Remove ads
From Wikipedia, the free encyclopedia
Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Cavanşir Feyziyev | |
---|---|
Vəzifədədir | |
24 noyabr 2015-ci ildən | |
Seçki dairəsi | V və VI çağırış — 115 saylı Şəki qəsəbə ikinci VII çağırış — 115 saylı Şəki kənd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1963 (61 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
cavansir.feyziyev.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur.[1] 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing. «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur. 2002–2010 "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur. ing. «Tour-İnvest» şirkətinin və ing. «Discovery Azerbaijan» elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur. 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur.
2010-cu ildə Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. 2013-cü ildə Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.[1]
2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə etmiş və və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2002-ci ildə "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı ingilis dilində, 2008-ci ildə "Sülh fəlsəfəsi" adlı elmi-publisistik kitabı və 2013-cü ildə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı Azərbaycan dilində çap olunub. 2014–2017-ci illərdə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunmuşdur.[1]
2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.
2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir. 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir. 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük Kör" romanını Azərbaycan dilinə tərcümə etmişdir.
60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 300-dən çox məqalənin müəllifidir. Azərbaycan, türk, rus, fransız və ingilis dillərini bilir.
2010-cu ilin 7 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə deputat seçilmişdir. 2015-ci ilin 1 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvüdür.[1]
Azərbaycan – Böyük Britaniya və Azərbaycan — Fransa parlamentlərarası işçi qruplarının üzvüdür. Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvüdür. Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür. AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür.[1]
2017-ci ilin yanvar ayından 2022-ci ilədək Avropa İttifaqı — Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olub.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
2005-ci ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur. "Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisidir. 2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci ildə Kolmar şəhərinin (Fransa) Fəxri Səfiri elan olunmuşdur. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.