From Wikipedia, the free encyclopedia
Sosial iş (ing. Social work) — Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir(klient, benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır. Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o, müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır. Problemin həlli yönündə sosial işçi müraciətçini sosial, psixoloji və ya hüquqi xidmətlərə yönəldir. Məhz bu nöqteyi-nəzərdən vurğulanır ki, sosial iş sahəsi insanlarla dövlət xidmətləri arasındakı münasibətləri əlçatan edir. Bu peşənin daşıyıcıları insanları öz potensiallarına arxalanmağa yönəldir, problemin kənar müşahidəçisi olmaqla qərarvericiliyi müraciətçinin öhdəsinə buraxır.
Aşağıda sosial işçilərin bir sıra fəaliyyət sahələri qeyd olunmuşdur:
-Ailə məsələləri üzrə məsləhətçi
-Pedaqoq
-Sosial tədqiqatçı
-Psixi sağlamlıq üzrə mütəxəssis
-Sosial işçi-gerontoloq (Ahıllarla çalışan sosial işçilər)
-Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan sosial işçilər
-Risk qrupları ilə çalışan sosial işçilər-Bura ruhi xəstəliklərdən əziyyət çəkənlər, zərərli maddələrin aludəçisi olan şəxslər, insan alverinin qurbanları və s. kimi qruplar daxildir.
-Ekstremal vəziyyətlərdə müdaxilə edən sosial işçilər-təbii fəlakətlərdə, hərbi-siyasi münaqişələrdə və insidentlərdə zərərçəkmişlərin rifahını təmin edir.
-Uşaq müdafiəsi sahəsində çalışan sosial işçilər
-Zorakılığa məruz qalmış şəxslərin rifahını təmin edən sosial işçilər və s.
Sosial işçilər cəmiyyətin "mikro"(fərdlər), "mezo"(qruplar) və "makro"(icmalar) səviyyələri ilə sosial müdaxilə prosesini həyata keçirərək insanların rifahını təmin edir. Sosial iş bir struktur kimi dövlətin bütün vətəndaşlarının sosial təhlükələrdən qorunmağa yönələn əhalinin müxtəlif kateqoriyalarının həyat fəaliyyətinin pozulmasının qarşısını alan bir kompleks kimi çıxış edir. Sosial işçilər fəaliyyətləri əsnasında dövlətin mövcud aktları və qanunauyğunluqlarına əsasən hərəkət etməlidir.
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır.
Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir. Qanuna daxil edilmiş əsas qanunlardan biri həbs olunan insanların bir-birinə dəstək olmalarının tələb edilməsi idi.
E.ə 1200-cü iə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edirdi. Filantropiya yunan sözü olub, mənası isə insan sevərik, ehtiyacı olanlara yardım mənasında istifadə olunur.
Sosial işin inkişaf etməsində dinin də böyük rolu olmuşdur. Kilsə və monastırların nəznində məktəblər, xəstəxanalar, nikahdan kənar dünyaya gəlmiş uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yaşlı və əlilliyi olan insanlar üçün sığınacaqlar fəaliyyət göstərirdi və burada tək sosial-məişət məsələləri deyil, həm də pedaqoji vəzifələrdən hesab olunan: təhsil, peşə təhsili və digərləri həyata keçirilirdi,
lakin cəmiyyət inkişaf etdikcə yoxsulluq artıq bir ehtiyac kimi aradan qaldırılması tələb olunur, cəmiyyətdə olan insanlar tərəfindən yoxsulluq ictimai bəla hesab edilirdi. XIV əsrdən etibarən dünya dövlətləri dilənçilərin təqib edilməsi və cəzalandırılması yönündə qanunlar qəbul edirlər.1530-cu ildə Almaniyanın imperiya seymi tərəfindən yerli hakimiyyət orqanlarına hər bir icmanın öz yoxsullarını, daxili təlabat hesabına ödənilməsi barədə göstəriş verilir. Oxşar qanunlar qısa zaman ərzində Fransa, Hollandiya və digər ölkələrdə qəbul edilir. İngiltərədə fərdi şəxslərə sədəqə vermək qanunla qadağan edilmişdi.
Sağlam yoxsullar işləməi, xəstələr isə kilsələr tərəfində idarə olunan, xüsusi sığınacaqlarda saxlanmalı idilər. Dilənçiliklə mübarizədə cəmiyyətin fəal iştirak etməsi, qısa zamanda İngiltərə və digər ölkələrdə dilənçilərin sayının azalmasıa səbəb olmuşdur. Xəstələrə, uşaqlara, məhkumlara qayğının göstərilməsi filantropiya hərəkatının əsas qayəsini təşkil etmişdir. Qısa müddətdə Avropada qocalar evləri və uşaq evləri inşa edildi.Hamburq şəhərində siyasi iqtisadçı Byuşh və ticarətci Foxtun səyləri ilə 1778-ci ildə yoxsullar üçün ümumi qəyyumluq cəmiyyəti təşkil edildi. Cəmiyyətin yaradılmasında əsas məqsəd hər bir yoxsulun imkanı daxilində gündəlik dolanışığın təmin edilməsi idi.
Sosial iş peşə kimi XIX əsrdə yaranmışdır. İlk dəfə 1898-ci ilin yayında Kolumbia Universitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş demək olar ki, Amerika Birləşmiş Ştatları ilə paralel zamanda yaranmışdır. İngiltərədə ilk sosial işçilər, xəstəxana fəaliyyət göstərən şəxslər olmuşlar.1895-ci ildə Mary Stevard Royal adlı qadın Fri xəstəxanasında çalışan ilk sosial işçi olmuşdur. Bu həm də Böyük Britaniya tarixində bir ilk hesab edilmişdir.Avstraliyada sosial işin inkişafı İngiltərə və Amerika Birləşmiş Ştatlarına nisbətən geç baş vermişdir.
1920-ci ildə etibarən sosial işçilər yetişmiş və yalnız 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başlamışdır. 1865-ci ildə İngiltərədə keşiş Vilyam Buts Xilas ordusu adlı təşkilat yaratdı. Təşkilatı əsas fəaliyyəti kasıb və kimsəsiz insanlara yardım göstərilməsi idi. XIX əsrin sonunda və XX əsrin əvvələrində könüllü xeyriyyəçilkdən elmi və peşəkar filantropiyaya keçid baş verdi. Avropada Sosial tibb Amerika Birləşmiş Ştatlarında isə Sosial iş terminləri yarandı. 1917-ci ildə Amerika Birləşmiş Ştatlarında ilk sosial işçi sahəsində fəaliyyət göstərən təşkilat qeydiyyata alındı.1921-ci ildən təşkilat yenidən təşkil edildi və adı Amerika Sosial İşçilərnin Assosiasiyaı olaraq dəyişdirildi.
Sosial İşçinin ümumi dəyərləri:
Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.
Sosial İşçinin Etik Prinsipləri:
Sosial işçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:
Sosial işçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur:
Sosial işçilər klientlərə, əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.