From Wikipedia, the free encyclopedia
Anna Nevil (ing. Anne Neville; 11 iyun 1456, , Vorvikşir qraflığı – 16 mart 1485, Vestminster, Böyük London regionu[d]) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası.
Anna Nevil | |
---|---|
26 iyun 1483 – 16 mart 1485 | |
Əvvəlki | Elizabet Vudvil |
Sonrakı | Yorklu Elizabet |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1456 |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1485 (29 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Atası | Riçard Nevil (Vorvik qrafı)[1][2] |
Həyat yoldaşları |
|
Ailəsi | York sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu.
York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabel Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi. Riçard Plantagenetin 1483-cü ilin iyununda qardaşı oğlunu devirərək hakimiyyəti ələ almasının ardından Anna Nevil də İngiltərə kraliçası oldu. Ancaq 1485-ci ilin martında ərindən 5 ay öncə vəfat etdi. Cütlüyün yeganə övladı olan Midlhamlı Eduard isə cəmi 7 yaşında naməlum səbəblə vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.