Roman Polanski

From Wikipedia, the free encyclopedia

Roman Polanski

Roman Polanski (ing. Roman Polanski; pol. Polański, doğum adı Raymund Roman Liblinq, pol. Rajmund Roman Liebling); 18 avqust 1933[1][2][…], Paris[3]) — Böyük Britaniya, ABŞFransa kinorejissoru.

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Roman Polanski
fr. Roman Polanski
Thumb
Doğum adı Raymond Thierry Liebling
Doğum tarixi 18 avqust 1933(1933-08-18)[1][2][…] (91 yaş)
Doğum yeri
Həyat yoldaşı
  • Emmanuel Seiqner[d] (1989–)
Fəaliyyəti kinorejissor, aktyor, film prodüseri, ssenarist, yazıçı, xarakter aktyoru[d], kino aktyoru, teatr rejissoru, rejissor, prodüser
Fəaliyyət illəri 1953-cü ildən
Boyu 160 sm
Üzvlüyü
Mükafatları Golden Medal for Merit to Culture "Fəxri Legion" ordeni komandoru
Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı
Medal for Merit to Culture
IMDb ID0000591
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Hollivudda "Rozmarinin uşağı" və "Çin məhəlləsi" kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, "Doqquzuncu darvaza", "Oliver Tvist" kimi filmlərə imza atıb. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdur. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dən qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə gözaltına alınıb.[4]

ABŞ-də keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-də ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib.[5]

Filmoqrafiya

  1. Qorxusuz vampir qatilləri (film, 1967) / The Fearless Vampire Killers
  2. Rozmarının uşağı (film, 1968) / Rosemary’s Baby
  3. Nə? (film, 1972) / What?
  4. Çin məhəlləsi (film, 1974) / Chinatown
  5. Dəniz quldurları (film, 1986) / Pirates
  6. Azğın (film, 1988) / Frantic
  7. Ölüm və qız (film, 1994) / Death And The Maiden
  8. Pianoçu (film, 2002) / The Pianist
  9. Kabus yazıçı (film, 2010) / The Ghost Writer

Uğurları

"Qızıl palma budağı", "Qızıl Şir" və "Oskar" mükafatlarının laureatıdır. O, "Pianoçu", "Çin kvartalı" və "Rozmarinin övladı" filmlərinə görə şöhrət qazanıb.[6]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.