Sudak (şəhər)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sudak (ukr. Судак, krımtat. Sudaq, Судакъ) — Krım yarımadasının cənubunda, respublika tabeli şəhər.[2] Qara dəniz sahilində yerləşən Sudak şəhəri turizm və şərabçılıq mərkəzi kimi tanınır. Sudak dairəsinin inzibati mərkəzidir.
Sudak | |
---|---|
ukr. Судак krımtat. Sudaq, Судакъ | |
44°51′05″ şm. e. 34°58′21″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Region | Krım Muxtar Respublikası |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 212 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380-6566, +7 (36566) |
Poçt indeksi | 98000–98023 |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı dövründə şəhər Sudak adını almışdır və indi də bu adı daşıyır.[3] Adın mənası kırım-tatar dilində suv — su, dak — dağ deməkdir. Yəni suda olan dağ və ya su altında dağlar.[4][5]
Sudak Krım yarımadasının cənub-şərq sahilində, Aluşta şəhərində 47 km şimali-şərqdə və Feodosiyadan 42 km cənub-qərbdə yerləşir. Şəhər eyni adlı çayının vadisində, Sudak körfəzinin sahilindədir. Qərbdən Krepostnaya dağı ilə və şərqdən Alçak burnu ilə həmsərhədlənir. Şimaldan şəhəri əhatə edən dağlar fıstıq və palıd meşələri ilə örtülüdür. Şərqdə quraq Kapselskaya vadisi yerləşir. Şəhər öz ərazisini daim genişləndirir. 1996-cı ildə 480.29 hektardan 1429.46 hektara, 2003-cü ildə isə şəhər ərazisinin sahəsi 2347.7 hektara qədər artırılmışdır.[6][7]
Sudak şəhərinin iqlimi Krımın cənub sahillərinin iqliminə yaxındır - qışı mülayim, yayı quraq. Kəskin temperatur dəyişilməsi müşahidə olunmur. İllik yağıntı miqdarı azdır - ildə orta hesabla 318 mm (Yaltada - 609 mm). Orta illik temperatur +11.9 °C-dir. Yay aylarında isti və quru, bəzən də çox isti olur. Xüsusilə iyul və avqust aylarında isti olur - +38 °C.
Sudak (Xalkinski) əlyazmalarında yazılan məlumata görə (13-cü əsrin sonu), şəhər 212-ci ildə qurulmuşdur. Sugdeya (yun. Σουγδαία) adlı bu şəhər Bosfor dövlətinin forpostu idi. Krepostnaya dağındakı olan qalanın qalıqları III-V əsrlər aiddir.[3]
2014-cü ilin əhalinin siyahıyaalınmasına görə şəhər əhalisinin sayı 16784 nəfərdir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.