Remove ads
İtaliya aktrisası və modeli From Wikipedia, the free encyclopedia
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[1][2][…], Çitta-di-Kastello[d], Umbriya, İtaliya[1]) — italyan aktrisa və model. "Dolce & Gabbana" və "Christian Dior" moda evlərində model kimi karyerasına başlamış, İtaliya, ABŞ və Fransa istehsalı olan filmlərdə əsas rollarda çəkilmişdir.
Monika Belluççi | |
---|---|
it. Monica Bellucci | |
Doğum adı | Monica Anna Maria Bellucci |
Doğum tarixi | 30 sentyabr 1964[1][2][…] (60 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Partnyorları |
|
Fəaliyyəti | kino aktrisası, model[d], səsləndirmə aktrisası[d], aktrisa, fotomodel[d] |
Fəaliyyət illəri | 1977-ci ildən |
Təhsili |
|
Boyu | 173 sm |
Çəkisi | 64 kq |
Mükafatları | |
IMDb | ID0000899 |
Vikianbarda əlaqəli mediafayllar |
Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, həmçinin Qaspar Noenin art-haus qorxu filmi "Dönməzlik" (2002) filmində rol alıb və Mel Gibsonun İncil motivləri əsasında çəkdiyi "İsanın ehtirasları" (2004) dram filmində Mariya Maqdalena obrazını canlandırıb.
Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefona rolunda çəkilmişdir. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu.[5]
Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir.[6][7][8][9]
Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır.[10] Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi[11] və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.[12] Monika 1989-cu ilə qədər Paris və Atlantik okeanın o tayında "Nyu-Yorkda model" kimi tanınırdı. O, həmçinin "Dolce & Gabanna" və fransız jurnalı "Elle"nin model çəkilişlərində iştirak etdi. Beluççi həmin il aktrisalıq dərsləri alaraq aktrisalığa keçid etdi. 2001-ci ilin fevral ayında Beluççi "Esquire" jurnalının "Desire"-da nəşr olunan məqaləsinin üz qabığında yer almışdı.
Monika 2003-cü ildə "Maxim" jurnalında yer aldı.[13] "Men's Health" jurnalının "Tarixin ən cazibədar 100 qadını" siyahısında 21-ci sırada yer aldı.[14] "AskMen" jurnalı isə onu 2002-ci ildə "ən arzu olunan qadın" adlandırdı.[15] İki milli qəzetə görə o, italyanların "seks simvol"u hesab olunur.[16][17]
Beluççi 2004-cü ildə qızı Devaya hamilə olarkən heteroseksual cütlüklərə məhsuldarlıq müalicəsinin təmin edilməsini məhdudlaşdıran və subay qadınları və ya homoseksual cütlükləri istisna edən, surroqat analığı və insandan istifadə edərək araşdırmaları məhdudlaşdıran İtaliya qanununa etiraz olaraq italyan "Vanity Fair" jurnalı üçün çılpaq pozalar verdi.[18] O, jurnalın 2010-cu il aprel buraxılışı üçün hamilə və yarıçılpaq pozalar verib.[19] 2006–2010-cu illərdə Beluççi bir sıra "Dior" məhsulunun siması olub.[20]
2012-ci ildə "Dolce & Gabanna"nın yeni siması oldu.[21] Beluççi Milanda D'management Group və həmçinin Londonda Storm Management ilə müqavilə imzalamışdır.[22] O həm də "GQ Italia" jurnalı üçün də poza vermişdir.[23] Beluççi "Dolce & Gabanna" üçün 2019-cu ilin yazında Milan Dəb Həftəsində iştirak edib.[24]
Beluççinin film karyerası 1990-cı illərin əvvlində başlayıb. Belə ki, "Lotereya" (1992) və "Brem Stokerin Drakulası" (1992) filmlərində kiçik rollar oynamışdır. O, 1996-cı ildə "Mənzil" filmində canlandırdığı Liza roluna görə ən yaxşı ikini plan aktrisası olaraq "Sezar mükafatı"na namizəd göstərildi və aktrisa kimi mövqeyini möhkəmləndirdi.[25] Monika "Malena" (2000), "Qurd qardaşlığı" (2001) və "Dönməzlik" (2002) filmləri ilə tanınaraq dünya üzrə məşhurlaşmışdır.
Beluççi həmçinin Avropa və Hollivud filmləri — "Günəşin göz yaşları" (2003), "Matris: Yenidən yükləmə" (2003), "İsanın ehtirasları" (2004), "Qrimm qardaşları" (2005), "İkinci külək" (2007), "Vur onları" (2007), "Geriyə baxma" (2007) və "Sehrbazın şagirdi" (2010) filmlərində rol almışdır.[26][27]
Monika 2007-ci ildə buraxılması planlaşdırılan "Sonya" filmində Sonya Qandi obrazını canlandıracaqdı, amma filmin hazırlanması baş tutmadı.[28] Beluççi "Onları vur" (2007) filminin fransız və italyan versiyaları üçün öz səsini dublyaj etmişdir.[29] O, "Prince of Persia: Warrior Within" videooyununda Kaillina personajını, "Robotlar" cizgi filminin fransız veriyasında isə Keppini səsləndirmişdir.
50 yaşında "Agent 007: Spektr" (2015) filmində Lusia Skarra rolunu oynayaraq ən yaşlı "Bond qızı" olmuşdur. Üç il sonra isə Avstraliya filmi "Nektrotronik" filmində görünmüşdür.[30][31]
2021-ci ildə bədii innovasiyaya görə 39-cu Torino Film Festivalında "Stella Della Mole mükafatı"na layiq görüldü.[32]
Beluççi 1990-cı ildə italyan fotoqraf Klaudi Karlos Basso ilə evləndi, 18 aydan sonra isə cütlük ayrıldı.[33]
O, fransız aktyor Vensen Kassel ilə 1996-cı il istehsalı "Mənzil" filminin çəkilişlərində tanış oldu.[34] Onlar 1999-cu ildə evləndilər[34] və Deva (2004) və Leoni (2010) adlı iki qızları var.[35][36] Cütlük 26 avqust 2013-cü ildə münasibətlərinin olmadıqlarını elan etdilər[34] və sonra ayrıldılar.[37]
"İsanın ehtirasları" filmindən bəhs edən "Böyük sual" sənədli filmində Beluççi demişdir: "Bütün dinlərə hörmət və marağım olsa da, mən aqnostikəm. İnandığım bir şey varsa, bu sirli enerjidir. Hansı ki, dalğalar zamanı okeanları dolduran, təbitə və varlığı birləşdirən."[38][39]
2009-cu ildə Beluççi 1977-ci ildə cinsi zorakılıq ittihamları ilə əlaqədar Sürix Film Festivalına gedərkən saxlanılan rejissor Roman Polanskini dəstəkləmək üçün petisiya imzaladı.[40][41]
Beluççi italyan, fransız və ingilis dillərində axıcı danışa bilir.[42][43]
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol |
---|---|---|---|
1991 | La Riffa | Franzeska | |
1992 | Bram Stoker's Dracula | Drakulanın gəlinlərindən biri | |
Ostinato Destino | Marina/Ancela | ||
1994 | Briganti – Amore e libertà | Kostanza | |
I mitici – Colpo gobbo a Milano | Debora | ||
1995 | Palla di neve | Melina | |
Il cielo è sempre più blu | |||
Bible: Joseph | Faraonun həyat yoldaşı | ||
1996 | L'Appartement | Liza | |
Sorellina e il principe del sogno | Şahzadə | ||
1997 | Stressati | ||
Dobermann | qaraçı Nat | ||
Mauvais genre | Kamilla | ||
Come mi vuoi | Nellina | ||
1998 | Le Plaisir | qız | |
Compromise | Moniqu | ||
Kaputt Mundi | Qulia Govannini | ||
A los que aman | Valeria | ||
1999 | Comme un poisson hors de l'eau | Mayrtill | |
Méditerranées | Marqarita | ||
2000 | Under Suspicion | Çantal Horst | |
Franck Spadone | Lora | ||
Malèna | Malena Skordi | ||
2001 | Le pacte des loups | Silviya | |
2002 | Astérix & Obélix: Mission Cléopâtre | Kleopatra | |
Irréversible | Aleks | ||
2003 | Remember Me, My Love | Alessia | |
Tears of the Sun | Dr. Lena Fiora Kendrik | ||
The Matrix Reloaded | Persefon | ||
The Matrix Revolutions | Persefon | ||
2004 | The Passion of the Christ | Mariya Maqdalena | |
Secret Agents | Barbara/Liza | ||
She Hate Me | Simona Bonazera | ||
2005 | The Brothers Grimm | Güzgü kraliçası | |
How Much Do You Love Me? | Daniela | ||
2006 | Sheitan | gözəl vampir | |
2006 | Napoleon and Me | Baronessa Emilia Speziali | |
The Stone Council | Lora Siprin | ||
2007 | Heartango | Linafferrabil | |
Manual of Love 2 | Lusia | ||
Shoot 'Em Up | Donna Quintano | ||
Le deuxième souffle | Manoka | ||
2008 | Sanguepazzo | Luiza Ferida | |
L'uomo che ama | Alba | ||
2009 | Ne te retourne pas | Cenna | |
The Private Lives of Pippa Lee | Gigi Li | ||
Baarìa – La porta del vento | Kərpickəsənin sevgilisi | ||
Omaggio a Roma | Toska | ||
2010 | The Whistleblower | Lora Levian | |
The Sorcerer's Apprentice | Veronika Qorloizen | ||
Rose, c'est Paris | Qala ruhu | ||
2011 | Manuale d'amore 3 | Viola | |
Un été brûlant | Angela | ||
2012 | Rhino Season | Mina | |
2013 | Des gens qui s'embrassent | Giovanna | |
2014 | The Wonders | Milli Katena | |
Na Quebrada | Paola | ||
2015 | Ville-Marie | Sofia | |
Spectre | Lusia Skarra | ||
2016 | On the Milky Road | Nevesta | |
2018 | Nekrotronic | Finneqan | |
2019 | The Best Years of a Life | Elena | |
Spider in the Web | Angela | ||
2020 | The Man Who Sold His Skin | Soraya Valdi | |
2021 | Fantasies (Les Fantasmes)[44] | Sabrina | |
La Befana vien di notte II — Le origini | Dolores | ||
2022 | Memory | Davana Salman | |
TBA | The Passion of the Christ: Resurrection | Mariya Maqdalena | |
Radical Eye: The Life and Times of Tina Modotti | Tina Modotti | ||
İl | Azərbaycan dilində adı | Orijinal adı | Role | Qeyd |
---|---|---|---|---|
1990 | Vita coi figli | Elda | Telefilm | |
2016 | Mozart in the Jungle | Alessandra | Qonaq rol; 5 epizod | |
2017 | Twin Peaks: The Return | Özü | Epizod: "14-cü hissə" | |
2018 | Call My Agent! | Özü | 2 epizod |
Year | Title | Voice role |
---|---|---|
2003 | Enter the Matrix | Persefon |
2004 | Prince of Persia: Warrior Within | Kailina |
2005 | The Matrix Online | Persefon |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Role | Notes |
---|---|---|---|---|
2003 | Sinbad: Legend of the Seven Seas | Marina | fransız | |
2005 | Robots | Kappi | fransız | |
İl | Mükafat | Category | İş | Nəticə |
---|---|---|---|---|
1997 | Sezar mükafatı | Ən prespektivli aktrisa | L'Appartement | Namizəd |
2001 | European Film Awards | Audience Award for Best Actress | Malèna | Namizəd |
2003 | Saturn Award | Best Supporting Actress | Le pacte des loups | Namizəd |
Italian National Syndicate of Film Journalists | Silver Ribbon for Best Supporting Actress | Ricordati di me | Qazandı | |
Cinescape Genre Face of the Future Award | Best Female | The Matrix Reloadedvə The Matrix Revolutions | Namizəd | |
David di Donatello Awards | Best Supporting Actress | Ricordati di me | Namizəd | |
Teen Choice Awards | Choice Movie Female Breakout Star | The Matrix Reloadedvə Tears of the Sun | Namizəd | |
2004 | MTV Movie Awards | Best Kiss | The Matrix Reloaded(Kianu Rivz ilə) | Namizəd |
2005 | Globo d'oro | European Golden Globe | Qazandı | |
Italian National Syndicate of Film Journalists | Silver Ribbon for Best Supporting Actress | The Passion of the Christ | Namizəd | |
2007 | Italian National Syndicate of Film Journalists | N | Namizəd | |
2017 | Italian National Syndicate of Film Journalists | European Nastro D'Argento | On the Milky Road | Qazandı |
San Sebastian Film Festival | Honorary Donostia Award | Qazandı | ||
2020 | Magritte Award | Honorary Magritte Award | Qazandı | |
2021 | David di Donatello Awards | David Speciale | Qazandı | |
Torino Film Festival | Stella Della Mole Award for Artistic Innovation | Fəaliyyətindəki nailliyətləri | Fəxri[45] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.