Ərəbistan yarımadasında mövcud olmuş əmirlik From Wikipedia, the free encyclopedia
Cəbəl-Şəmmar[1][2][3] (ərəb. إِمَارَة جَبَل شَمَّر) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل)[4] həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır.[5] Dövlətin paytaxtı Hail şəhəri olmuşdur.[5] Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir.
Əmirlik | |||
Cəbəl-Şəmmar əmirliyi | |||
---|---|---|---|
ərəb. إِمَارَة جَبَل شَمَّر | |||
|
|||
|
|||
Paytaxt | Hail | ||
Rəsmi dilləri | Ərəb dili | ||
Dövlət dini | İslam, Sünnilər | ||
Ərazisi | Ərəbistan yarımadasının şimal və mərkəzi hissəsi | ||
Əhalisi | ərəblər | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Rəşidilər | ||
Vikianbarda əlaqəli mediafayllar |
1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Əmir Məhəmmədin hakimiyyəti (1872-1897) Cebel- Şammarın çiçəkləndiyi dövr və Əl Rəşid sülaləsinin gücünün ən yüksək mərhələsinə çatdığı zaman idi. 1891-ci ilin yanvarında I Məhəmməd əl Rəşid Ərrəhman ibn Faysəl Əl Səud ona qarşı üsyan etdiyinə görə Riyadı fəth etdi. Bundan sonra Məhəmməd əl Rəşid Mərkəzi Ərəbistanın vahid hökmdarı oldu. 1897-ci ildə I Məhəmmədin ölümündən sonra Rəşidilər dövlətinin tənəzzülü başladı. 1902-ci ildə Səud şahzadəsi Əbdüləziz Riyadı yenidən ələ keçirdi və vəhhabi dövlətini bərpa etdi. Ərəbistanda hökmranlıq uğrunda Səudlar və Rəşidilər arasında uzun sürən müharibə başladı. 1906-cı ilin aprelində Əmir Əbdüəziz ər-Rəşid Qasım baş tutan döyüşdə darmadağın oldu və həlak oldu. Yeni əmir onun böyük oğlu II Mitab ibn ƏbdülƏziz oldu və o, Səudlarla sülh bağlayaraq, onların Qasımın cənubundakı bütün fəthlərini tanıdı.
Birinci Dünya müharibəsi zamanı Cəbəl-Şəmmar əmirliyi İttifaq dövlətləri tərəfində döyüşmüşdü.
1921-ci ildə əmirlik Səudiyyə dövlətinə birləşdirildi.
Tarixən əmirlik paxlalıkimilərin yetişdirilməsi üzərində ixtisaslaşmışdı.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.