Remove ads
From Wikipedia, the free encyclopedia
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həştərxan | |||||
---|---|---|---|---|---|
Астрахань | |||||
|
|||||
46°21′00″ şm. e. 48°02′06″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Region | Həştərxan vilayəti | ||||
Başçı | Maria Permyakova | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1558 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | −25 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 8512 | ||||
Poçt indeksi | 414000–414999 | ||||
Digər | |||||
astrgorod.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb.
Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır.
Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir.
Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür. Uluq Məhəmmədin dövründə 1437-ci ildə Qızıl Orda parçalanır: şimalında Kazan xanlığı, 1441-ci ildə Krım xanlığı, 1459-cu ildə Astarxan xanlığı yaranır. Bu tənəzzül və qarşıdurma zamanı Moskva knyazlığı 300 illik tarar qəyyumluğundan qurtulmuş oldu.
Rus dövləti qoşunları 1554-cü ildə Astarxana hücum edib xan Yağmurçanı devirib, (Yağmurça bundan sonra qaçıb noqayların Azaq qalasına gəldi, Osmanlı hökumətinə sığındı) onun yerinə IV İvanın vassallığını qəbul edən Dərviş Əli xanı qoydular. Dərviş Əli xandan da heç gözləri su içməyən ruslar 1556-cı ildə Astarxanı birdəfəlik Rusa qatdılar. Müasir Astarxanın əsası 1558-ci ildə təpədə tikilən yeni qala ilə qoyulmuş oldu. Bu zamandan şəhərə və ətrafına rusların köçürülüb məskunlaşdırılmasına başlanıldı. Sovet vaxtı bu siyasət daha da gücləndirildi. Odur ki, bunun nəticəsi olaraq hazırda şəhərin əsas əhalisi ruslardan ibarətdir. Yerli tatarlar əhalinin 10 faizə qədərini təşkil edirlər. Artıq 17-ci əsrin ortalarına doğru Volqanın ağzında yerləşən Astarxan rus dövlətinin sərhəd qalalarrından biri sayılırdı. Astarxanın istilası ilə İdil (Volqa) boyunun Rus hakimiyyəti altina düşməsi, dünya ticarətinin ən işlək yollarından olan İpək yolunun şimal İpək yolu qolunun rusların əlinə keçməsi və Rusiyanın Qafqaz ilə Türküstan yönünə genişlənməsi uyğun bir ortam təşkil etdi.[4]
Beləliklə Astarxan XVI–XIX əsrlərdə Qafqazla, Orta Asiya , İran və Hindistanla ticarətdə mərkəz rolunu oynamaqla; eləcə də Bakı neftini Rusiyaya nəql edən güclü liman funksiyasını daşımaqda idi.
N. Baskakovun göstərdiyinə görə Astarxan (bəzi mənbələrdə Rastarxan) Xəzər xaqanının adıdır. Tarixdə Astarxan xaqanının 764-cü ildə Qafqaz ölkələrinə yürüşü məlumdur. As~ jas-türk nəsli adıdır. (Ras, as, ars, Aras) + Tarkan "titul" sözlərindən yaranmışdır.[5] Odur ki, Astarxan adı təsadüfən bənzəri səsləndiyi Həştərxan (Hacı Tərxan) adına nisbətən daha təbii təsir bağışlayır. As, az xalq adıdır deyə Malov yazır; "Tarxan" Orda dövlətində yüksək hərbi inzibati rütbə demək idi. Astarxan (As Tarxan), yəni "Asların tarxanı" deyə Artamonov göstərir.[6] Özlərini as adlandıran tayfa vardır. Məlum olur ki, Sarmat tayfası əslində Aslardan əmələ gəlmişdir. Bizim eranın əvvəllərində adlarını dəyişməli olmuşlar.[7] Tarixin səhifələrində bunun kimi və ya tam əksinə olan hallara təsadüf olunmaqdadır. Bəs onda Astara adının tərkibindəki as tayfasının adıdır mi? Düşündürücüdür. Lev Qumilyevin "Qədim türklər" kitabında (Bakı, 1993 s.183) bəhs etdiyi Ermitaj Dövlət muzeyində mühafizə edilən türk qvardiyaçı heykəlləri məhz Turfan yaxınlığındakı Astara kəndindəki sərdabədən (Sərdabə çin əyanına məxsusudur) tapılmışdır. XI–XII əsrə aid mənbələrdə Aş Tarxan, Aj Tarxan şəkillərinə də rast gəlinir. Adın digər şəkli As Tarxan və ya Aş Tarxan) Həştərxan şəklinin bu gün sabitləşməsinə yol açdı.
Əhalisi 501 min nəfərdir (2005).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.