Azərbaycan pedaqoqu və maarifçisi From Wikipedia, the free encyclopedia
Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası – 1927, Bakı) — Azərbaycan pedaqoqu və maarifçisi.[1]
Firuzə Vəkilova | |
---|---|
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1927 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Abbasqulu bəy Vəkilov |
Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır.
O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb.[2]
Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi. O, şəhərdə qadın müsəlman cəmiyyəti təşkil etmiş, orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar səhnələşdirib.[3]
Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının əsasını Firuzə ilə Məcidin məhəbbət hekayəsi təşkil etmişdir.[4]
Firuzə Vəkilova xanəndə Məcid Behbudovun həyat yoldaşı olub. Onların üç övladı var idi. Ailənin hər üç övladı incəsənət aləmində şöhrət qazanıblar.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.