarında qalmaqdadır.[14][15]
Kürdüstan şəhristanlarının əhalisi 2006-cı il (1385-ci günəş ili) siyahıya almasının açıqlanmış yekunlarına əsasən 1 440 156 nəfər olmuşdur.[17]
Şəhristanlar | Əhalinin sayı[18] |
---|---|
Sənəndəc şəhristanı | 409,628 |
Saqqız şəhristanı | 205,250 |
Qürvə şəhristanı | 196,972 |
Mərivan şəhristanı | 150,926 |
Banə şəhristanı | 116,773 |
Kamyaran şəhristanı | 104,704 |
Bicar şəhristanı | 95,461 |
Divandərə şəhristanı | 82,628 |
Sərvabad şəhristanı | 77,814 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.