From Wikipedia, the free encyclopedia
Milli Futbol Liqası (MFL) (ing. National Football League (NFL)) - peşəkar Amerika futbolu liqası. Liqanı təşkil edən 32 klub Milli Futbol Konfransı (MFK) və Amerika Futbol Konfransı (AFK) adlı iki bərabər hissəyə bölünür. MFL Şimali Amerikada dörd əsas peşəkar idman liqalarından biridir və Amerika futbolunda dünyada ən yüksək pillədir.[3] MFL-in 17 həftəlik daimi mövsümü Əmək günündən sonrakı həftə başlayaraq Miladdan sonrakı həftəyə qədər davam edir ki, bu müddətdə hər komanda 16 oyun və bir boş həftə keçirir. Daimi sezon nəticələndikdən sonra hər konfransdan 6 klub (4 divizion qalibi və 2 vəhşi kart klubu) pley-off mərhələsinə yüksəlir. NFK və AFK pley-off qaliblari Super Boul uğrunda mübarizə aparırlar.
MFL 1920-ci ildə Amerika Peşəkar Futbol Assosiasiyası adı ilə yaranmış və 1922-ci il mövsümündən sonra Milli Futbol Liqası adını almışdır. 1966-cı ildə Amerika Futbol Liqası (AFL) ilə birləşmək qərarı almış və mövsüm sonunda ilk Super Boul verilmişdir; birləşmə prosesi 1970-ci ildə tamamlanmışdır. Bugün MFL dünyada ən çox ortalama tamaşaçıya (67,591) malik peşəkar idman liqasıdır[4] və ABŞ-da ən məşhur idman liqasıdır. Super Boul dünyanın ən nəhəng idman hadisələri sırasındadır[5] və bəzi Super Boul oyunu Amerika tarixində bir çox dəfə ən çox baxılan televeriliş olmuş və 2015-ci ildə də ən çox baxılan televeriliş ünvanını əldə edib.[6] Liqanın icraçı direktoru liqanın tənzimlənməsində geniş səlahiyyətə malikdir.
Ən çox MFL çempionu olan klub Qrin-Bey Pekers (13 dəfə), ən çox Super Boul qazanmış klub isə Pittsburq Stilers (6 dəfə) olmuşdur. Liqanın son qalibi Super Boul 50-də Karolina Pantersi 24-10 nəticəsi ilə məğlub edən Denver Bronkosdur.
1920-ci ildə Amerika Birləşmiş Ştatlarının Kanton (Ohayo ştatı) şəhərində, oyunçulara cıxışlarına görə pul verilən ilk amerika futbolu liqası olan Amerika peşəkar futbol assosiasiyası yaradıldı. "Kanton Bulldoqs"-dan olan əfsanəvi atlet Cim Torp liqanın ilk prezidenti olur. 1920-ci il mövsümünü başlayan 11 komandadan yalnız dördü mövsümü başa çatdıra bildi. Heç bir oyunda məglub olmayan "Akron Pros" liqanın qalibi olur. 1921-ci ildə komandaların sayı 22-yə artsa da bütün 20-ci illərdə istirakçı sayı qeyri-stabil qalir və bu illərdə amerika futbolu hələ ki, milli oyun sayılmırdı. Bu baximdan o beysbola uduzurdu. 1934-cü il mövsümündə artıq "Qrin-Bey Pekers"dən başqa bütün komandalar böyük şəhərləri təmsil edirdi. Çempionluq uğrunda ilin (ilbaşı) oyunu 1933-cü ildə təsis edilmiş, universitetlərdən gənc oyuncular draftı (seçimi) isə ilk dəfə 1936-cı ildə keçirilmişdir. 1962-ci ildən etibarən komandalar qaradərili oyunçuları dəvət etməyə başlayırlar. İlk vaxtlar universitet futbolu daha populyar idi, lakin II Dünya müharibəsinin sonlarında artıq peşəkar futbol universitet futbolu ilə tamasaçı marağı uğrunda rəqabətə başlayır. Qaydaların dəyişdirilməsi və strategiyadakı innovasiyalar oyunların məhsuldar və baxımlı olmasına gətirib çıxardır. Həmçinin liqanın coğrafiyası da genişlənir. 1950-ci ildə NFL klublarının sayı 13-ə kimi artır. 1950-ci illərdən etibarən oyunlar milli televiziya ilə numayiş etdirilməyə başlanır və amerika futbolu milli idman növunə çevrilir.
MFL hər birində 16 klub olmaqla iki konfransda iştirak edən ümumilikdə 32 klubdan ibarətdir. Hər konfrans dörd klubdan təşkil olunan dörd diviziyaya bölünür. Daimi mövsüm müddətində hər klubun heyətində 53 oyunçunun olmasına icazə verilir;[7] oyun günü isə yalnız onlardan 46-sı aktiv (oynamağa münasib) ola bilər.[8] Hər klub əsas heyətə aid olmayan 10 oyunçudan ibarət təcrübə heyətinə də malik ola bilər, lakin buradakı oyunçu cari mövsümün son 9 oyununda aktiv vəziyyətdə olmamalıdır. Hər bir oyunçu təcrübə heyətində 3 mövsümdən artıq qala bilməz.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.