From Wikipedia, the free encyclopedia
Peterburq müqaviləsi - 1723-cü ildə Səfəvilər dövləti ilə Rusiya arasında bağlanan müqavilə
Peterburq müqaviləsi | |
---|---|
| |
İmzalanma tarixi | 12 sentyabr 1723 |
İmzalanma yeri | Sankt-Peterburq |
Qüvvəyə minməsi | qüvvəyə minmir |
• şərtləri | Səfəvi dövləti rus ordusunun işğal etdiyi vilayətlər Rusiyaya «güzəştə getməli», rus qoşununun ayağı dəymədiyi Mazandaran və Astrabad da Rusiyaya verməli. Qarşılığında Rusiya, əfqanlara qarşı mübarizədə Səfəvi dövlətinə hərbi yardım göstərməlidir. Rusiya və Səfəvi dövləti Türkiyənin aqressiv niyyətlərinə qarşı birlikdə çıxış etməlidirlər. |
İmzalayanlar |
İsmayıl bəy Andrey Osterman |
Tərəflər | Səfəvi imperiyası |
Rusiya Azərbaycana yürüş hazırlığını həyata keçirdikdən sonra hərbi əməliyyatlara başladı. I Pyotrun komandanlıq etdiyi qoşun 1722-ci ilin avqustunda döyüşsüz Dərbəndə daxil oldu. Dərbənddən sonra Müşkür mahalı ələ keçirildi. I Pyotr hərbi əməliyyatların ilk dövrünün təcrübəsini, Rusiyada baş verən hadisələrin təsirini nəzərə alaraq işğal planında dəyişiklik etdi. O, avqustun 29-da Dərbənddə keçirilən hərbi şurada əməliyyat planında dəyişiklik edilməsini və qoşunun xeyli hissəsinin Rusiyaya qaytarılması haqqında qərar qəbul etdi. Dərbənd hərbi şurasından sonra da əməliyyatlar davam etdirildi. Noyabrın əvvəllərində polkovnik Şipovun ekspedisiyası Həştərxandan hərəkət etdi və Rəşti tutdu. I Pyotr özü isə Moskvaya döndü. General M.A.Matyuşkinin komandanlıq etdiyi rus hərbi qüvvələri 1723-cü ilin iyununda Bakını işğal etdi. Rusiyanın Xəzərsahili torpaqları işğalı Osmanlı dövlətini daha da fəallaşdırdı. I Pyotr işğal olunmuş ərazilərdə hakimiyyətini hüquqi cəhətdən təmin etmək üçün Səfəvi sarayı ilə danışıqlara başlamağı qərara alır.[1]
Bəhs edilən dövrdə Səfəvi dövlətinin daxili çöküntüsü başa çatmaqda idi. Ölkənin yarıdan çoxu əfqanlar tərəfindən tutulmuş, Transqafqaz ölkələri şah aslılığından çıxmış, Xəzərin günbatan bölgələri isə Rusiyanın əlinə keçmişdi. Şah gah Rusiyaya, gah Türkiyəyə üz tutur, Dağıstan və Gürcüstan feodallarından yardım istəyirdi. Səkkiz aylıq mühasirədən sonra Səfəvi paytaxtı İsfahan oktyabr 1722-ci ildə əfqanların başçısı Mir Mahmudun qarşısında məğlub oldu. Şah Hüseyn onun xeyrinə taxtdan əl çəkdi. Ancaq onun 18 yaşlı oğlu II Təhmasib noyabr ayında özünü şah elan edərək Rusiya konsulu Avraamov ilə danışığa başladı.[2] Əfqanlarla mübarizədə II Təhmasibə yardım edəcəyini bildirən Pyotr ona elçi göndərməyi təklif etdi. II Təhmasib yanvar ayında İsmayılbəyi elçi göndərir. Lakin elçi Rusiyaya çatdıqda rusların da Xəzərsahili bölgələri işğalı başa çatmışdı. Vəziyyəti belə görən şah İsmayıl bəyi elçilik səlahiyyətindən və Rusiya ilə danışıq aparıb hər hansı bir müqavilə imzalamaq hüququndan məhrum edir. Buna baxmyaraq ruslar İsmayıl bəyi hərb gəmisi vasitəsil Həştərxana, oradan da Sankt-Peterburqa göndərirlər. Pyotr çalışırdı ki, buradakı işğallarının Səfəvi dövlətinin razılığı əsasında həyata keçdiyini Avropaya bildirsin.[2]
«Xəzərboyu əyalətlərin işğalını «qanuniləşdirmək» və beynəlxalq ictimaiyyət qarşısında öz hərəkətlərinə bəraət qazandırmaq üçün» tələsən I Pyotrun istəyi ilə «Rus-İran müqaviləsinin bağlanması ilə bağlı danışıqlara görüşdən dərhal sonra başlanır» . İmperator öz tələblərini irəli sürür: artıq rus ordusunun işğal etdiyi vilayətlərin (Dərbənd, Bakı, Gilan) Rusiyaya güzəştə gedilməsi, eləcə də əlavə olaraq, rus qoşununun ayağı dəymədiyi Mazandaran və Astrabadın da verilməsində israr edir. Rusiya öz növbəsində, əfqanlara qarşı mübarizədə Səfəvi dövlətinə hərbi yardım göstərməyi öz öhdəsinə götürür. Rusiya və İran Türkiyənin aqressiv niyyətlərinə qarşı birlikdə çıxış etməyi qərara alırlar. L.Lokhart müqavilənin bağlandığı şərait haqda bunları yazır: "müqavilənin hazırlanmasında Rusiya tərəfindən nüfuzlu ... Ostermann xüsusi rol oynayır. Şah səfiri o qədər zəif, qorxaq vəziyyətdə idi ki, demək olar ki, Rusiyanın bütün tələbləri ilə razılaşmalı olur." Nəticədə 12 (23) sentyabr 1723-cü ildə müqavilə imzalanır.
Müqavilə preambula və 5 maddədən ibarətdir. Preambulada göstərilirdi: "Məlum olsun ki, bir neçə il qabaq İran dövlətində baş verən böyük qarışıqlıqlar və həmin dövlətin təbəələri, Şafi həzrətlərinə qarşı üsyan qaldırıblar, öz qanuni hökmdarlarına qarşı deyil, həm də bütün Rusiya imperator həzrətlərinin təbəələrinə pis təsir göstərirlər ki, bu da qədimdən dostluq və traktatla bağlı olan hər iki dövləti, öz aralarında ticarətlə bağlı olanlara, böyük ziyankarlıq edib dağıntılar törədiblər. Buna görə də Şah həzrətləri təbəəsində olan üsyankarların öhdəsindən gələ bilmirdi, ona görə də bütün Rusiya imperatoru həzrətləri Şah həzrətlərinə olan dostluğa sadiq qalaraq, üsyankarların Rusiya sərhədlərinə yaxınlaşmağına və İran 71 dövlətinin tam dağılmasının qarşısını almaq üçün özü silah işlədərək bütün üsyankarları və bəzi şəhərləri və Xəzər sahilində olan başqa yaşayış məntəqələrini, hansılardakı üsyankarlar sığınacaq tapmışdılar, silah gücünə onlardan azad etdi və Şah həzrətlərinin təbəələrini gələcəkdə qorumaq üçün öz qoşunlarını yerləşdirdi, bir tərəfdən məlum oldu ki, üsyankarlar silahlanıb, güclənib İran dövlətinin paytaxtını tutublar və Şah həzrətlərini və onun ailəsini əsir götürüblər. Salamat qalan təkcə oğlu Təhmasib qanuni olaraq taxta sahib olub.... Beləliklə, Rusiya Azərbaycan və İranın Xəzərsahili torpaqlarının işğalına "bəraət" qazandırır, buna uyğun olaraq müqavilənin şərtləri irəli sürülür"[3]
Şah Təhmasib təbii olaraq Peterburq müqaviləsini təsdiq etməkdən boyun qaçırdı. Şahın razılığını almaq üçün Rusiyadan göndərilən elçi knyaz B. Meçerskini qəbul etməyərək, geri qaytardı. Baş vəzir ona bildirdi ki, İsmayıl bəyə andlaşma səlahiyyəti verilmədiyi üçün təsdiq etmək barədə danışığı “eşitmək belə istəmirlər”. Rezident Avraamov da saraya buraxılmadı. İsmayıl bəyin dövlətə xəyanət etməsi rəsmən bildirildi. Bu, ona ölüm hökmü verilməsi demək idi. Buna görə o vətənə geri dönmədi. İmperatorun buyruğu ilə böyük pul təqaüdü verilən və Həştərxanda ev alan İsmayıl bəy ömrünün sonuna qədər burada yaşayır.
Beləliklə Peterburq sülh müqaviləsinə görə Səfəvi imperiyası Dərbənd və Bakının Rusiyaya verilməsini təstiqləyir, Gilan, Mazandaran və Astrabadın da ilhaq haqqını verirdi. Bu o demək idi ki, Xəzər dənizinin bütün cənub və qərb sahilləri Rusiyaya verilirdi. Bu ərazilərin qorunması Rusiya ordusu tərkibində təşkil edilən İran Korpusuna tapşırılacaqdı. Müqaviləyə görə Səfəvi dövləti bu qüvvələri bölgədə sülhü qorumaq üçün göndərilmiş ordu kimi qəbul etməli idi.[4]
23 sentyabr 1723-cü ildə onun [şahın] Sankt-Peterburqdakı səfiri İsmayıl bəy alcaldıcı müqaviləni imzaladı. Bu müqaviləyə görə çar şaha öz çətin vəziyyətdə olan taxtını qorumaq üçün öz dostluğunu və üsyançılara qarşı dəstəyini verəcək. Bunun qarşılığında şah əbədi olaraq Rusiyaya bu torpaqların - bütün onlara aid olan mülklərlə birlikdə Dərbəndin, Bakının, eləcə də Gilan, Mazandaran və Astrabadı verirdi. Beləliklə də onlar qüvvələri ilə Əlahəzrət Şahı üsyançılara qarşı dəstəkləmək üçün ordu göndərəcəkdi, lakin pul tələb etməyəcəkdi.
Səfəvi tərəfindən müqaviləni imzalayan II Təhmasib tərəfindən göndərilmiş səfir İsmayıl bəy idi.[5] Müqavilənin mətni 1724-cü ilin aprel ayında Səfəvilərin o dövrki paytaxtı Qəzvinə leytenant Knyaz boris Meşçerski tərəfindən gətirildiyi zaman paytaxt əhalisi artıq müqavilə mətninin mahiyyətindən xəbərdar idi. Rus səfiri şəhərə daxil olduğu zaman əhali ona qarşı zorbalığa başlayıb hədələdi. O, II Təhmasib tərəfindən ənənəvi mərasimlə qarşılasa da, Səfəvi şahı müqaviləni təstiqləməkdən imtina etdi.[6][7][5] Tarixçilər bunun səbəbi kimi onu göstərirlər ki, Səfəvi tərəfi 1920-ci illərdə keçirdiyi dəhşətli zəifləməyə baxmayaraq, bölgədə olan rus ordusunun ona təhlükə törədə biləcəyinə böyük şübhə duymağa başlamışdılar. Həmçinin artıq II Təhmasibə aydın idi ki, ruslar ona əfqanlara qarşı mübarizədə yardım göstərmək iqtidarında deyillər. Bundan başqa, mümkündür ki, II Təhmasib İstanbulda ruslarla osmanlıların danışıqlar apardığından da xəbərdar idi. İsmayıl bəy belə bir müqaviləyə qol çəkdiyinə görə cəzalandırılmalı idi, buna görə də o, geri dönmədi və 20 il sonra sürgündə ikən Həştərxanda vəfat etdi.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.