From Wikipedia, the free encyclopedia
Con Xarsani (mac. Harsányi János Károly) (29 may 1920[2][3][…], Budapeşt – 9 avqust 2000[2][3][…], Berkli, Kaliforniya) — Macarıstanda anadan olmuş, sonradan ABŞ-yə köçmüş iqtisadçı. 1994-cü ildə Con Neş və Reynhard Zeltenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Con Xarsani | |
---|---|
mac. Harsányi János Károly | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt Macarıstan |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Berkli, Kaliforniya ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | Macarıstan ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | Berkli Kaliforniya Universiteti, Ueyne Ştat Universiteti, Avstraliya Milli Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Kennet Errou |
Tanınır | Bayesiyan oyunları, Praqmatizm etikası, Tarazlıq seçimi |
Üzvlüyü | |
Mükafatları | 1994 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Con Xarsani daha çox oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır, xüsusilə təkmilləşdirdiyi əskik bilgili oyunların analizi üçün nəzərdə tutulan Bayesiyan oyunları olaraq adlandırılan xeyli yenilikçi metodla tanınır. Eyni zamanda siyasi və əxlaqi fəlsəfədə (xüsusilə Praqmatizm etikası) iqtisadi məntiq və oyunlar nəzəriyyəsinin istifadəsindəki önəmli xidmətləri ilə tanınır.[4]
Altsheymer xəstəliyi diaqnozu qoyulan Con Xarsani 2000-ci ildə Kaliforniya ştatının Berkli şəhərində ürək tutmasından vəfat etdi.[5]
Praqmatizm etikası ilə bağlı tədqiqatlarına Brisbeyndə olarkən başlamışdı. İki məqalə nəşr etdirmişdi. Con Xarsani məqalələrində əxlaqi problemlərdən əvvəl insanların şəxsi tarixləri və əxlaqi seçimləri arasındakı fərqin göstərilməli olduğunu açıqlamışdı.[6]
Con Neşin oyunlar nəzəriyyəsi ilə bağlı nəşrindən sonra Con Xarsaninin bu mövzuya marağı artmışdır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.