Strategiya
From Wikipedia, the free encyclopedia
Strategiya (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti») — subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modeli. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir.
Strategiya - təşkilatın vəzifələrinin həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil, bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır.
Strategiyanın seçilməsi
Rəhbərlik, mövcud strateji alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın) uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Hər hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar: risk; təcrübə; rəqabət; vaxt.
Strateji planlaşdırma ardıcıllığı
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.