M16
From Wikipedia, the free encyclopedia
M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.
M16 | |
---|---|
![]() avtomat rejimli döyüş silahı | |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1961-Davam edir |
İstismara başlanması | 1962 |
İstifadə edilən döyüşlər | Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə |
İstehsal tarixçəsi | |
Konstruktor |
Yucin Strouner, Robert Fremont Ceyms Sallivan |
Konstruksiya tarixi | 1960 |
İstehsalçı |
Colt’s Patent Firearms Manufacturing Company GMC Hidramatic Div Harrington & Richardson |
Variantları | M16A1, M16A2, M16A3/A4, M4, CAR-15 |
Xüsusiyyətləri | |
Ağırlığı | 2,88 kq (boş sandıqla) |
Uzunluğu | 986 mm (taxta qundaqla) |
Kalibr | 5,56 |
Mərminin başlanğıc sürəti | 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4) |
Nişangah | Dioptrik |
Vikianbarda əlaqəli mediafayllar |
M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.
İstehsal tarixi
ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı Hindistan və Malayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.
1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.
1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.
1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.
İlk istifadəsi
M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞ və Cənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.
Variantlar
- M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
- M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
- M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
- M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
- M16A4 — M16A2-nin variantı.
- M4 — M16A2-nin qısaldılmış variantı.
- M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.
Xarici varinatlar
- Diemaco C7/C8 — M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
- Daewoo K1/Daewoo K2 — M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
- CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı. İran və Çinə satış üçün nəzərdə tutulmuşdur.
- HK 416 — M4-ün Alman varinatı.
- Khaybar KH 2002 — M16-nın İran variantı.
- Type 65 və Type 86/91 — M16 və M4-ün Tayvan variantı.
İstifadə edən ölkələr

Əfqanıstan
Argentina
Azərbaycan
Baham adaları
Banqladeş
Bəhreyn
Barbados
Beliz
Boliviya
Braziliya (M16A2)
Botsvana
Bosniya və Herseqovina
Bruney
Kamboca
Kamerun
Çili
Kolumbiya
Kosta-Rika
Danimarka
Dominikan Respublikası
Misir
Estoniya
Salvador
Fici
Fransa (Xüsusi təyinatlılar)
Gürcüstan
Qana
Yunanıstan
Qrenada
Haiti
- Honduras
Macarıstan
Hindistan (Xüsusi təyinatlılar)
İndoneziya
İsrail
İtaliya (Xüsusi təyinatlılar)
Yaponiya
İordaniya
Yamayka
Küveyt
Latviya
Livan (M16A1)
Lesoto
Liberiya
Lixtenşteyn
Litva (M16A1)
Maldiv adaları
Malayziya
Meksika
Mərakeş
Monako
Nepal
Yeni Zelandiya
Laos
Nigeriya
Oman
Pakistan
Panama
Filippin
Portuqaliya
Qətər
Səudiyyə Ərəbistanı
Sinqapur (M16S1)
Cənubi Koreya
Şri-Lanka
Çin Xalq Respublikası
Tailand
Şərqi Timor
Türkiyə (Xüsusi təyinatlılar, polis)
Birləşmiş Ərəb Əmirlikləri
Böyük Britaniya (Xüsusi təyinatlılar)
Uruqvay
ABŞ
Vyetnam
Venesuela
Yəmən
Zair
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.