From Wikipedia, the free encyclopedia
Lujniki stadionu (rus. Больша́я спорти́вная аре́на олимпи́йского ко́мплекса «Лужники́») — Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya millisinin ev oyunlarını oynadığı stadiondur. Stadion 81000 tamaşaçı tutumuna malikdir və Rusiyanın ən böyük stadionu olmaqla yanaşı həm də Avropanın də ən böyük stadionlarından biridir. Stadion həm də Lujniki Olimpiya Şəhərciyinin də bir hissəsidir. Stadionun adı olan Lujniki öz adını stadionun yaxınlığında axan Moskva çayının döngəsində olan sel çayırlarından götürüb.
Lujniki stadionu | |
---|---|
| |
Keçmiş adı | Mərkəzi Lenin stadionu (1956–1992) |
Yeri | Moskva, Rusiya |
Təməli qoyulub | 1955 |
Açılış tarixi | 31 iyul 1956 |
Yenidən qurulma tarixi | 1996–1997, 2001–2004, 2013–2017 |
Tikinti xərcləri | 350 milyon € (2013–2017)[1] |
Sahibi | Moskva höküməti |
Tamaşaçı tutumu | 78011 (2018 FİFA Dünya Kuboku)[2] |
Ev sahibi komanda | Rusiya milli futbol komandası |
Meydançanın ölçüləri | 105 x 68 m |
Ot örtüyü | SISGrass (Hibrid ot) |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Lujniki stadionu 1980 Yay Olimpiya Oyunlarının əsas stadionu idi və oyunların açılış və bağlanış mərasimləri məhz bu stadionda keçirilmişdi. Stadion bunun kimi bir çox daha mötəbər turnirə ev sahibliyi etmişdir. Lujniki 1999 UEFA Kuboku Finalına və 2008 UEFA Çempionlar Liqası Finalını öz üzərinə götürmüşdür. Stadionda 2018 FİFA Dünya Kubokunun 7 oyunu və bununla bərabər final oyunu da keçirilmişdir.
2002-ci ildə stadionun səthi süni ot örtüyündən ibarət idi.Lakin 2008 UEFA Çempionlar Liqası Finalı ərəfəsində stadionun ot örtüyü müvəqqəti olaraq təbii ot örtüyü ilə dəyişdirildi..[3]
2016-cı ilin avqustunda stadionun ot örtüyü plastik materialla gücləndirilmiş 95 % təbii ot örtüklü hibrid ot örtüyü olmaqla daimi müddətə dəyişdirildi.[4]
1954-cü ilin 23 dekabrında SSRİ hökuməti Moskvanın Lujniki bölgəsində bir stadionun inşası barədə qərar verdi.
SSRİ-nin verdiyi bu qərar beynəlxalq idman vəziyyətinə qarşı bir reaksiya oldu: SSRİ idmançıları 1950-ci illərin əvvəllərində Böyük Vətən Müharibəsindən sonra ilk dəfə Olimpiya oyunlarına qatıldılar. 1952 Yay Olimpiya Oyunlarında iştirak edən SSRİ yığması 22-si qızıl olmaqla,71 medal qazandılar və 43 ölkə içərisində 2-ci yeri tutdular.
Bu çox böyük bir uğur idi,lakin Sovet İttifaqının atletika sahəsində daha da inkişaf etməsi üçün yeni bir idman kompleksi tikilməli idi.Tikiləcək kompleks bütün beynəlxalq standartları qarşılamaqla bərabər,beynəlxalq və daxili yarışları keçirə biləcək gücdə olmalı idi.
Stadion 1955–56-cı illərdə Mərkəzi Lenin Stadionu adı ilə tikildi.Stadionun rəsmi açılışı isə 31 iyul 1956-cı ildə oldu.[5] Stadion 450 günə tikildi.Dövründə SSRİ millisinin ev oyunlarını keçirdiyi stadion, hal-hazırda isə Rusiya millisinin ev oyunlarını keçirir.
Stadion 1980 Yay Olimpiya Oyunlarının əsas stadionu idi.Həmin vaxtlar stadion 103000 tamaşaçı tutumuna malik idi.[6] Stadionda oyunların açılış və bağlanış mərasimləri keçirilməsi ilə bərabər, həm də atletika,futbol və atçılıq yarışları da keçirildi.[7]
20 oktyabr 1982-ci ildə UEFA Kuboku oyunu – Spartak Moskva ilə Harlem oynanırdı.66 insan bu stadionda izdiham nəticəsində həyatını itirdi.[8] Bu fəlakət hələ də Rusiyanın idman tarixində ən ağır fəlakət olaraq qalır.
1992-ci ildə stadionun adı dəyişdirilərək Lujniki adını aldı.1996-cı ildə əhatəli bir bərpada stadionun üzərində damın tikilməsi və oturacaqların yenilənməsi nəticəsində tamaşaçı tutumu azaldı.[5]
Stadion 1999 UEFA Kuboku Finalı çərçivəsində oynanan Parma ilə Olimpik Marselin oyununa ev sahibliyi etdi.
UEFA tərəfindən 2008 UEFA Çempionlar Liqası Finalının keçirildiyi stadion kimi Lujniki stadionu seçildi.Stadion 21 mayda Çempionlar Liqaları tarixində ilk dəfə ingilis klublarının (Mançester Yunayted – Çelsi; qələbə Mançester Yunaytedin olmuşdu) duelinə ev sahibliyi etmişdi.
2013-cü ildə stadionun yenilənməsi üçün tikintilər başlandı.Stadionun bərpası 2017-ci ildə tamamlandı.[9] FİFA stadionu mundialın açılış və 15 iyulda oynanılan final oyununun keçirildiyi stadion kimi seçdi.
Stadionun tamaşaçı tutumu 78000-dən 81000-ə artırıldı[10][11],lakin çempionatda stadionun tutumu 78011 olaraq təsdiqləndi.
Lujniki stadionu turnirin açılış və final oyunları da daxil olmaqla, 7 oyuna ev sahibliyi etdi.
Tarix | Saat | Komanda No. 1 | Hesab | Komanda No. 2 | Mərhələ | İştirak |
---|---|---|---|---|---|---|
14 iyun 2018 | 18:00 | Rusiya | 5–0 | Səudiyyə Ərəbistanı | A qrupu | 78011[12] |
17 iyun 2018 | 18:00 | Almaniya | 0–1 | Meksika | F qrupu | 78011[13] |
20 iyun 2018 | 15:00 | Portuqaliya | 1–0 | Mərakeş | B qrupu | 78011[14] |
26 iyun 2018 | 17:00 | Danimarka | 0–0 | Fransa | C qrupu | 78011[15] |
1 iyul 2018 | 17:00 | İspaniya | 1–1 (3–4 pen.) | Rusiya | 1/8 Final | 78011[16] |
11 iyul 2018 | 21:00 | Xorvatiya | 2–1 (ə.v) | İngiltərə | Yarı Final | 78011[17] |
15 iyul 2018 | 18:00 | Fransa | 4–2 | Xorvatiya | Final | 78011[18] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.