Remove ads

Ceyms Medison (ing. James Madison; 16 mart 1751[1][2][…]28 iyun 1836[1][3][…]) — Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti (1809–1817) və 5-ci Dövlət katibi (1801–1809), ABŞ-nin bani atalarından biri.

Cəld faktlar Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti, Vitse-prezident ...
Ceyms Medison
James Madison
Thumb
4 mart 1809 4 mart 1817
Vitse-prezidentCorc Klinton (1809-1812)
olmayıb (1812-1813)
Elbric Cerri (1813-1814)
olmayıb (1814-1817)
ƏvvəlkiTomas Cefferson
SonrakıCeyms Monro
2 may 1801 3 mart 1809
PrezidentTomas Cefferson
ƏvvəlkiCon Marşal
SonrakıRobert Smit
Şəxsi məlumatlar
Doğum adı James Madison, Jr.
Doğum tarixi 16 mart 1751(1751-03-16)[1][2][…]
Vəfat tarixi 28 iyun 1836(1836-06-28)[1][3][…] (85 yaşında)
Vəfat səbəbi ürək çatışmazlığı
Partiya
  • Demokratik-Respublikaçı Partiya[d]
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı, diplomat, filosof, vəkil, dövlət xadimi
Atası Ceyms Medison (ata)
Anası Eleonora "Nelli" Roza Konuey
Həyat yoldaşı
Uşağı oğlu: Con Peyn Todd (ögey)
Dini Yepiskopal

Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Erkən həyatı

Ceyms Medison 1751-ci il martın 16-da Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdur. Ailənin on iki uşağından ən böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmişdir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusiyanın zəif olmasını iddia edirdilər.

23 yaşında siyasi fəaliyyətə başlayan Medison Virciniyada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc dairəsini İnqilabi Konqresdə təmsil edir. Növbəti il Virciniya deputatlar məclisinə seçkilərdə uğur qazanmayan Medison 1777–79-cu illərdə Virciniya qubernator Şurasının, sonra, 1783-cü ilə qədər isə Konfederasiya Konqresinin iştirakçısı olur. Sonra Virciniyaya qayıdaraq yerli qanunverici məclisdə fəaliyyətini davam etdirir. Məclis üzvlərinin sərt müqavimətinə, populist əhval-ruhiyyələrinə baxmaya-raq, dini azadlıq və kilsənin dövlətdən ayrılması haqqında Tomas Cefferson tərəfindən hazırlanmış qanun layihəsinin təsdiq edilməsinə nail olur. Bu qanun Amerika maarifçiliyinin əsasını təşkil edir. C. Medison dul qadın Dolli Toddla ailə həyatı qursa da onların övladları olmamışdır. Dolli Medison Amerika prezidentləri tarixində ilk "First Ledy" hesab edilir.

Remove ads

Konstitusiya yazması

1786-cı il Annapolis Ticarət konfransında Virciniyanın nümayəndəsi kimi iştirak edən Medison Konstitusiya islahatı tərəfdarları ilə birlikdə Filadelfiyada Konstitusiya Konventinin çağırılmasına nail olur və orada doğma ştatını təmsil edir. O, 1787-ci ildə yazdığı "Birləşmiş Ştatlar siyasi sisteminin qüsurları" məqaləsində Konfederasiya Haqqında Əsasnamənin çatışmazlıqlarını qeyd edərək, mükəmməl Konstitusiyaya ehtiyac olduğunu bildirir. Əsas mətni Medison tərəfi ndən yazılmış Konstitusiya ratifi kasiya edilməsi üçün ştatlara göndərilir. O, Cen Cey və Aleksander Hamiltonla birlikdə yeni konstitusiyanın təbliğinə yönəlmiş 85 qəzet məqaləsi ilə çıxış edir. "Publius" ləqəbi ilə imzalanan bu yazılar, sonradan "Federalist" adlı kitab kimi nəşr edilmişdir. Fraksiyaçılığın geniş təhlil edildiyi və aktuallığını bu gün də itirməmiş 10 saylı məqalə Medison tərəfi ndən yazılmışdı. Konstitusiya əleyhdarları icraedici hökumətə həddən artıq səlahiyyətlər verilməsinə, insan hüquqlarının qorunmamasına etirazlarını bildirirlər. Medison ilk Nümayəndələr Palatası önündə verdiyi vədə əməl edərək Konstitusiyaya ilk on dəyişikliyi hazırlayır. Bu dəyişikliklər 1791-ci ildə Hüquqlar Haqqında Bill adı ilə qüvvəyə minir.[5]

Remove ads

Prezidentliyi

C. Medison 1797-ci ilə qədər Konqresin Nümayəndələr Palatasının üzvü olur. Burada o, Ceffersonla birlikdə Hamiltonun siyasi-iqtisadi proqramlarının tənqidçisi olaraq müxalif respublikaçılar partiyasını yaradır. Cefferson prezident seçildikdən sonra onun formalaşdırdığı kabinetdə xarici işlər naziri olur. 1808-ci ildə onun prezident seçilməsi partiyadaxili çəkişmələrlə müşayiət olunmuşdur. Bir dəfə də seçkiqabağı nitq söyləməyən Medison öz siyasi dostlarının, xüsusən Ceffersonun köməyi və bəzi partiyadaxili sövdələşmələr əldə edilməsi nəticəsində respublikaçılar partiyasının namizədi olur. Belə razılaşmalardan biri vitse-prezident vəzifəsinin Nyu-Yorklu partiya üzvlərinə güzəştə gedilməsidir. 60 yaşlı Corc Klinton vitse-prezident seçilsə də 1812-ci ildə onu, bu vəzifəyə daha layiq Elbric Cerri əvəz etmişdir. Kabinetin formalaşdırılmasında partiyadaxili qruplaşmaları və regional faktoru əsas götürən prezident maliyyə naziri A. Qallatindən başqa bütün nazirliklərə yeni rəhbərlər təyin edir. Bu təyinatların heç də hamısı uğurlu olmur. Tezliklə xarici işlər naziri Robert Smitin öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi aşkar olur. 1811-ci ilədək Virciniya qubernatoru işləmiş Ceyms Monronun bu vəzifəyə təyin olunmasına qədər, prezident eyni zamanda xarici işlər naziri vəzifəsini də icra edir.

İngiltərə ilə müharibə

1807-ci ildən Avropa ölkələri ilə ticarət əlaqələrinə tətbiq olunmuş embarqo kabinetin ilk müzakirə mövzusu olur. İxrac edilməyən kənd təsərrüfatı məhsullarının qiymətlərinin sürətlə aşağı düşməsi amerikalılara böyük ziyan vururdu. Nyu-York və digər liman şəhərlərinin gəmi sahibləri ticarət gəmiçiliyinin təcili bərpasını tələb edirdilər. Bunun üçün Fransa və İngiltərə ilə münasibətlərin qaydaya salınması lazım idi. Problemləri danışıqlar yolu ilə həll edə bilməyən prezident, Qallatinin məsləhəti ilə müharibəyə hazırlaşır. 1812-ci il iyunun 1-də C. Medison İngiltərəyə müharibə elan edilməsi məzmunlu məktubunu Konqresə təqdim edir. O, bu təklifi ni belə əsaslandırır: İngiltərə ABŞ-yə – "müstəqil və bitərəf millətə" düşmən münasibət bəsləyir. Ticarət gəmilərinin müsadirə edilməsi, minlərlə matrosun əsir götürülərək məcburi xidmətə cəlb olunması, hindu tayfalarının üsyanının təşkil edilməsi böyük cinayətlərdir. Təklif istər Nümayəndələr palatasında (79: 49), istərsə də Senatda (19: 13) təsdiqlənir. Beləliklə iyunun 19-da İngiltərəyə rəsmi olaraq müharibə elan edilir.

Səsvermənin nəticələrindən göründüyü kimi müharibə əleyhdarları da az olmamışdır. Onlar, xüsusilə də virciniyalı deputat Con Rendolf müharibənin başlanmasına qəti etirazlarını bildirirlər. Əhali arasında, xüsusilə mərkəzi ştatlarda anti-müharibə əhval-ruhiyyəsi güclənirdi. Bu 1812-ci il prezident seçkilərinə təsirni göstərir. Mərkəzi Ştatlarda aşkar məğlubiyyətə uğrayan C. Medison səslərin ümumi sayına görə (128: 89), federalistlər partiyasının nümayəndəsi De Vitni Klintona qalib gələrək ikinci dəfə prezident seçilir. Hərbi əməliyyatlar əsasən üç cəbhədə: Kanada sərhədləri boyunca, Atlantik okeanı sahillərində və Meksika körfəzində aparılırdı. Tarixçi Robert Rutlend prezidentin hərbi məqsədləri haqqında yazırdı: "Medisonun məqsədi İngiltərəyə məxsus torpaqların işğalı deyildi. O, Britaniya rəhbərlərindən ABŞ-ni uzaq, asılı qohum kimi yox, müstəqil dövlət kimi tanımasını istəyirdi". Bu baxımdan 1812–15-ci il müharibəsini ikinci İstiqlaliyyət müharibəsi adlandırırlar. Avropada davam edən Napoleon müharibələri 1814-cü ildə onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Medison haqlı olaraq, döyüşlərdən azad olan ingilis qoşun hissələrinin də bu müharibəyə cəlb ediləcəyindən narahat idi. Bu perspektivdən ehtiyatlanan prezident və onun kabineti hərbi əməliyyatları dayandırmaq, müharibədən əvvəlki vəziyyətin bərpa edilməsi (status-kvo) şərti ilə sülh danışıqlarına başlamaq qərarına gəlir. Bu ərəfədə ingilis qoşunları Vaşinqtonu tutaraq Dövlət binalarını o cümlədən prezident iqamətgahını yandırırlar. Medison tələsik paytaxtı tərk edir. Hindularla aparılan müharibələrdə böyük təcrübə toplamış general Endrü Cekson 1815-ci il yanvarın 8-də Yeni Orlean şəhəri yaxınlığında ingilislərin 5.000 canlı qüvvəsini məhv edərək qələbə qazanır, lakin buna qədər 1814-cü il 24 dekabrında flamand şəhəri Kentdə sülh müqaviləsi imzalanmışdı. 14 fevral 1815-ci ildə Medison Vaşinqtona qayıdır. Müharibə qeyri-müəyyən sonluqla başa çatsa da, Birləşmiş Ştatları Amerika kontinentində ciddi ictimai quruluşa malik dövlət kimi bir daha təsdiqləyir.

Remove ads

Prezidentlikdən sonrakı həyatı

C. Medison 1816-cı il prezident seçkilərində iştirak etməsə də öz siyasi varisinin bu vəzifəyə seçilməsinə köməklik göstərmişdir. Həmin varis gələcək səkkiz ildə ölkənin prezidenti olmuş Ceyms Monro idi. Vəzifə yüklərindən azad olan eks-prezident 6 aprel 1817-ci ildə ömrünün son illərini yaşadığı Cənuba köçür. Bu zaman o, bir müasirinin yazdığı kimi "tətilə gedən şagird" kimi sevinirdi. C. Medison istefada olanda da bəzi konstitusional problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini vermişdir. Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817-ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya göndərməklə məşğul idi, lakin maliyyə problemləri olduğu üçün özünə məxsus qulları azad edə bilməmişdir.

C. Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı Montpiliyer malikanəsində vəfat etmişdir.[6]

Remove ads

Maraqlı faktlar

  • Ceyms Medison ABŞ prezidentləri arasında ən kiçik boylu prezidentdir (162 sm). Ən hündür boylu isə Avraam Linkoln (193 sm) olmuşdur.
  • Ceyms Medison təsviri 5000 dollarlıq əskinasında var idi.[7].

İstinadlar

Remove ads

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.

Remove ads