From Wikipedia, the free encyclopedia
Ermənistan Milli Təhlükəsizlik Xidməti[1] (Azərbaycan mətbuatında MTX;[2] erm. Հայաստանի Ազգային Անվտանգության Ծառայություն, Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu.
Ermənistan Milli Təhlükəsizlik Xidməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Yurisdiksiya | Ermənistan |
Yaradılma tarixi | 4 dekabr 1991 |
Əvvəlki qurum | SSRİ Dövlət Təhlükəsizlik Komitəsi |
Tabelik | Ermənistan Respublikası Baş Naziri |
Rəsmi saytı | sns.am |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nın tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır.
Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.