From Wikipedia, the free encyclopedia
Tecime (手締め?) və ya teuçi (手打ち?) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur.
Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir.[1] Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır.[1] Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur.[2] Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir.[1]
Tecime səsi "şan-şan" ilə ifadə olunur.[1] Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur.[1]
Tecimenin bir neçə üslubu var.[1] Edo-cime və Osaka-cime əsas tecime üslubları olsa da, Edo-cime ən çox istifadə olunan tecime hesab olunur.[1] Edo-cimenin ippon-cime və sanbon-cime kimi iki növü var.[1] İppon-cime üç dəfə üçlük əl çalmadan və axırda tək əl çalmadan ibarətdir (3-3-3-1).[1] Üç dəfə üçlük əl çalmaq "doqquz" heroqlifini (九), axırda bir əl çalma isə "dairə" heroqlifini (丸) əmələ gətirir.[1] Bu isə dostluq içərisində oturmağı təmsil edir.[1]
Sanbon-cime üç dəfə yerinə yetirilən ippon-cimedən ibarətdir.[1] Əl çalmalar arasında "iyoo", "yo", "moiçho" kimi nidalar səsləndirilir.[1] İppon-cimenin bir növü içço-cime adlanır.[1] Bu, bəzən Kanton ippon-cime adlandırılır.[1] İçço-cime sadəcə bir əl çalmadan ibarətdir.[1]
Yaponiyanın digər regionlarının özünəməxsus tecime üslubları mövcuddur.[1] Fukuoka şəhərində keçirilən Hakata-Qion Yamakasa festivalında yerinə yetirilən tecime Hakata teippon adlanır.[1] Hakata teippon Fukuoka birja bazarının açılış və bağlanış mərasimlərində və yerli mərasimlərdə də yerinə yetirilir.[1] Date no ippon-cime isə Date Masamune ilə əlaqədar yaranmış tecime üslubudur.[1] Date Masamune "üç əyalətin ən yaxşı komandiri" hesab edildiyi üçün bu tecime üç və bir əl çalmadan ibarətdir ("üç əyalət, bir komandir").[1] Bu tecime ilk dəfə Masamunenin qızı Şahzadə İrohanın toyunda və Hasekura Tsunenaqanın Avropaya gedişi zamanı yerinə yetirilmişdir.[1] Hazırda isə Senday şəhərində populyardır.[1]
Tokionun Tama rayonunda, Saytama prefekturasının qərbində və Qunma prefekturasının qərbində tecimenin unikal formaları yerinə yetirilir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.