From Wikipedia, the free encyclopedia
Virciniya ardıcı (lat. Juniperus virginiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Virciniya ardıcı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Virciniya ardıcı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şimali Amerikanın şərq hissəsidir. Avropada XVII əsrin ortalarından əkilməyə başlamışdır. Birevli, az-az hallarda ikievli ağacdır, əlverişli şəraitdə 25-30 m hündürlüyü çatır, cavan yaşlarında çətiri piramidal, sonralar isə daha geniş və qollu-budaqlı olur. Gövdəsinin qabığı boz və ya qırmızımtıl-bozdur, nazik pulcuqlar şəklində qopub tökülür. Yarpaqları kiçikdir, sıx mavi rəngli muma bənzər təbəqə ilə örtülü olur. Zoğları nazik, dördüzlüdür, güyümtül-yaşıl rəngdədir. Xırda yarpaqlarının ucu biz, cox ensizdir. Tumurcuqları xırda, yumurtavari, çılpaqdır. Dişi sünbül-cükləri xırdadır və dik dayanandır. Qozalarının ölçüsü 1 sm-dır, əvvəlcə yaşıl, sonra tünd-boz olur, üzəri mavi-ağ təbəqə ilə örtülür. Uzunömürlüdür, 600 ilə kimi yaşayır. Şaxtaya və quraqlığa qarşı orta dərəcədə davamlıdır, torpağa qarşı az tələbkar olan bitkidir, lakin çox bərk torpaqlarda pis böyüyür. Torpağın az şorlaşmasına yaxşı davam gətirir. Qoza meyvələri payızda yetişir. Virciniya ardıcının oduncağının nüvəsi tünd-qırmızı və ya çəhrayı rəngdədir. Bu oduncaq yüngül və yumşaq olub, xoşagələn qoxuludur, asanlıqla dogranır və kəsilir, karandaş istehsalında yüksək qiymətləndirir, dülgərlik işlərində və mebel hazırlamaq üçün də işlədilir. Virciniya ardıcının yarpaqlarında 0,2-0,7, oduncağında isə 2,5-4,5% efir yağı vardır. Zəhərli bitkidir. Virciniya ardıcının bir çox dekorativ bağ formaları məlumdur, rənglərinə görə bir-birindən fərqlənir. Virciniya ardıcına respublikamızda Abşeronda, Lənkəranda, Qubada, Zaqatalada və Gəncədə təsadüf edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.