From Wikipedia, the free encyclopedia
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion.
Razdan standionu | |
---|---|
Yeri | Ermənistan, İrəvan |
Tikilib | 1970—1971 |
Açılış tarixi | 19 may 1971 |
Yenidən qurulma tarixi | 2008, 2012 |
Tamaşaçı tutumu | 53 849 |
Ev sahibi komanda | Ermənistan milli futbol komandası |
Meydançanın ölçüləri | 105×68 |
Vikianbarda əlaqəli mediafayllar |
"Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir.[1] Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
1984-cü ildə Alla Puqaçova stadionda solo konsert verir. Konsertin çəkilişləri "Gəldim və deyirəm" filminə daxil edilir. SSRİ-nin dağılmasından sonra Ermənistan milli komandası, eləcə də futbol klubları stadionda oyunlarını keçirir. 1990-cı illərdə stadionda Ermənistan Futbol Kubokunun final oyunları keçirilir. Stadion 2002-ci ildə yenidən bərpa edilir. 2006-2008-ci illərdə bərpa davam etdirilir. Əvvəlcə 75 000 tamaşaçı, qismən yenidən qurulduqdan sonra 69.000 nəfər, yenidən qurulandan və fərdi oturacaqların quraşdırılmasından sonra stadion 55.000 tamaşaçı qəbul edə bilir. Bu gösytərici ilə belə Ermənistanın ən böyük stadionudur. Plana görə, şərq tribunasının üstündə qat da tikilməli idi. Tikili plana görə inşa edilsə idi Lujniki stadionundan daha çox tutumu olardı (Lujniki SSRİ-nin paytaxtı Moskvada yerləşdiyindən SSRİ-nin ən vacib stadionu sayılırdı). Ermənistan millisinin UEFA Avro 2012-nin seçmə mərhələsindəki uğurundan sonra futbol populyarlaşdı və stadion ev matçları üçün aktiv istifadə olunmağa başladı. Stadionun bir dərədəki dağ mənzərəsində yerləşdiyini və onun inşası üçün külli miqdarda pul xərcləndiyini də qeyd etmək lazımdır. Dünyaca məşhur Ararat konyak Brendi Fabrikinin yanında yerləşir.
2011-ci ilə qədər Kilikiya futbol klubunun ev stadionu olur. Stadionun sahibi Aşot Ağababyan eyni zamanda Kilikiya futbol klubunun sahibi idi. Lakin 2011-ci ilin əvvəlində rəhbərlik klubu maddi səbəblərdən ləğv qərarına gəlir. 2015-ci ilin avqust ayına qədər Premyer Liqa futbol klubları Ararat və Ulysses ev oyunlarını bu stadionda keçirir.
26 iyun 2015-ci ildə məhkəmə stadionu iflas elan edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.