From Wikipedia, the free encyclopedia
2018-ci il Ermənistan inqilabı (erm. 2018 թվականի հեղափոխություն Հայաստանում), xalq arasında "Serji rədd et" (erm. Մերժիր Սերժին, translit. Merjir Serjin) və ya Paşinyan tərəfindən Məxməri inqilab[27] (erm. Թավշյա հեղափոխություն)[28] — 12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası.
Ermənistan inqilabı | |||
---|---|---|---|
| |||
Tarix | 12 aprel – 8 may 2018 (26 gün) | ||
Yeri |
Ermənistan: İrəvan, Gümrü, Qarakilsə, Ellər, Göyçə, Qəmərli, Sərdarabad, Əştərək, Üçkilsə, Qafan Erməni diasporu: Qlendeyl,[1] Moskva,[2] Marsel,[3] Toronto, Monreal, Vankuver,[4], Afina, London, Berlin, Buenos-Ayres, Çikaqo, San-Paulu [5] |
||
Səbəbi |
|
||
Nəticəsi |
İlk olaraq: Serj Sarkisyanın istefa verməsi.[7] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.[29][30][31] Hadisə, digər postsovet ölkələrindəki inqilablardan fərqli olaraq bir qədər sakit keçdi.[32][33][34] İrəvan şəhərindəki etirazçılar bu xəbəri bayram kimi qarşılayıblar.[35] Ermənistanda baş nazir postuna olan ilk seçkilər 1 may 2018-ci il tarixində keçirilmişdir.[36][37]
Ermənistanın baş nazirlik postuna olan ikinci seçkilər 8 may 2018-ci il tarixində keçirilmişdir. Seçkilərin nəticəsində keçmiş millət vəkili Nikol Paşinyan Ermənistan Respublikasının baş naziri vəzifəsinə seçilmişdir. Onu deputatların 59-u Paşinyanın lehinə, 42-i isə əleyhinə səs vermişdir.[38][39]
2 mart 2018-ci ildə Ermənistanda prezident seçkiləri keçirilmişdir. 2015-ci ilin Ermənistan konstitusiyası referendumunun nəticəsi olaraq prezident xalq tərəfindən yox, parlament tərəfindən seçilmişdir.[40] Referendumun digər bir nəticəsi isə, yeni seçilmiş prezidentin gəlişi ölkənin prezident respublikasından parlamentli respublikaya keçməsi idi.[41] Keçmiş prezident Serj Sarkisyan Ermənistan Konstitusiyası tərəfindən növbəti dəfə yəni üçüncü dəfə seçilməsinə qadağa qoyuldu.[42] Müvəqqəti Milli Məclis hesablayıcı palatanın sədri Qaqik Melikyanın məlumatına görə, namizədin lehinə 90, əleyhinə, 10 millət vəkili səs vermiş, 1 bülleten etibarsız tanınmışdır. Səsvermədə 105 nəfərdən ibarət parlamentin 101 üzvü iştirak etmişdir. Serj Sarkisyanın prezidentlik səlahiyyətləri 9 apreldə sona çatmışdır.[43] Ermənistan Respublikası Partiyasının üzvləri baş nazirlik vəzifəsinə üçün olan səsvermədə Serj Sarkisyanı istisna etməmişdir.[44][45] Buna görə, etirazçılar 14 apreldə Serj Sarkisyanın andiçmə mərasimini keçirəcəyi yerdə – Ermənistan Respublika Partiyasının baş qərargahına gedəcəklərinə söz vermişdilər.[46][47] Bundan qorxan Ermənistan Respublika Partiyasının üzvləri görüşlərini 16 apreldə, paytaxt İrəvandan kənarda keçirmiş və Serj Sarkisyanı baş nazir seçmişdilər.[48] Erməni radikal milliyətçi siyasi qurumu Daşnaksütun hökumət qərarına dəstəyini bildirmişdir.[49]
Cümə axşamında – 12 aprelin gecə vaxtlarından səhərə qədər 100-ə yaxın etirazçı Fransa meydanında qalmışdır. Təxminən bərabər sayda etirazçı eyni şeyi şənbə günü etmişdir. Etirazçıların bəziləri çadırlarda yatmış, bəziləri isə tonqal ətrafında oturmuşdur. Bazar günü səhərinə qədər Ermənistan polisi nümayişçiləri dağıtmağa cəhd göstərməmişdir.[50]
23 aprel 2018-ci il tarixində, etiraz aksiyalarının 11-ci günündə, 10 il prezident olmuş və yenicə baş nazir təyin edilmiş Serj Sarkisyan istefa vermişdir. O, istefa bəyanatında Sarkisyan "Küçə aksiyaları mənim vəzifədə qalmağımın əleyhinədir. Mən sizin tələblərinizi yerinə yetirirəm" demişdir.[51][52]
8 may 2018-ci il tarixində Ermənistanın keçmiş Nikol Paşinyan ölkənin baş naziri seçilmişdir.[53]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.