Remove ads
From Wikipedia, the free encyclopedia
Ceyms Monro (ing. James Monroe; 28 aprel 1758[2][3][…] – 4 iyul 1831[2][3][…], Nyu-York, ABŞ[4]) — Amerika Birləşmiş Ştatlarının 5-ci prezidenti (1817-1825) və 7-ci Dövlət katibi (1811-1814, 1815-1817). ABŞ və Fransa arasında 1803-cü il Luiziana sövdələşməsinin təşkilatçılarından biri və prezidentliyi dövründə qəbul olunan ABŞ-nin Avropanın daxili işlərinə qarışmaması və Amerika qitəsinin ABŞ-nin maraq dairəsində olmasının elan edildiyi Monro doktrinasının müəllifidir.
Ceyms Monro | |
---|---|
James Monroe | |
4 mart 1817 – 4 mart 1825 | |
Vitse-prezident | Deniel D. Tompkins |
Əvvəlki | Ceyms Medison |
Sonrakı | Con Kuinsi Adams |
Prezident | Ceyms Medison |
Əvvəlki | Robert Smit |
Sonrakı | Con Kuinsi Adams |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vestmorlend qraflığı, Virciniya, Britaniya Amerikası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Partiya | Demokratik respublika partiyası |
Təhsili | Vilyam və Meri Kolleci |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, fermer, dövlət xadimi, yazıçı |
Atası | Spens Monro |
Anası | Elizabet Cons Monro |
Həyat yoldaşı | Elizabet Monro |
Uşaqları |
qızları: Eliza və Mariya Hester oğlu: Ceyms Spens (1799-1801) |
Dini | Yepiskopal |
Hərbi xidmət | |
Qoşun növü | Kontinental Ordu |
Rütbəsi | mayor |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin 5-ci prezidenti Ceyms Monro 1758-ci il aprelin 28-də Virciniyanın Vestmorlend dairəsindəki Vaşinqton-Periş şəhərciyində anadan olmuşdur. Virciniyanın digər siyasətçilərindən fərqli olaraq, atası Spens Monro yalnız 500 akr torpaq sahəsinə malik fermer idi. Ceyms Monro ilk ibtidai təhsilini keşiş Arçibald Kempbellin yanında alır. 16 yaşında Virciniyanın paytaxtı Vilyamsburqa gələrək «Vilyam ənd Meri» kollecində təhsilini davam etdirir. İstiqlaliyyət müharibəsi başladıqda Kontinental ordunun Virciniya alayına daxil olur və 18 yaşında zabitlik şəhadətnaməsi alır, 1778-ci ildə podpolkovnik rütbəsi verilir. Qeyd edək ki, Medisonun göstərdiyi hərbi xidmət rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, ona Qərb ərazisində böyük torpaq sahələri verilmişdir.[5] 1780-83-cü illərdə Tomas Ceffersonun rəhbərliyi altında hüquq elmlərini öyrənərək, onunla uzun müddət dostluq əlaqələri saxlamışdır.
1782-ci ildə Virciniya qanunvericilik məclisinə üzv seçilən Monro, siyasi fəaliyyətə başlayır. 1786-cı ilədək, ştatin nümayəndəsi kimi, iclaslarını Nyu-Yorkda keçirən Konfederasiya Konqresinin iştirakçısı olur. Nyu-Yorkda yaşadığı vaxt (16 fevral, 1786-cı ildə) müflis olmuş Vest-Hind plantatorunun qızı Elizabet Konraytla ailə qurur.[6] Həmin ilin dekabr ayında anasının şərəfinə Elizabet adlandırılan ilk övladları dünyaya gəlir.
Nümayəndələr palatasına seçkilərdə C.Medisona məğlub olmasına baxmayaraq, 1790-cı ildə Virciniya parlamenti onu senator seçir. Fransaya səfir göndərilənədək dörd il müddətində senator olur. Onun Fransada səfir kimi fəaliyyəti qənaətbəxş olmur və 29 iyul 1796-ci ildə xarici işlər naziri Timoti Pikerinq tərəfindən geri çağırılır. Səfi rlik fəaliyyətinin kəskin tənqid olunması onun siyasi nüfuzuna xələl gətirmir. Monro 1799-cu ildə Virciniya Ştatının qubernatoru seçilir və 1802-ci ilə qədər bu vəzifədə çalışır. Dostu T.Cefferson Birləşmiş Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, burada R.Livinqstonla birlikdə Luiziananın alınması danışıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan alınması və Londonda İngiltərə ilə münasibətlərin nizamlanması haqqında Vilyam Pinkni ilə birgə aparılan danışıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin aşağı düşməsinə səbəb olur. Bu ona 1808-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə mane olur. O, 1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına gətirib çıxarır.
C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qubernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun prezidentliyi müddətində, ABŞ-nin xarici siyasəti, xüsusilə İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti ilə müəyyənləşmişdir. İngiltərə ilə aparılan müharibə ərəfəsində Con Armstronq müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu vəzifə də C.Monroya tapşırılır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri, eyni zamanda Kent sülhünün bağlanması onun siyasi mövqeyini daha da möhkəmləndirir.
O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində Medison hökumətində maliyyə naziri olmuş Vilyam Krouforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiyası praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə (183: 34) qalib gələrək prezident olur. Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi xarakterizə edilir. Bu hər şeydən əvvəl onun prezidentliyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması prinsipini əsas tutan Monro istər şəxsi, istərsə də fraksiyalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində də özünü göstərmişdir. İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə Monro tərəfindən imzalanan Transkontinental müqavilə haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu müqaviləyə əsasən bütün Florida ABŞ-yə birləşdirilmişdi. 1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçkilərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respublikaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə (234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur. Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniyanın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə kömək göstərirlər. Bu, ABŞ-nin ciddi etirazı ilə qarşılanır. Bununla əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro Konqresə məktub göndərir. Sonradan «Monro doktrinası» adını almış məktubda dünyanın Avropa və Amerika sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq tələb olunurdu.[7]
Ceyms Monro 1824-cü il prezident seçkilərində iştirak etmir, ömrünün son illəri maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda həyat yoldaşı vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci ildönümü günü vəfat edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.