Rinqo Starr From Wikipedia, the free encyclopedia
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[2][3][…]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. "Britaniya imperiyası" ordeni kavaleri, "Oskar" və "Qremmi mükafatı" laureatı. 2010-cu ildə "Rolling Stone" jurnalının keçirdiyi sorğuya əsasən, bütün zamanların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub.[4]
Rinqo Star | |
---|---|
ing. Ringo Starr | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Richard Starkey[1] |
Ləqəbi | Ringo Starr |
Doğum tarixi | |
Doğum yeri | Liverpul, Böyük Britaniya |
Milliyyəti | Birləşmiş Krallıq |
Həyat yoldaşları |
|
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, bəstəkar, aktyor |
Fəaliyyət illəri | 1957-indiyədək (davam edir) |
Janrlar | Rok, pop, kantri musiqisi |
Musiqi alətləri | Baraban, Gitara |
Səs tembri | bariton |
Albom şirkətləri | Parlophone, United Artists, Capitol, Apple, Swan, Vee-Jay, Tollie, Atlantic, RCA, Mercury, Koch, Private Music, Boardwalk, Rykodisc, Hip-O |
Əlaqələri | Rory Storm and the Hurricanes, The Beatles, Plastic Ono Band, Ringo Starr & His All-Starr Band, The Band, Peter Frampton, Steve Lukather |
Üzvlüyü |
|
Mükafatları |
|
ringostarr.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.[5]. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar[5]. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir.[5].
Rinqo xəstə və zəif uşaq kimi böyüyüb: ibtidai sinifi bitirdikdən sonra peritonitə görə bir il xəstəxanada qalmalı olub, daha sonra plevritə görə daha iki il təhsili buraxmalı olub. Məhz buna görə Rinqo məktəbi heç cür bitirə bilməyib.[6] 15 yaşı olarkən Riçard Liverpul ilə Uels arasında səfər edən gəmidə stüard kimi işləməyə başlayıb. Rinqo bütün həmyaşıdları kimi yeni amerika musiqisi ilə maraqlanıb, ancaq ilk əvvəllər səhnə şöhrəti arzusunda olmayıb.
18 avqust 1962-ci ildə Rinqo rəsmən "The Beatles"ın heyətinə daxil oldu, ona qədər qrupda bu ampluada Pit Best çıxış edirdi. Rinqo "The Beatles"ın üzvü olmamışdan öncə o vaxtlar Liverpulda "The Beatles"ın əsas rəqibi olan "Rory Storm and the Hurricanes" qrupunda çıxış edirdi.
Rinqo "The Beatles"ın: “Within You Without You”, “Back in the U.S.S.R.” (Pol Makkartni); “Dear Prudence” (Pol Makkartni); “The Ballad Of John And Yoko” (Pol Makkartni) mahnılarından savayı demək olar qrupun bütün digər mahnılarında barabanda çıxış edib. Rinqo, “A Hard Day’s Night”, “Magical Mystery Tour” və “Let It Be” albomlarından savayı, qrupun digər albomlarında bir mahnıda aparıcı vokalçı kimi oxuyub, “The Beatles” albomunda isə iki mahnıda.[7]. Rinqo həmçinin "The Beatles"ın ifa etdiyi iki mahnının “Octopus’s Garden” və “Don’t Pass Me By” mahnılarının müəllifi, “What Goes On” mahnısının isə həmmüəllifidir. Bunlardan əlavə Rinqonun səsini bəzi mahnılarda ümumi xorda eşitmək mümkündür.
Baxmayaraq ki, Rinqonun vokal imkanlarını "The Beatles"ın səsyazmalarında nadir halda eşitmək mümkündür, ancaq "The Beatles"ın filmlərində Rinqo aparıcı rollarda oynayıb. Belə hesab edilir ki, Rinqo Star qrupun digər üzvləri ilə müqayisədə daha çox aktyorluq istedadına malik olub. "The Beatles"ın dağılmasından sonra Rinqo Star daha bir neçə filmdə çəkilib.
1968-ci ildə (qrup üzvləri arasında əlaqələrin pisləşməyə başladığı bir zamanda) "The Beatles" albomunun yazılışı zamanı Pol Makkartni gözlənilmədən Starla mübahisə edib, və onu "primitiv barabançı" adlandırıb. Rinqo isə buna cavab olaraq müvəqqəti olaraq qrupu tərk edib. Bu zaman ərzində o, filmlərdə və reklamlarda çəkilməklə məşğul olub.[6]
Hələ qrupun rəsmi dağılmasınadək, qrupun digər üzvləri kimi Rinqoda solo materiallar hazırlamağa başlayıb. Bunun nəticəsi kimi 27 mart 1970-ci ildə Rinqonun 1920-ci və 1950-ci illərin pop şlyaqerlərinin kaver versiyalarından ibarət "Sentimental Journey" adlı ilk yığma albomu işıq üzü görüb. Con, Pol və Corcun 1970-ci ildəki debütlərindən fərqli olaraq, Rinqonun debütü tənqidçilər tərəfindən uğursuzluq kimi qəbul edilmişdir. Rinqonun 1970-ci illər yaradıcılığını çoxda mühüm adlandırmaq olmaz, ancaq yenədə digər musiqiçilərin köməyi ilə (xüsusən Corc Harrisonun) o, yetərincə uğurlu albomlar çıxarmağı bacarıb.
Rinqo, 1971-ci ildə “Banqladeş üçün konsert”də Bob Dilan, Erik Klapton, Corc Harrison, Billi Preston, Leon Rassell və Badfinger kimi ifaçılarla bir səhnədə çıxış edib.
Rinqo, 1983-cü ildə özünün “Old Wave” albomunu yazmaq istəyərkən, ingilis və amerikan səsyazma studiyaları bundan imtina ediblər. Bu zaman o, diski Kanada, Braziliya və AFR-da buraxmağa məcbur olub. Daha sonra isə ona ümumiyyətlə tanıdığı jurnalistlər və səsyazma firması nümayəndələri zəng etməməyə başlayıb. Bu hadisələrdən sonra Rinqo və onun ikinci həyat yoldaşı Barbara Bax xroniki alkoqolizmdən əziyyət çəkməyə başlayıb. Buna baxmayaraq, daha sonra onlar alkoqol asılılığından qurtulmağı və aktiv həyata qayıtmağı bacarıblar.[8].
Rinqo 1989-cu ildə özünün ən yaxşı mahnılarından ibarət “Starr Struck” adlı yığma albomunu buraxıb. Bundan sonra Rinqo ulduz ansambl yığaraq, tərkibində Billi Preston, Doktor Con, Levon Helm, Co Uolş, Nils Lofqren, Rik Danko, Klarens Klemons, Cim Keltner kimi sənətçilərlə Amerikada, daha sonra isə Yaponiyada uğurlu turlar təşkil edib. Bu turlar ərzində Rinqo canlı albom və videofilm də istehsal etmişdir. Turlar ərzində ansamblın tərkibi daim dəyişirdi, bu artıq bir növ adət halını almışdı.
1998-ci ilin avqustunda Rinqo özünün All-Starr Band qrupu ilə birlikdə Rusiyada (Moskva, Sankt-Peterburq) iki konsert verdi. Bu hadisə "The Beatles" qrupunun hər hansı bir üzvünün keçmiş SSRİ ərazisinə daxil olduğu ilk belə hal kimi tarixə düşmüşdür. 2011-ci ildə Rinqo All-Starr Band-ın növbəti versiyası ilə yay Avropa turnesi çərçivəsində Moskva, Sankt-Peterburq, Kiyev və Riqada konsertlər vermişdir.[9].
28 avqust 2012-ci ildə Rinqo Star “Celebritynetworth.com” saytı tərəfindən keçirilən sorğuda dünyanın ən imkanlı barabançısı seçilmişdir. Onun büdcəsinin 300 milyon dollar olduğu qiymətləndirilir.[10].
Rinqo Starın birinci həyat yoldaşı Morin Tiqrett (Meri Koks) olub.[11] Cütlük 11 fevral 1965-ci ildə evlənib, 17 iyul 1975-ci ildə isə ayrılıblar.[12], Bu nikahdan onların üç uşaqları dünyaya gəlib.
Oğlu Zak Starki (ing. Zachary Richard Starkey) (doğ. 13 sentyabr 1965)[12] — barabançıdı, 1996-cı ildən “The Who” qrupunun üzvüdür, daha öncə “Oasis” qrupunun üzvü olub. 22 yanvar 1985-ci ildən evlidir, həyat yoldaşı Sara Menikayds-dır (ing. Sarah Menikides)[13]. Bu nikahdan onların bir uşaqı, Tatiya Starki (ing. Tatia Jayne Starkey) (doğ.7 sentyabr 1985) dünyaya gəlib.[13]. Tatiya Rinqonun ilk nəvəsidir.
Oğlu Ceyson Starki (doğ. 19 avqust 1967)[12], 1998-ci ildən evlidir, həyat yoldaşı Flora Starkidir (ing. Flora Starkey),[14] bu cütlüyün Lui Starki (ing. Louie Starkey) (doğ. iyun 1999) adında bir övladı var.[14];
Qızı Li Starki (ing. Lee Parkin Starkey) (doğ. 11 noyabr 1970)[12], dizayner, modelyer, vizajistdir.
Birinci həyat yoldaşı Morin Tiqrett, leykemiya ilə uzun sürən mübarizədən sonra, 30 dekabr 1994-cü ildə vəfat edib.[15].
Rinqo Starın İkinci və hal-hazırkı həyat yoldaşı aktrisa Barbara Baxdır, cütlük 27 aprel 1981-ci ildən evlidir.[11].
The Beatles dağıldıqdan sonra Rinqo Star 18 studiya albomu istehsal edib:[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.