Remove ads
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi From Wikipedia, the free encyclopedia
Cavad qəzası (rus. Джеватский уезд) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 1916-cı ilə qədər Cavad, bu ildən isə Salyan şəhəri idi. Rus çarı II Aleksandrın (1855–81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən, təşkil edilmişdi.
Cavad qəzası | |
---|---|
Ölkə | Rusiya İmperiyası |
Quberniya | Bakı quberniyası |
Mərkəzi |
[[Cavad (1868–1916) Salyan (1916–1929)]] |
Yaradılıb | 1868 |
Ləğv edilib | 1929 |
Sahəsi |
|
Əhalisi |
|
Xəritə | |
1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. 1920-ci ildə Cavad qəzası Azərbaycan SSR-in tərkibinə daxil olmuş və Salyan adlandırılmışdır.[2]
1929-cu ildə ləğv edildi.[3] Salyan qəzasını VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə eyni inzibati ərazi çərçivəsində Muğan mahalı əvəz etmişdir.[4]
Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv. verst idi. Bu, quberniya ərazisinin 28,69%-ni təşkil edirdi. 1859–1863 illər kameral təsvirinin yekunları əsasında aparılmış hesablamaya görə, Cavad qəzasında 13142 həyət, 60966 nəfər əhali var idi ki, onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri (45,64%) qadın idi. Cavad qəzası əhalisinin sayına (13,02%) görə, Quba (27,81%), Şamaxı (20,57%) və Lənkəran (16,92%) qəzalarından sonra dördüncü yerdə dururdu. Qafqaz təqviminin (1917) məlumatına görə, Cavad qəzasının ərazisi 8396,97 kv. verst (1870 ilə nisbətən 1441,5 kv. verst az) təşkil edirdi. Həmin dövrdə qəzanın əhalisi 162305 nəfər olmuşdur, onlardan 83955 nəfəri (51,72%) kişi, 78350 nəfəri (48,27%) qadın idi. Qəzanın əhalisi əvvəlki dövrə nisbətən 101339 nəfər və ya 2,66 dəfə artmışdı. Qəza idarə sistemi mövcud idi. Əhalinin qədimdən bəri əsas məşğuliyyəti maldarlıq və qismən də əkinçilik və balıqçılıq idi. Cavad qəzasında çar üsul-idarəsinə qarşı çıxışlar baş vermişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ aldıqdan sonra qəzalarda da möhkəmlənməyə çalışırdılar. Bakı quberniya komissarı Məşədi Əzizbəyov başda olmaqla, Qırmızı ordunun 240 nəfərlik dəstəsi Bakıdan Salyana gəlmiş və 1918-ci ilin aprelin 21-də Salyanda sovet hakimiyyəti qurmuşdu. Aprelin sonlarında sovet hakimiyyəti hərbi qüvvənin tətbiqi ilə bütün qəzaya yayılmışdı. Bakıda sovet hakimiyyətinin süqutu ilə qəzalarda da onun taleyi həll olundu. Bakı türk-Azərbaycan qüvvələri tərəfindən azad edildikdən sonra (1918, 15 sentyabr) Bakı quberniyasının qəzalarında, o cümlədən Cavad qəzasında Cümhuriyyət hakimiyyəti bərqərar edildi. Hökumətin 1919-cu il 28 aprel tarixli qərarı ilə Cavad qəzası bölgəsində İranla sərhədi qorumaq üçün 200 nəfərlik mühafizə dəstəsi yaratmaqdan ötrü 20 milyonluq fonddan daxili işlər nazirliyinin sərəncamına 602.400 manat vəsait ayrılmışdı. Aprel işğalından (1920) sonra Azərbaycan SSR yaradıldıqda Cavad qəzası da yenidən sovetləşdirildi. Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı (1929) Cavad (Salyan) qəzası ləğv edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.