Yuva (Qəmərli)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı.[2] İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[3] XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir[4].
kənd | |
Yuva | |
---|---|
39°55′51″ şm. e. 44°34′42″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
1728-ci ildən mə’lumdur[5][6]. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində[8] qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının[9] adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur[10][11]
Toponim ivə//yıva[12] oğuz tayfasının[13][14] adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şaumyan qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. 1828–30-cu illərdə Cənubi Azərbaycanın Xoy, Salmas vilayətlərindən ermənilər köçürülüb kənddə yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 186 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır.[15] 1905–1906-cı illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.