fransız filosof və yazıçı From Wikipedia, the free encyclopedia
Pyer Beyl (fr. Pierre Bayle; 18 noyabr 1647[1][2][…] – 28 dekabr 1706[1][2][…], Rotterdam, Cənubi Hollandiya[3][4][…]) — fransız mütəfikkiri, yazıçısı.
Pyer Beyl | |
---|---|
fr. Pierre Bayle | |
Doğum tarixi | 18 noyabr 1647[1][2][…] |
Vəfat tarixi | 28 dekabr 1706[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | filosof, yazıçı, professor, jurnalist, ədəbiyyat tənqidçisi, ilahiyyatçı, tarixçi, leksiqraf |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Skeptisizm |
Pyer Beyl Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647–1706/. Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam ali məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət bəsləmişdir. "Böyük Lüdovikin dövründə Fransada katoliklik nədən ibarətdir?" adlı əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların müqabilində xristianlıq haqqında nə düşünmək olar? belə nəticə çıxarmaq lazım gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq üçün hətta yalan və aldatmadan, dönüklükdən, cəlladlardan və inkvizisiyadan, draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mülahizələrini xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu təqib edirlər, vəzifəsi əlindən çıxır. Beyl ömrünün qalan illərini "Tarixi və tənqidi lüğət" adlı əsas əsərini yaratmağa sərf edir. 20 cilddən ibarət olan bu geniş həcmli əsər birinci növbədə din əleyhinə söylənilmiş fikirlər, mülahizələr toplusudur. Müəllif özündən əvvəl müxtəlif zamanlarda söylənilmiş mülahizələr əsasında mövcud dinlərin bütün əsas müddəalarını şübhə altına alır və təftiş edir.
P. Beyl öz mülahizə və qənaətlərini söyləməkdən çəkinir, deyilmiş dəlillərlə kifayətlənir. Lüğət əslində ikili planda yazılmışdır. Əsas hissəsində dinin müxtəlif məsələləri şərh olunur. Müəllif burada özünü dindar bir protestant kimi göstərir. Bu əsas məqalələrə yazılmış geniş şərhlər isə əsas hissədən qat-qat çox olmaqla tam ateist ruhda yazılmışdır. Bu şərhlər bütün dövrlərin əsl ateizm ensiklopediyası olub müəllifinə böyük şöhrət qazandırmış və XVIII əsrin ensiklopedistləri üçün zəngin material vermişdir.
Volter hesab edir ki, Beyl özü dindar deyilsə də, oxucularını əsl dinsizliyə gətirib çıxarır. Beylin lüğəti XVIII əsrdə maarifçilərin stolüstü kitabı olmuşdur. Didro və Dalamber isə "Ensiklopediya"da ondan nümunə kimi faydalanmışlar.
Bir fransız yazıçısının söylədiyi kimi: "Pyer Beyl XVII yüz il mənasında axırıncı metafizik və XVIII əsr məna-sında birinci filosof idi." Beləliklə, P. Beylin yaradıcılığı ilə XVII əsr ədəbiyyatı yekunlaşır və Maarifçilik dövrünün ədəbiyyatı başlanır.
rus dilində:
xarici dillərdə:
bu əsərlərdən əlavə. B., əsərləri:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.