Remove ads
Türk suveren dövlətlərin üzv olduğu beynəlxalq təşkilat From Wikipedia, the free encyclopedia
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.[3]
Türk Dövlətləri Təşkilatı TDT | |
---|---|
Turki Memleketteriniñ Ūyımı (Qazax dili) Түрк мамлекеттеринин уюму (Qırğız dili) Turk Davlatlari Tashkiloti (Özbək dili) Türk Devletleri Teşkilatı (Türk dili) Organization of Turkic States (İngilis dili) | |
| |
| |
Şüar | Biz birlikdə daha güclüyük! |
Yaranma tarixi | 3 oktyabr 2009 |
Rəsmi dili |
Azərbaycan dili Qazax dili Qırğız dili Özbək dili Türk dili İngilis dili[1] |
Mərkəzi | |
Yarandığı yer | Naxçıvan |
Qurucusu |
Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan |
Sədr | Kubanıçbəy Ömürəliyev |
Üzvləri |
5 üzv Azərbaycan Türkiyə Qazaxıstan Qırğızıstan Özbəkistan 3 müşahidəçi üzv Macarıstan Türkmənistan ŞKTR[2] |
turkicstates.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.
Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və bürokratları da il ərzində davamlı olaraq iclaslar keçirirlər. Məclis rəhbərləri və heyətləri də Bakıda toplanır.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət rəhbərləri tərəfindən ümumi katib seçilən türk diplomat Xəlil Axıncı bu vəzifəni sentyabr 2010, sentyabr 2014 tarixləri arasında icra etmişdir. Bundan sonra rəhbərliyi Ramil Həsən yerinə yetirmiş, onu vəzifədə Bağdad Amreyev əvəzləmişdir.
22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır.
Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.
Ölkə | Əhali (2018) | Sahə (km²) | Ümumi Daxili Məhsul (nominal) (2018)[4] | Adambaşına düşən ÜDM (nominal) (2018)[4] |
Adambaşına düşən ÜDM (nominal) (2019) |
---|---|---|---|---|---|
Azərbaycan | 10,180,200 | 86,600 | $46,940 milyard | $4,721 | $11,674 |
Qazaxıstan | 20,000,000 | 2,724,900 | $170,539 milyard | $9,331 | $20,609 |
Qırğızıstan | 7 161 870 | 199,900 | $8,093 milyard | $1,281 | $1,898 |
Özbəkistan | 35 821 030 | 448,978 | $50,500 milyard | $1,532 | |
Türkiyə | 85.279,600 | 783,562 | $766,509 milyard | $9,311 | $13,301 |
Ümumi | 158,442,700 | 4,243,940 | $1,042,581 milyard | $7,047 | $13,718 |
Ölkə | Əhali (2021) | Sahə (km²) | Ümumi daxili məhsul (nominal) (2020) |
Kişi başına Ümumi daxili məhsul (nominal) (2020) |
---|---|---|---|---|
Macarıstan | 9.709.786 | 93,030 | $149,9 milyard | $15.373 |
Türkmənistan | 6.341.855 | 488,099 | $42,7 milyard | $7.411 |
ŞKTR | 382,836 | 3,355 | $4,234 milyard | $14,942 |
Ümumi | 15,802,000 | 581,129 | $208,771 milyard | $24,335 |
Türk Dili Danışan Ölkələr Zirvələri (1992–2010) | |||||
---|---|---|---|---|---|
Tarix | Ev Sahibi Ölkə | Ev Sahibi Şəhər | Ev Sahibi Lider | Qeydlər | |
1. | 30 oktyabr 1992 | Türkiyə | Ankara | Turqut Özal | |
− | 12 iyul 1993 | Qazaxıstan | Almatı | Nursultan Nazarbayev | Almatı Razılaşması: TÜRKSOY -un quruluşu |
2. | 18 oktyabr 1994 | Türkiyə | İstanbul | Süleyman Dəmirəl | |
3. | 28 avqust 1995 | Qırğızıstan | Bişkek | Əsgər Akayev | |
4. | 21 oktyabr 1996 | Özbəkistan | Daşkənd | İslam Kərimov | |
5. | 9 iyun 1998 | Qazaxıstan | Astana | Nursultan Nazarbayev | |
6. | 8 aprel 2000 | Azərbaycan | Bakı | Heydər Əliyev | |
7. | 26 aprel 2001 | Türkiyə | İstanbul | Əhməd Necdət Sezər | |
8. | 17 noyabr 2006 | Türkiyə | Antalya | Əhməd Necdət Sezər | |
− | 21 noyabr 2008 | Türkiyə | İstanbul | Abdullah Gül | İstanbul Andaşması: Türk PA-nın quruluşu |
9. | 3 oktyabr 2009 | Azərbaycan | Naxçıvan | İlham Əliyev | Naxçıvan Sazişi: Türk Şurasının quruluşu |
10. | 15 sentyabr 2010 | Türkiyə | İstanbul | Abdullah Gül | |
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Zirvələri (2011–2021) | |||||
Tarix | Ev Sahibi Ölkə | Ev Sahibi Şəhər | Ev Sahibi Lider | Mövzu | |
I | 20–21 oktyabr 2011 | Qazaxıstan | Almatı | Nursultan Nazarbayev | İqtisadiyyat və ticarət əməkdaşlığı |
II | 22–23 avqust 2012 | Qırğızıstan | Bişkek | Almazbek Atambayev | Təhsil, elm və mədəniyyət əməkdaşlığı[5] |
III | 15–16 avqust 2013 | Azərbaycan | Qəbələ | İlham Əliyev | Nəqliyyat əməkdaşlığı[6] |
IV | 4–5 iyun 2014 | Türkiyə | Bodrum | Abdullah Gül | Turizm əməkdaşlığı[7] |
V | 10–11 sentyabr 2015 | Qazaxıstan | Astana | Nursultan Nazarbayev | Media ve informasiya əməkdaşlığı |
VI | 1–3 sentyabr 2018 | Qırğızıstan | Bişkek | Sooronbay Jeenbekov | Gənclik və milli idmanlar |
VII | 15 oktyabr 2019 | Azərbaycan | Bakı | İlham Əliyev | Kiçik və orta sahibkarlığın dəstəklənməsi |
- | 31 mart 2021 | Qazaxıstan | Videokonfrans | Qasım-Comərd Tokayev | Türkistanın mənəvi paytaxt elan edilməsi, Türk Şurasıın təşkilat səviyyəsinə yüksəldilməsi |
VIII | 12 noyabr 2021 | Türkiyə | İstanbul | Rəcəb Tayyib Ərdoğan | Rəqəmsal çağda yaşıl texnalogiyalar və ağıllı şəhərlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi |
Türk Dövlətləri Təşkilatı Zirvələri (2022-bu gün) | |||||
Tarix | Ev Sahibi Ölkə | Ev Sahibi Şəhər | Ev Sahibi Lider | Mövzu | |
I | 11 noyabr 2022 | Özbəkistan | Səmərqənd | Şavkat Mirziyayev |
No. | Ad | Ölkə | Vəzifəyə gəlib | Vəzifədən gedib |
---|---|---|---|---|
1 | Xəlil Axıncı | 3 oktyabr 2009 | 16 iyul 2014 | |
2 | Ramil Həsən | 16 iyul 2014 | 3 iyul 2018 | |
3 | Bağdad Amreyev | 3 iyul 2018 | 11 noyabr 2022 | |
4 | Kubanıçbəy Ömürəliyev | 11 noyabr 2022 | - |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.