2-ci imam və xəlifə From Wikipedia, the free encyclopedia
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ; 1 mart 625, Mədinə, Hicaz[1] – 669[2][3][…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.
Həsən ibn Əli | |
---|---|
ərəb. أَبُو مُحَمَّدٍ الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ الْهَاشِمِيُّ الْقُرَشِيُّ | |
28 yanvar/29 yanvar 661 – İyul 661 | |
Əvvəlki | Həzrəti Əli |
Sonrakı | I Muaviyə (İlk Əməvi xəlifəsi olaraq) |
28 yanvar 661 – 5 mart 679 | |
Əvvəlki | Həzrəti Əli |
Sonrakı | Hüseyn ibn Əli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 625 |
Doğum yeri | |
Vəfat tarixi | 669[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, hərbi lider[d], Xəlifə |
Atası | Əli |
Anası | Fatimə |
Uşaqları | |
Dini | on iki imam şiəliyi[4] |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür.[5] Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur. Bu, həm öz zamanında ittihad səbəbi olmuş və həm də başda şiələr olmaqla müsəlmanların tarixi boyu dini-əxlaqi təlimləri hökmündə olmuş və hakimiyyət, müharibə və sülh kimi əsaslı anlayışların münasibətində dramatik təsirləri öz bərabərində gətirmişdir.[6]
Hörmət üçün müsəlmanlar adından əvvəl "həzrət", adından sonra isə sünnilər "radiallahu-ən" (qısaca (r.ə)), şiələr isə əleyhissalam (qısaca (ə)) ifadəsini işlədirlər.
Həsən Hicrətin 3-cü ilində Ramazan ayının ortasında Mədinədə dünyaya gəlmişdir.[7] Şeyx Kuleyni Kafi kitabında bir rəvayət nəql edərək mövludunu hicrətin 2-ci ili kimi göstərmişdir.[8]
Əlinin böyük oğludur. İmam Həsən — deyə məşhur olmuşdur. Qüreyş qəbiləsinin Bəni-Haşim tayfasındadır.[7] Anası Məhəmmədin qızı Fatimədir. Künyəsi Əbu Məhəmməddir. Ən məşhur ləqəbi Müctəba və Təqidir, ancaq başqa ləqəbləri də var. Məsələn: Tayyib, Zəki, Seyid, Səbt və s. Məhəmməd onu Seyid (Ağa) adlandırmışdır.[9]
Həsənin adının qoyulması haqqında Şeyx Səduq belə rəvayət etmişdir: Həsən dünyaya gələndə, Allah Cəbrailə Məhəmmədin (s.ə.ə) bir övladı (nəvəsi) oldu. Onun yanına get və salamlarımı və təbriklərimi təqdim edərək belə de: Şübhəsiz, Əlinin (ə.s) Sənə olan mövqe və mənzili, Harunun Musaya olan mənzil və mövqeyi kimidir; Elə isə ona (İmam Həsən) Harunun uşağına qoyduğu adı qoy. Cəbrail Allah tərəfindən Həzrət Peyğəmbərin (s.ə.ə) yanına gələrək təbriklərini çatdırdıqdan sonra belə dedi: Allah, onun adını Harunun uşağının adını qoymaqla vəzifələndirdi. Həzrət Peyğəmbər (s.ə.ə): Harunun uşağının adı nədir? Deyə soruşdu. Ərz etdi ki: Şubbər. Buyurdu ki: Mənim dilim Ərəbcədir. Ərz etdi ki: Onun adını "Həsən" qoy. Beləliklə, Həzrət Peyğəmbər (s.ə.ə) onun adını Həsən qoydu.[10]
Bərra belə deyir: Həsən b. Əli, Peyğəmbərin belində olduğu zaman Peyğəmbərin belə dediyini eşitdim: Allahım! Mən bunu sevirəm, sən də sev.[11][12] Başqa bir hədisdə Məhəmməd Həsən və Hüseyni ayaqları üzərində oturtduğu zaman belə buyurub: Bu ikisi mənim və qızımın oğullarıdır, Allahım! Mən bunları sevirəm, Sən də bunları sev və onları sevəni də sev.[13] Məhəmməd başqa bir hədisdə Həsən və Hüseyn haqqında belə buyurur: "Həsən və Hüseyn cənnət gənclərinin əfəndisidir".[13][14]" Bu iki oğlum, mənim dünyadakı iki gözəl qoxulu gülümdürlər".[13][15]," Həsən və Hüseyn (yaxud da bu iki övladım)[16] İmamdır, istər qiyam etsinlər və istərsə də sülh etsinlər".[17],"Əgər ağıl bir adamda cisimləndirilmiş olsaydı, həqiqətən Həsən olardı".[18]
Həsən uşaq olduğu zaman bir gün Əbu Bəkr minbərdə çıxış etdiyi zaman onun yanına gəlmiş və ona etiraz edərək belə buyurmuşdur: Atamın minbərindən aşağı düş. Əbu Bəkr cavab olaraq belə demişdir: Allaha and olsun ki, doğru dedin. Bu minbər mənim atamın yox, sənin atanın yeridir.[19] Həsən və Hüseyn Müsəlmanların Sasanilərlə apardıqları müharibələrə qatılmayıblar.[20] Bəzi tarixi rəvayətlərdə Həsənin bəzi müharibələrə qatılmasına dair sözlər söylənmişdir.[21] Osmanın xəlifə seçilməsi ilə nəticələnən şuranın təşkil edilməsi və Ömərdən sonrakı xəlifəliyin müəyyənləşdirilməsində Ömər Həsənin altı nəfərlik şurada şahid adı ilə yer almasını istəmişdir.[21][22][23][24] Xəlifə Osman, Əbu Zəri Rəbəzə çölünə sürgün etmək istədiyi zaman kimsənin ona müşayiət etməməsi və onunla danışmaması üçün əmr verdi və Mərvan ibn Həkəmə onu Mədinədən bayıra çıxarmasını əmr etdi. Əbu Zər Mədinədən kənara çıxarılanda heç kim bayıra çıxma və ona müşayiət etmə cürətini göstərməyib. Yalnız Əli, qardaşı Əqil, Həsən, Hüseyn və Əmmar ibn Yasir ona müşayiət etmək üçün onun yanında hazır olmuş və onunla vidalaşımışdırlar.[25] Osmana qarşı başlanan kütləvi xalq hərəkatlarında, bəzi tarixi rəvayətlərin qeyd etdiyinə görə, Əli İslamın hifzi üçün Osmanın qorunması istiqamətində bir fikrdə idi. Bu səbəbdən əsəbi üsyançıların onu öldürməsinə mane olmaq üçün onu qoruma altına almışdır. Bu səbəbdən də gənc oğulları Həsən və Hüseyni xəlifənin evinə göndərərək onu qoruma altına almışdır. Qiyamçıları dayandırmaq o qədər asan olmamış və ən sonunda bu üsyanlar Osmanın ölümü ilə nəticələnmişdir. Bu mövzu haqqında olan rəvayət mənbələrdə mübahisəli olaraq qiymətləndirilmişdir.[21][26][27][28][29][30]
Həsən və Hüseyn, ataları Əli ilə birlikdə Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir.[31]
Kufə Valisi Əbu Musa Əşərinin, Əlinin göndərdiyi elçilərlə birlikdə beyətini pozanlara (Cəməl döyüşünü hazırlayanlara) qarşı əməkdaşlıq etməyə yanaşmaması ilə, Əli oğlu Həsəni Əmmar ibn Yasirlə birlikdə bir məktubla Kufəyə göndərmişdir. Həsən Kufə məscidində çıxışı ilə 10 min nəfəri beyətini pozanlara qarşı müharibə meydanına cəlb etməyi bacarmışdır.[32] Həsən Cəməl döyüşündən əvvəl çıxış etmişdir.[33] Əli onu bu müharibədə ordunun sağ qanadına vəzifələndirmişdir.[34] Bəziləri Əlinin bu müharibədə, Məhəmməd Hənəfiyyəyə belə buyurduğunu nəql etmişdir: Bu nizəni al və Dəvənin (Ayşənin dəvəsi nəzərdə tutulur. Bu müharibədə çox sayda müsəlman bu dəvəyə qarşı mübarizədə ölmüşdür.) ayaq sinir damarlarını kəs. Məhəmməd Hənəfiyyə oxçuların şiddətli hücumlarından dolayı geri qayıtmışdır. Sonra Həsən nizəni alıb dəvənin ayaq sinir damarlarını kəsmişdir.[35]
Siffeyn döyüşündə Əli onun şiddətli döyüşünü görəndə onu və qardaşı Hüseynin canını qorumaq məqsədilə onların geri qaytarılmaları üçün əmr vermişdir. Əli belə buyurmuşdur: "Övladlarımı döyüşdən geri çəkin, onların canlarının təhlükəyə düşməsindən və Rəsulullahın (s.ə.ə) nəslinin sona çatmasından qorxuram".[36] Döyüş zamanı Muaviyə, Həsənin, savaşdığını görəndə onu döyüş meydanından çəkmək üçün Ubeydullah b. Öməri (ikinci xəlifə Ömərin kiçik oğlunu) döyüş meydanına göndərmişdir. Ubeydullah, onu xilafət vədilə müharibədən geri çəkməyə çalışmışdır. Ubeydullah, Həsənin döyüşməklə məşğul olduğunu görəndə, yanına yaxınlaşaraq "səninlə işim var" demişdir. Həsən, döyüşdən əl çəkərək ona tərəf yaxınlaşmışdır. Ubeydullah, Muaviyənin ona olan təklifini danışmışdır. Həsən qəzəbli bir şəkildə: Bu gün və ya sabah öldürüldüyünü görür kimiyəm, ancaq şeytan səni aldatmış və bu işi sənə gözəl göstərir. Bir gün Dəməşq qadınları meyidinin üzərində sənə ağlayacaqlar. Tezliklə Allah səni üzü üstə yerə vuracaq və o şəkildə öləcəksən. Ubeydullah, çadırların olduğu yerə geri dönmüş, Muaviyə də onun halını görüncə özü cavabın nə olduğunu anlayaraq belə demişdir: "O, bu atanın oğludur ".[37] Əli hakimlik hadisəsindən sonra baş verən fitnə və münaqişələrin qarşısını almaq üçün, oğlu Həsənin çıxış etməsini və sübut və dəlillərlə insanlara hadisələrin iç üzünü danışmasını istəmişdir. Həsən atasının dediyi etmişdir.[38] Nəhcül-bəlağənin otuz birinci məktubu, Əlinin Həsənə dediyi əxlaq məzmunlu məşhur vəsiyyətidir. Siffeyndən qayıdarkən "Hazirin" adlanan yerdə bu vəsiyyətnaməni açıqlamışdır.
Əlinin, Hicrətin 40-ıncı ildə Ramazan ayının 21-ində Cümə günü, İbn Mülcəm Muradinin tərəfindən qətlə yetirildikdən sonra Həsən şiələrə görə 2-ci imam olmuşdur. Bununla yanaşı ona həm də İslam Xəlifəliyi təklif olunmuş və o da qəbul etmişdir. Kufə əhalisi də dəstə-dəstə gələrək ona beyət etmişdir. Bunda sonra Həsən öz valilərini müəyyən etmiş və Abdullah ibn Abbası Bəsrə valisi təyin etmişdir.[39]
Muaviyə Əlinin qətlə yetirildiyini və xalqın oğlu Həsənə beyət etdiyini anladıqda, insanları Həsənə qarşı qızışdırmaq və təhrik etmək üçün Kufə və Bəsrəyə iki casus göndərmişdir. Həsən hər ikisinin də həbs olunaraq lazımi cəzaya məhkum edilmələri əmrini vermişdir. Həsən ilə Muaviyə arasında qarşılıqlı məktublaşmalar baş vermişdir və Muaviyə Həsəndən xilafəti təhvil verməsini istəmişdir. Bu məktublarda Həsən, dəlilləri ilə xilafətə layiq olduğunu iddia etmiş və xilafəti təhvil verməkdən imtina etmişdir.[39] Bundan sonra Muaviyə, ordusunu hazırlamağa başlamışdır. Məmurlarına məktublar göndərərək İraq müharibəsində ona qatılmalarını istəmişdir. Muaviyə, Dahhak b. Qeys Fəxrini öz yerinə təyin edib, şəxsən ordu komandanlığını götürərək İraqa doğru irəliləməyə başlamışdır. Mənbələrə görə bu müharibədə 60 min və ya daha çox sayda əsgər Muaviyəni müşayiət etmişdir.[40]
Həsən Hücr b. Ədiyi bölgə əmirlərinin xalqı cihada dəvət etməsi üçün vəzifələndirdi. Dəvət edilənlər ilk əvvəl lənglik göstərmiş, ancaq sonradan yola çıxmışdırlar.[41] Həsən, Muğayrə b. Nöfəli Kufədə öz yerinə naib təyin etdikdən sonra Nüxeyləyə doğru hərəkət etmişdir.[42] Həsən, Muaviyəni İraqdan uzaq tutmaq üçün Ubeydullah ibn Abbası 12 min nəfərlik bir ordu ilə onun üzərinə göndərmişdir.[43] Ubeydullah b. Abbas, "Məskin" deyilən bölgəyə çatmış və orada iki ordu üz-üzə gəlmişdir. Muaviyənin əmri ilə Bəsər b. Urtat tərəfindən Yəməndə iki oğlunu itirən[42] Ubeydullah ibn Abbas, Həsənə xəyanət edərək gecə yarısı Muaviyənin qərargahına qaçmışdır.[44] Ubeydullahın qaçışı "Məskin" qərargahında orduda ruh düşkünlüyünün yaranmasına səbəb olmuşdur. Sonradan bu vəziyyət çox keçmədən Mədaində də görünməyə başlanmış və tədricən problemlərə səbəb olmuşdur.[45]
Muaviyə, gizlincə cəsuslarına göstəriş verərək İraq ordusu arasında Ubeydullah b. Abbasın yerinə keçən Qeys b. Sadın öldürüldüyü şayəsini yaymalarını istəmişdir. İnsanlar bu xəbəri eşidəndə bir-birilərinin mallarını qarət etməyə başlamış və sonda soyğunçuluq hadisəsi Həsənin qərargahına da sıçramışdır. Hətta Həsənin üstündə oturduğu kilimi və belindəki ridasını (şalını) da götürmüşdürlər.[46] Muaviyə, Muğeyrə b. Şöbə, Abdullah b. Amir və Əbdürrəhman b. Həkəmi Həsənin yanına göndərmiş və onlar, Mədaində Həsənin yanından ayrılanda belə deməyə başlamışlar: Allah, Rəsulullahın oğlu sayəsində qanların tökülməsinin qarşısını aldı, fitnə atəşini söndürdü və sülh təklifini qəbul etdi". Bu sözü eşidən xalq Həsənə hücum etməyə başlamış və orada və çadırlarda olan hər şeyi yağmalamışdırlar.[47] Bundan əlavə bu ərəfədə Həsənə qarşı öz ordusundakı əsgərlər tərəfindən 3 sui-qəsd təşkil edilsə də, Həsən onlardan qurtulmuşdur.[48]
Bu müqavilənin maddələri mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Müqavilə maddələri ümumiyyətlə bunlardan ibarətdir:
Bu müqavilənin maddələrində Şiə və Sünnilər arasında ixtilaf vardır.[49][50][51][52][53][54]
Həsənin müəyyən etdiyi şərtlərlə, Hicrətin 41-ci ilinin əvvəllərində sülh müqaviləsi imzalanmışdır[55] Ancaq Muaviyə müqavilənin bütün şərtlərini qəbul etməsinə baxmayaraq, Kufəyə gələr gəlməz -iki ordunun görüşməsində- xalqa oxuduğu bir xütbə ilə qəbul etdiyi saziş müddəalarını ayaqlarının altına aldığını açıqlamışdır. Sülhün Həsən tərəfindən arzu olunduğunu iddia edərək Əlini də təhqir etmişdir. Hüseyn ona cavab vermək istəyərkən qardaşı Həsən ona mane olub və özü bir xütbə oxumuşdur. Çıxışında sazişin məzmununu və Muaviyə tərəfindən sülh təklifinin edildiyini açıqlayaraq Muaviyənin atasına etdiyi təhqirlərə cavabən öz alicənablıq və nəsəbini Muaviyə ilə müqayisə edərək özünün onda üstün olduğunu iddia etmişdir.[56][57][58][59][60] Həsənin bu hərəkəti Muaviyəyə çox pis təsir etmişdir.[60]
"Ey İnsanlar! Müaviyə onu xəlifəliyə layiq gördüyümü və özümü layiq görmədiyimi güman edir. Müaviyə yalan danışdı. Allahın kitabı və Peyğəmbərin dililə insanlara onların özlərindən övlayam. Allaha and içirəm ki,əgər camaat mənə beyət, itaət və yardım etsəydilər səma öz yağışını və yer üzü bərəkətini onlara bəxş edərdi. Sən də, ey Müaviyə, xəlifəliyə əsla göz dikə bilməzdin. Həqiqətən Peyğəmbər (s) buyurub: Aralarında daha elmli bir şəxs olduğu halda, heç bir ümmət rəhbərliyini başqasına həvalə etməz. Əks halda başçıları anbaan alçalmağa doğru gedər. Belə ki, buzova ibadət edənlər öz dinlərinə qayıdanadək belə davam edər. Bəni-İsrail Harunun Musanın(ə) xəlifəsi olduğunu bildiyi halda onu tərk etdi və buzova ibadət etdilər...
...Ey İnsanlar! Şərqlə qərbin arasını gəzsəniz, məndən və qardaşımdan savayı yer üzündə Peyğəmbər (s) övladı tapa bilməyəcəksiniz!"[61].
Həsən sülh müqaviləsindən sonra Mədinəyə getmişdir. Orada dini, elmi, ictimai və siyasi bir diqqət mərkəzində olmuşdur. O, Muaviyə və tərəfdarlarına qarşı Mədinə və Dəməşqdə mövqe almış və Muaviyə ilə münazirələr etmişdir. Bu münazirələr Şeyx Təbərsi tərəfindən "İhticac" adlı kitabda bir araya gətirilmişdir.[62]
660-cı illərdə Muaviyə bir neçə dəfə Həsəni zəhərlətməyə çalışmış, ancaq buna nail ola bilməmişdir.[63] Sonda Həsənin həyat yoldaşlarından Əşəs b. Qeysin qızı Cödənin yanına 100 000 dirhəmlə birini göndərərək belə deməsini istəmişdir: "Mən səni oğlum Yezidlə Həsəni zəhərləməyivin qarşılığında evləndirəcəm". 669-cu ildə Cödə Həsəni zəhərləmiş və nəticədə Həsən vəfat etmişdir.[64][65][66][67][68][69][70][71][72] Bundan sonra Muaviyə vəd etdiyi pulu Cödəyə vermiş, ancaq oğlu Yezidlə onu evləndirməmişdir.[73] Hüseyn qardaşının nəşini babası Məhəmmədin qəbrinə tərəf aparmaq istədiyi vaxt (Həsənin nəşinin Məhəmmədin yanında torpağa veriləcəyini güman edən) Aişə, Mərvan və Bəni-Üməyyədən olan yanındakılar Həsənin nəşinin Məhəmmədin yanına dəfn edilməsini qarşısını almaq üçün silahlı olaraq önə çıxmışdırlar. Bəni-Haşim və Bəni-Üməyyə arasında qarşıdurma çıxacağı ərəfədə İbn Abbas qarşıdurmaya mane olmuş və bundan sonra Həsənin nəşi nənəsi Fatimə binti Əsədin yaxınlığında Cənnətül-Bəqidə torpağa verilmişdir.[74][75]
İddialara görə Həsən xasiyyət, davranış və siyadət baxımından insanlar arasında babası Məhəmmədə ən çox bənzəyən adam olmuşdur.[76] Fəxri Kainat Məhəmməddən nəql edildiyinə görə Məhəmməd Həsənə xitabən belə buyurmuşdur: "Ey Həsən! Sən yaradılış və əxlaq baxımından mənim bənzərimsən".[77] Həsən Kisa (Əba) Səhabələrindən biridir.[78][79][80] Məhəmməd Mübahilə hadisəsində, Əli, Fatimə və Hüseynlə yanaşı Həsəni də özü ilə birlikdə mübahilə etməyə aparmışdır.[81][82] Quranın Təthir ayəsi onun da haqqındadır.[83] Həsən Həccə 25 dəfə piyada getmiş, üç dəfə bütün malını xeyriyyəyə sərf etmişdir. Hətta ayaqqabısını bağışlamış, özünə tərliyini saxlamışdır.[84]
Həsənin qız və oğlan olmaqla 15 (8 oğlan, 7 qızı) uşağı olmuşdur:
Mənbələr Həsənin evlilik və boşanmalarına işarə etmişdir, ancaq sayı haqqında ixtilaf vardır; Müxtəlif rəvayətlərə görə, bunun qəbul və ya rədd edilməsi nə mümkündür və nə də hadisənin tarixi dəyərini azaldıb çoxaltmaq mümkündür. Bu məsələnin nizamlanması daha çox təriqəti və siyasi ziddiyyətlərdən qaynaqlanır. Bir çox tədqiqatçı və alim, bu hədislərin tənqidində onların sənəd və məzmun olaraq səhvlərinə işarə etmişdirlər.[86][87][88][89] Xüsusilə mənbələrdə təqdim olunan xəbərlərin olduqca qeyri-müəyyən və mübhəm olduğunu və hətta Həsənin həyat yoldaşlarının adlarının zikr edilməmiş olduğunu qeyd etmişlərdir. Bu mənada yalnız bir çox rəvayətlərə əsasən, Həsənin zəhərlənməsini təşkil edən Əşəs b. Qeysin qızı Cödənin adı hallanır. Qadınların adlarının qeyri-müəyyən olmasına baxmayaraq, ümumiyyətlə, mənbələrdə Həsənin övladları haqqında nisbi olaraq uyğunluq var. Və eynilə bu uyğunluqla Həsənin uşaqlarının analarının adları da aydın olur. Məsələn: Mənzur b. Zəbban Fəzarinin qızı Havlə, Ukbə b. Amr Həzrəcinin qızı Ümmü Bəşir, Təlhə b. Ubeydullah Təmiminin qızı Ümmü İshaq, Əbu Bəkrin nəvəsi Həfsə və Amr b. Suheylin qızı Hind.[89][90][91][92][93][94]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.