From Wikipedia, the free encyclopedia
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar.
İstifadəçi interfeysi əsasən iki formada olur.
2. Menyular. Proqrama komandalar menyu sistemi vasitəsilə verilirsə, proqram menyu ilə idarə olunan interfeysə malikdir. Menyular hərdənbir istifadə olunan proqramlar üçün ideal olur, ancaq təcrübəli istifadəçilər onu çox yavaş hesab edə bilər.
3. Qrafik mühitlər. Proqram informasiyanı qrafik formada göstərirsə və istifadəçi ilə qarşılıqlı əlaqədə olmaq üçün göstərici qurğu (məsələn, siçan) tələb edirsə, o, qrafik istifadəçi interfeysinə malikdir.
İnformasiya komponentləri məlumatı istifadəçiyə çatdırmaq üçün istifadə olunur. Video və ya təlimatın altındakı irəliləyiş çubuğu məlumat komponentinin nümunəsidir.
Konteynerlər. Konteynerlər məzmunu asanlıqla həzm olunan hissələrə təşkil edir. Hər bir alt başlığı tabın altında qeyd etmək əvəzinə, məzmunu gizlətmək və ya göstərmək üçün akkordeon menyusu kimi konteyner elementindən istifadə edilə bilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.