From Wikipedia, the free encyclopedia
Lisenziya, proqramlardan istifadə etmə qaydalarıdır. Yəni istifadəçiyə təqdim edilən bəyannamədə proqramın istifadəsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilir. Proqramlar üçün müxtəlif lisenziyalar mövcuddur. Ümumiyyətlə isə proqramlar lisenziyalarına görə üç qrupa bölünür: pulsuz, şərti pulsuz və pullu. Bu qruplar da öz daxilində müxtəlif növlərə bölünürlər.
Bu tip lisenziyalı proqramlar tamamən məhdudiyyətsiz olaraq təqdim edilirlər. Yəni funksionallıq və istifadə müddətinə görə hər hansı bir məhdudiyyət tətbiq olunmur. Bu cür proqramlara görə fərdi istifadə üçün ödəniş edilmir. Lakin əgər bu proqramlar kommersiya xarakterli istifadə olunursa bu zaman onlara görə ödəniş etmək lazım gələcək. Bundan başqa freeware proqramların yayılmasına da müəllif tərəfindən müəyyən məhdudiyyətlər qoyula bilər.
Bu cür proqramlar həm pulsuz, həm də qaynaq kodları açıq olur. Açıq kodlu proqramlardan nəinki istifadə etmək, həm də onlara dəyişiklik etmək sərbəstdir. Belə olan halda proqramçı istifadəçilər bu proqramların kodlarına dəyişiklik edərək həm də onları təkmilləşdirmək şansı qazanırlar. Təbii ki, bu zaman müəlliflik hüquqları qorunur. Bununla belə açıq kodlu proqramlara müəyyən məhdudiyyətlər də tətbiq edilə bilər. Məsələn proqramın kommersiya məqsədilə istifadəsi və yayılması məhdudlaşdırıla bilər. Və həmçinin proqrama edilən dəyişikliklər qaynaq koda əlavələr kimi yayıla bilər.
Bu cür lisenziya universal içtimai lisenziyadır. Bu o deməkdir ki, bu lisenziya altındakı proqram təminatlarının istifadəsi, öyrənilməsi, kodlarına dəyişiklik, proqramın və onun qaynaq kodlarının yayılması sərbəstdir.
Public Domain lisenziyası yuxarıda bəhs edilən GNU GPL ilə oxşardır. Bu lisenziyanın da mahiyyəti ondan ibarətdir ki, proqram təminatı gələcəkdə daha da inkişaf etdirilsin. Son dövrlər bu lisenziyaya demək olar ki, rast gəlinmir.
Adware lisenziyalı proqramlar funksional baxımdan məhdudiyyətsiz və pulsuz olurlar. Lakin proqramdan istifadə etməyin şərti kimi proqram daxilində reklamların yerləşdirilməsi və göstərilməsi zəruri olur. Bu o deməkdir ki, Siz proqramdan istifadə etdiyiniz zaman proqramın müəyyən yerlərində reklamlar çıxır. Proqramın müəllifləri proqramı pulsuz etsələrdə, onlar əziyyətlərinin qarşılığını reklam verən şirkətlərdən almış olurlar. Bu cür proqramlarla işləyən zaman reklam verən şirkətlərin saytlarından reklam modulları (bannerlər) yüklənir. Lakin bəzi hallarda bu təhlükəsizlik baxımından heç də arzuolunan hal olmur. Beləki, antivirus proqramları bəzən belə modullarda troyanlar aşkar edirlər.
Bu tip lisenziyalı proqramlar da məhdudiyyətsiz və pulsuz olurlar. Lakin əgər proqramdan istifadə edən şəxs bu proqramdan razı qalarsa o zaman (əgər istəsə) proqram müəllifinə ianələr edə bilər.
Bu cür lisenziya da çox maraqlı bir üsulla pulsuz proqramların yayılmasını nəzərdə tutur. Beləki proqramın müəllifləri istifadəçilərdən onlara poçt kartı və ya təşəkkür məktubu göndərmələrini istəyir. Bu cür poçt kartları və təşəkkür məktubları müəlliflər tərəfindən özlərini və proqramlarını reklam etmək və eləcə də öz proqramlarının istifadəsi ilə bağlı statistika və analiz aparmaq üçün istifadə edilir.
Registerware lisenziyalı proqramlardan istifadə etməyin tək şərti qeydiyyatdan keçmək və özü haqqında tələb olunan məlumatları təqdim etməkdir.
Bu tip lisenziyalı proqramlar yükləndikdən və quraşdırıldıqdan sonra mütəmadi olaraq ekrana "Sizin istifadə etdiyiniz proqram qeydiyyatdan keçirilməyib" kimi ismarışlar çıxır. Bu ismarışların çıxmaması üçün proqram qeydiyyatdan keçirilməli və ödəniş edilməlidir.
Shareware lisenziyalı proqramların devizi belədir - "Almadan öncə sınaqdan keçir". İstifadəçi bu cür proqramları instalyasiya edib istifadə etdiyi zaman proqramın istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərlə qarşılaşır. Bu məhdudiyyətlər ya proqramın funksionalı ilə, ya da istifadə müddəti ilə bağlı olur. Proqramın sınaq istifadə müddəti bitdikdə, istifadəçiyə ödəniş etmək və proqramın tam versiyasını əldə etməsi təklif olunur.
Bu cür lisenziya da əvvəlkinə (Shareware) bənzəyir, lakin Trial proqramlardaki məhdudiyyət yalnız proqramın istifadə müddəti və ya yüklənmə sayı ilə bağlı olur. Proqramın funksionalı ilə bağlı isə hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Demo lisenziyalı proqramlar istifadəçilərə proqram və onun funksiyalarını nümayiş etdirmək məqsədilə pulsuz olaraq təqdim edilir. Bu cür proqramların funksiyalarına müəyyən məhdudiyyətlər qoyulur.
Adından da göründüyü kimi bu cür lisenziya ilə yayılan proqramlar ödənişlidir. Ödənişli proqramların istifadəsi qanunla tənzimlənir. Demo versiyalar da məhz bu cür ödənişli proqramlar üçün nəzərdə tutulur. Adətən Payware proqramlar istifadəçiyə paketlənmiş şəkildə (qutuda) təqdim olunur, lakin onları internet üzərindən də ödəniş edərək əldə etmək mümkündür.
Kommersiya versiyasının "yüngül" variantı olan bu proqramlar adətən zamanla deyil, funksional baxımdan məhdudiyyətli olurlar.
Bu proqramlar pulsuz olur. Burada müəllif istifadəçidən onun saytından (əgər varsa) öz saytında link (istinad) qoymasını xahiş edir.
Bu tip lisenziyalı proqramların hər dəfə istifadəsi zamanı istifadəçinin internet brauzerində proqram istehsalçısının saytı ana səhifə kimi təyin edilir.
Careware proqramlar yükləndiyi zaman istifadəçi ilə həqiqi mənada zarafat edirlər. Beləki proqram müəyyən zaman ərzində istifadəçidən pozitiv olmağı tələb edir və müəllifin ünvanına xoş sözlər söyləməsini istəyir.
Pulsuz olan bu proqram növlərinin müəllifləri proqramlarından istifadənin əvəzində istifadəçilərdən nəsə etmələrini xahiş edirlər.
Bu tip lisenziyalı proqramlar vaxtilə pullu olan proqramlardır. Proqram istehsalçıları satmamaq şərtilə bu proqramları istifadəçilər üçün pulsuz edirlər.
Bu tip proqramlar isə adından da göründüyü kimi "yetim" proqramlardır. Bir qayda olaraq orphanware proqramların müəllifləri ya əvvəlcədən məlum olmur, ya da onları sonradan da tapmaq mümkün olmur.
Daha bir qəribə lisenziya növüdür. Burada proqramın istifadəsinə görə ödənən pul müəllifin pivə almasına yönəlir.
Bu proqramlar isə daha çox kompakt disklərdə yayılır və reklam xarakteri daşıyır.
Bir növ Nagware lisenziyasına bənzəyən lisenziya növüdür. Lakin burada pulun ödənilməməsinə görə çıxan ismarışlar daha bezdirici olurlar.
Adından göründüyü kimi bunlar şpion proqramlardır. Adware adıyla maskalanan bu proqramlar istifadəçinin icazəsi olmadan istifadəçi və onun kompüteri haqqında informasiya toplayırlar. Bu cür proqramlar ilə mübarizə aparmaq üçün antivirus və brandmauerlərdən istifadə olunur.
Bu lisenziya növü Shareware və Liteware lisenziyalarının kombinasiyasını təşkil edir. "Yüngül" versiyalı bu proqramlarda əsas imkanlar məhdudlaşdırılmış olur, lakin vaxt məhdudiyyəti tətbiq edilmir. Proqramın tam versiyasını pulu ödənildikdən sonra əldə etmək mümkün olur.
Bu tip proqramlar da zərərvericilər kateqoriyasına aiddir. Belə proqramlar sistemə yüklənib quraşdırıldıqdan sonra kompüterin normal istifadəsinə məhdudiyyətlər qoyurlar. İstifadəçidən bu məhdudiyyətlərin aradan qaldırılması qarşılığında pul tələb edilir.
Betaware proqramlar pullu və ya pulsuz proqramların tam versiyaları işıq üzü görmədən əvvəl bazara təqdim edilən sınaq (beta versiya) proqramlardır. Adətən test müddəti bitəndən sonra bu proqramlardan istifadə etmək mümkün olmur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.