From Wikipedia, the free encyclopedia
Capcom Co., Ltd.[a] — Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis", "Dead Rising", "Sengoku Basara", "Ghosts 'n Goblins", "Monster Hunter", "Breath of Fire" və "Ace Attorney" kimi çox satan videooyun franşizalarının, eləcə də bir neçə "Disney" lisenziyalı videooyunun müəllifidir. 1979-cu ildə təsis olunmuş şirkət Şimali Amerikada, Avropada və Yaponiyada şöbələri olan beynəlxalq müəssisədir.[3]
Capcom | |
---|---|
Capcom カプコン | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d], ictimai şirkət |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulu | proqram təminatı[1] |
Təsis tarixi | 30 may 1979 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
capcom.com capcom.co.jp capcom-germany.de |
|
Vikianbarda əlaqəli mediafayllar |
Osaka prefekturasının Çuo-ku rayonunda yerləşən baş ofis binası, eləcə də tədqiqat və inkişaf binasına əlavə olaraq, Yaponiya mərkəzli şirkətin Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşən Şincuku Mitsui binasında ofisi var.[4] Həmçinin, şirkətin Mie prefekturasının İqa şəhərində yerləşən Ueno müəssisəsi var.[3]
Beynəlxalq "Capcom Group" Yaponiya, Şimali Amerika, Avropa və Şərqi Asiyada 15 şöbəni əhatə edir.[3] Əlaqəli şirkətlərə Cənubi Koreyanın "Koko Capcom Co., Ltd.", ABŞ-nin "Street Fighter Film, LLC" və "Dellgamadas Co., Ltd." aiddir.[5]
Şirkət ev, onlayn, mobil, arkada, paçinko və paçislo oyunlarının istehsalı və nəşrinə əlavə olaraq, strategiya kitabçaları nəşr edir, Yaponiyada "Plaza Capcom" adlı arkada mərkəzləri işlədir və öz franşizalarını əlaqədar məhsullar, filmlər, teleseriallar və səhnə ifaları üçün lisenziyalaşdırır.
Marketinq və musiqi leyblı olan "Suleputer" müəssisəi "Sony Music Entertainment Intermedia" ilə əməkdaşlıq çərçivəsində 1998-ci ildə təsis edilmişdir və "Capcom" şirkətinin oyunları əsasında CD-lər, DVD-lər və başqa media nəşr edir. "Captivate" adlı illik özəl media sammiti ənənəvi olaraq, yeni oyun və biznes anonsları üçün platforma kimi istifadə edilir.
"Capcom" ilin hər rübündə yenilənən, "Platin buraxılışlar" adı verilən, bir milyondan çox nüsxə satmış videooyunlarından ibarət siyahısını tərtib edir. Siyahıdan 90-dan çox oyun adı var. Aşağıda ən çox satan 10 buraxılış qeyd olunub:
Rəqəmsal yayım da daxildir |
Buraxılış | Tarix | Platforma(lar) | Satışlar (milyonla) |
---|---|---|---|
Monster Hunter World | yanvar 2018 | PlayStation 4, Xbox One, PC | 14.9 |
Resident Evil 5 | mart 2009 | PlayStation 3, Xbox 360 | 7.6 |
Resident Evil 6 | oktyabr 2012 | PlayStation 3, Xbox 360 | 7.4 |
Resident Evil 7: Biohazard | yanvar 2017 | PlayStation 4, Xbox One, PC | 7.0 |
Street Fighter II | iyun 1992 | Super Nintendo Entertainment System | 6.3 |
Resident Evil 2 Remake | yanvar 2019 | PlayStation 4, Xbox One, PC | 5.8 |
Resident Evil 2 | yanvar 1998 | PlayStation | 4.96 |
Monster Hunter Freedom 3 | dekabr 2010 | PlayStation Portable | 4.9 |
Monster Hunter Generations | noyabr 2015 | Nintendo 3DS | 4.3 |
Monster Hunter 4 Ultimate | oktyabr 2014 | Nintendo 3DS | 4.2 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.