Windows əməliyyat sisteminin versiyası From Wikipedia, the free encyclopedia
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi.[1] Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu.
Windows 7 | |
---|---|
Yaradıcı | Microsoft |
İstehsalçı | Microsoft |
ƏS ailəsi | Windows NT |
Bazası | Windows Vista |
Buraxılış tarixi | 22 oktyabr 2009 |
Son versiya |
|
Dəstəklənən dillər | çoxdilli[d] |
Dəstəklənən platformalar | x86; x86-64 |
Nüvə tipi | hibrid |
İnterfeys | Windows Aero |
Lisenziya | Microsoft EULA |
Vəziyyəti | Aktual deyil. Əsas dəstək: 2015-ci ildə qurtardı; genişləndirilmiş dəstək: 2020 ci ildə qurtardı. |
Veb-saytı | Windows 7 Wayback Machine-də arxivləşdirilmişdir |
Vikianbarda əlaqəli mediafayllar |
9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı.[2] Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi.[3]
Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var:
Windows 7 — in ilkin versiyası sayılır. Bu versiya az sayda funksiyalardan ibarətdir. Bu versiyada üç ölçülü interfeys yoxdur. Eyni zamanda maksimum üç sayda proqramı işə salmaq olur. Həm də bu modifikasiya lokal şəbəkə ilə işləmək üçün heç bir vasitəyə malik deyil. Eyni zamanda daha sadə və istifadəsi daha asandır.[4]
Windows 7 Starter Edition- dən nisbətən təkmil versiyadır. Bu modifikasiyada İnternet Explorer brauzeri və Defender müdafiə modulu yerləşdirilmişdir. Burada da üç ölçülü interfeys yoxdur, lakin çox istifadəçili rejim mövcuddur. Hər gün etdiyiniz prosedurları sürətləndirir və asanlaşdırır. Ən çox istifadə etdiyiniz sənədlərə müraciəti asanlaşdırır, beləliklə axtarmağa daha az, prosedur etməyə daha çox vaxt ayıra bilərsiniz.[5]
Bu modifikasiya genişləndirilmiş ev versiyası adlandırılır. Burada bir çox geniş imkanlar vardır. Məsələn, yüksək dəqiqlikli televiziyanı (HDTV) dəstəklyən, televerilişləri yaza bilən Windows Media Center proqramı vardır.[6] Bu modifikasiya Fotoalboma və üç ölçülü interfeysə malikdir. Ev şəbəkəsi yaradaraq xoşladığınız şəkilləri, videoları və musiqiləri bölüşməyinizi asanlaşdırır. Daha çox əyləncə və oyun üçün yaradılıb.
Bu modifikasiya ən təcrübəli və tələbkar, ciddi fərdi istifadəçilər üçün nəzərdə tutulmuşdur. 35 müxtəlif dildən istifadə imkanları da vardır. Bu versiya özündə əməliyyat sisteminin ev və biznes versiyalarını birləşdirir. Həmçinin sərt diski şifrələmək üçün proqram tipli yeni modullara da malikdir. Belə proqram tipli modullar Bitlocker və Bitlocker TO GO adlanır. Windovs 7 Ultimate ən istifadəyə rahat və ən güclü versiyadır.[8] Home Premuimun əyləncə xüsusiyyətlərini və Professinalın Windows XP rejimində işləyə bilmək xüsusiyyətlərini özündə birləşdirir.
Bu modifikasiyaların hər birinin də 32 bitli və 64 bitli versiyaları mövcuddur.
Nüvə | 32-bit — x86 | 64-bit — x64 |
---|---|---|
Prosessor | ən az 1 GHz sürətində prosessor 1.60 vəya 2.00 GHz məsləhətdi. (Performans üçün) | |
Operativ yaddaş | 1 GB RAM — 1–3 GB (Performans və XP rejimi üçün) | 2 GB RAM — 4 GB (Performans və XP rejimi üçün) |
Video kart (VGA) | DirectX 9 qrafiklərini Dəstəkləyən 128 MB'lık Grafik kartı yaddaşı (Windows Aero üçün) | |
Hard disk həcmi | 16* GB boş yer (*Bütün Windows xüsusiyyətləri ilə.) | 20* GB boş alan (*Bütün Windows xüsusiyyətləri ilə.) |
Drayver | DVD-R/W Driver ya da 4 GB vəya daha böyük USB flash |
Əməliyyat sistemi multitouch sistemini dəstəkləyir. Şəbəkə texnologiyası olan Branch Cache internet-trafiki özündə keş yaddaşa atmağa icazə verir.[10] Əgər istifadəçiyə lokal şəbəkədə fayl lazım olursa, hansı ki öz şəbəkəsindən olan istifadəçi tərəfindən yüklənib, onda istifadəçi asanlıqla bu faylı keş saxlayıcıdan götürə bilər. Şəbəkə keşi 2 rejimdə işləyə bilər – Hosted Cache və distributed Cache. Əməliyyat sistemində həmçinin müxtəlif ölkələri təmsil edən 120 masaüstü şəkil quraşdırılıb. Bütün versiyalar özündə 50 yeni şrifti birləşdirir. Windows 7 windowsun ilk versiyadır, hansı ki özündə latın olmayan şriftləri dəstəkləyir. Windows 7 Vistanın bütün drayverlərini dəstəkləyir.[11]
Bu versiyanın tərkibində buraxılmış directx 11 özündə növbəti yenilikləri birləşdirir. Yeni şeyderlerin(shader cache) dərk proqramı əlavə olunub, renderinqin çoxcərəyanlı xüsusiyyəti teselyasıyanın mükəmməlləşdirilib, tekstur kompresinin yeni alqoritmi və s. əlavə olunub.[12] Yeni Windows Media Player 12 yeni interfeys alıb və əvvəlki versiyalardan fərqli olaraq daha çox kodek dəstəkləyir. Doğrudur, o hələ ki lisenziyalı Blu-Ray diskini[13] oxuda bilmir, ancaq ondakı məlumatları oxumaq və diskə məlumatlar yazmaq mümkündür.
Baxmayaraq ki Windows-un mərkəzi mobillik sistemi Vista ilə müqayisədə çox da böyük dəyişikliyə məruz qalmayıb, Windows 7 Vista-ya nəzərən noutbuklarda daha çox vaxt işləmək imkanına malikdir, əsasən də DVD videoların oynadılmasında bu fərq nəzərə çarpır. Həmçinin də Windows 7-nin avqust buraxılışında rekord müddətdə sistemin yükləməsi baş verib: cəmi 11 saniyə. Sistem SSD diskini açdı və başqa yüksəktutumlu proqramları işə saldı.[14] Həmçinin intel noutbuklarında Internet Explorer brauzerinin testlərdə yaxşı nəticələr əldə etdiyini qeyd etmək lazımdır. Ancaq müstəqil aparılan testlərdə 7-ci versiyanın Windows XP-dən nəzərə çarpaçaq dərəcədə noutbuklarda batareyanın işləmə müddətini azaltdığı nəzərə çarpır. Laptopmag.com jurnalının eksperimentləri apardıqları təcrübədə bu fərqin nə qədər böyük olduğu qənaətinə gəliblər: 47 dəqiqə daha az. ASUS noutbuklarında isə bu fərq daha çoxdu: 57 dəqiqə. Qeyd edək ki Microsoft firması bu barədə rəsmi açıqlama verməyib. Və bunu da Windows 7-nin çatışmazlıqları sırasına yazmaq olar.
Windows 7 əsasən NTFS və Fat32 fayl sistemlərinə yaılır. Bu fayl sistemləri bir birindən çox fərqlənirlər. NTFS Windows 7 üçün ən məsləhətli fayl sistemidi.[15] Onun FAT32 dən üstün cəhətləri aşağıdakılardır:
NTFS
Fat 32
Fat32 fayl sistemi daha çox Windowsun əvvəlki versiyalarında (Windows 95, Windows 98 və Windows ME) istifadə olunurdu. Fat32 fayl sistemində həm də həcm limiti problemi də var. Beləki bu sistemdə 32GB-dan artıq hissələr ayırmaq olmur.[16]
Windows Vista-da yaradılmış "User Account Control (UAC)" Windows 7-də təkmilləşdirilmişdir, Vistadan fərqli olaraq "həmişə xəbərdar et" və "heç vaxt xəbərdar etmə" rejimləri arasında daha 2 rejim əlavə edildi: "proqram kompüterdə dəyişiklik etdiyi zaman xəbərdar et" və "proqram kompüterdə dəyişiklik etdikdə xəbərdar et (desktop istisna)". Qeyd etmək lazımdır ki bu sistem ancaq proqram və ya arxa rejimdə işlək vəziyyətdə olan zaman işləyir.[17]
Həmçinin Bitlocker texnologiyasında dəyişiklik edilib və yeni Bitlocker to go funksiyası əlavə edilib.[18]
Həmçinin dəyişikliklər Windows brandmauerdə də özünü əks etdirir. Hansı ki, proqramın şəbəkəyə müraciəti zamanı firewall sistemi avtomatik xəbərdarlıq edir. Applocker sistemi isə qadağan olunmuş proqramların açılmasının qarşısını alır.
DirectAccess fon rejimində şəbəkəyə təhlükəsiz bağlanmanı təmin edir. VPN dən fərqli olaraq bu sistem istifadəçi iştirakını lazım bilmir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.