Yaponiyada region From Wikipedia, the free encyclopedia
Kansay regionu (関西地方, Kansai-chihō?) və ya Kinki regionu (近畿地方, Kinki-chihō?) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.
Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.[2]
Kinki sözü kin (近, yaxınlıq?) və ki (畿, İmperiya paytaxtı?) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.[3]
Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.
Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.[4]
Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.