Qarasuvbazar
Krımda şəhər From Wikipedia, the free encyclopedia
Krımda şəhər From Wikipedia, the free encyclopedia
Qarasuvbazar ya da Beloqorsk (1944-cü ilə qədər Qarasubazar; ukr. Білогірськ, krımtat. Qarasuvbazar, Къарасувбазар) — Krım yarımadasında yerləşən şəhər. İnzibati cəhətdən Ukrayna, Krım Muxtar Respublikası, Beloqorski rayonu ərazisinə daxildir.
Qarasuvbazar | |
---|---|
Білогірськ Qarasuvbazar | |
45°03′16″ şm. e. 34°36′08″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 180 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 297600 — 297609 |
Digər | |
belogorsk.rk.gov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük-Qarasu çayı sahilində, Krımın paytaxtı Simferopol şəhərindən 42 km şərqdə yerləşir. Simferopolu Krımın şərqi ilə birləşdirən magistral yolu keçir (Sudak, Feodosiya, Kerç).
Şəhərin tarixi adı Qarasubazar olmuşdur. Krım-tatar dilində işlənən bu şəhər adı «Qarasuda bazar» mənasını verir. Şəhər ərazisindən kiçik olan Böyük-Qarasu çayı axır. Yunanlar isə şəhəri Mavron Kastron (Qara qəsr) olaraq adlandırırdılar.
Şəhər haqqında ilkin məlumatlar XII əsrə aiddir. Orta əsrlər dövründə, Qarasubazar Gözleve ilə Kefe arasında mühüm karvan yolu üzərində yerləşirdi. Bütün Krımda ən məşhur bir qul bazarı olaraq bilinirdi[2][3]. Krım xanlığı dönəmində Şirin adlı zadəgan ailəsinin mülkiyyəti hesab edilirdi. Dəfələrlə (1624, 1628, 1630, 1675) zaparoje kazaklarının hücumuna məruz qalmışdır. Krımın paytaxtı Bağçasarayın 1736-ci ildə Xristofor Minixin başçılığı altında rus qoşunları tərəfindən yandırılmasından sonra II Fetih Gəray mərkəzi bura köçürür. Ancaq bir il sonra Pyotr Lassinin başçılığı altında Qarasubazarda yandırılır.
1772-ci ildə şəhərdə Rusiya imperiyası ilə Krım xanlığı arasında Qarasubazar müqaviləsi imzalanır. Bununlada Krım xanlığı Osmanlı imperiyasının tərkibindən çıxaraq Rusiya vassallığına keçir.
6 yanvar 1918-ci ildə şəhərdə sovet hakimiyyəti qurulmuşdur. Bundan sonra ağların təqibinə başlanılır. 11 noyabr 1920-ci ildə isə ağların təhlükəsi aradan qalxdıqdan sonra təqiblər tamamən dayandırılır. Krım tatarlarının deportasiyasına qədər Qarasubazarda rus əhalisi üstünklük təşkil edirdi. 1939-cu ildə krımtatarlar şəhərin üçdə bir hissəsini təşkil etmişdir[4].
XIX əsrin sonlarından XX əsrin əvvələrinə qədər Qarasubazar Qırımçaqların əsas mərkəzi sayılırdı. Ancaq Krımın almanlar tərəfindən işğalından sonra xolokosta məruz qalırlar.
1995-ci ildə şəhərin inzibati ərazisinə Novikovo kəndi də daxil edilmişdir[5].
2001-ci ildə Beloqorsk şəhəri Ukraynanın tarixi yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
14 oktyabr 2014-cü il məlumatına görə şəhərdə 16 354 nəfər yaşayır.[6]
milli tərkib | ümumi, əhali. | % hər şey | % göstərənlər |
---|---|---|---|
göstərənlər | 16131 | 98,64 % | 100,00 % |
ruslar | 9656 | 59,04 % | 59,86 % |
krım tatarları | 4466 | 27,31 % | 27,69 % |
ukraynalılar | 1170 | 7,15 % | 7,25 % |
tatarlar | 486 | 2,97 % | 3,01 % |
belaruslar | 63 | 0,39 % | 0,39 % |
yunanlar | 45 | 0,28 % | 0,28 % |
özbəklər | 35 | 0,21 % | 0,22 % |
türklər | 32 | 0,20 % | 0,20 % |
bolqarlar | 25 | 0,15 % | 0,15 % |
ermənilər | 20 | 0,12 % | 0,12 % |
polyaklar | 17 | 0,10 % | 0,11 % |
moldovanlar | 16 | 0,10 % | 0,10 % |
azərbaycanlılar | 15 | 0,09 % | 0,09 % |
almanlar | 14 | 0,09 % | 0,09 % |
digərləri | 71 | 0,43 % | 0,44 % |
göstərməyənlər | 223 | 1,36 % | |
ümumi | 16354 | 100,00 % |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.