Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir.
Uels şahzadəsi | |
---|---|
Prince of Wales | |
Vəzifədədir Uilyam 9 sentyabr 2022-ci ildən | |
Müraciət forması |
Kral əlahəzrətləri Ser |
Rəsmi iqamətgahı | Klarens Haus |
Səlahiyyət müddəti | ömürlük və ya taxa çıxanadək |
Vəzifənin təsis tarixi | 1301 |
Vəzifədə birinci | David ap Llivelin |
Təyin edən | Böyük Britaniya monarxı |
Rəsmi saytı | princeofwales.gov.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Titulun tarixi
Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı.
Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir". Əfsanə XVI əsrdən bəri məlumdur. Əslində, I Eduardın dövründə İngiltərədəki aristokratiya norman idi və qədim fransızca danışırdı; lakin II Eduard həqiqətən atasının Uels kampaniyası zamanı Karnarvonda anadan olmuşdur.
Digər titullar
Uels şahzadəsi adətən həmçinin bu titul ilə verilən ikincidərəcəli Çester qrafı tituluna da yiyələnir. Bundan əlavə, monarxın böyük oğlu avtomatik olaraq (hökm sürən monarxın ailəsində doğulduğu andan və ya bir ata ya da ananın taxta çıxdığı andan etibarən) Kornuoll hersoqu adlı ingilis titulunu alır, 1603-cü ildə yaranmış İngiltərə-Şotlandiya ittifaqından sonra isə digər ikincidərəcəli titullarla birgə Rotsey hersoqu titulunu da mənimsəyir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.