Başqırdıstan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri.
Başqırdıstan | |
---|---|
Башҡортостан Республикаhы | |
State Anthem of the Republic of Bashkortostan[1] |
|
54°28′ şm. e. 56°16′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Ufa |
Dövlət Başçısı | Radiy Xabirov |
Baş Nazir | Andrey Nazarov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 oktyabr 1990 |
Sahəsi |
|
Hündürlük | 214 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-BA |
Telefon kodu | 347 |
Avtomobil nömrəsi | 02, 102 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir.[2]
Başqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur.
Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır. Onların ilk sabit yerləşim yer kimi cənubi Ural dağları sayılır. Başqırdıstan sözünün mənşəyi buranın yerli xalqı olan Başqırdlardan gəlir. Ölkənin rusca adı olan "Başkıriya" adı XVI əsrin sonlarında verilmişdir.
Başqır adına ilk dəfə VII əsrdə rast gəlinmişdir. X əsrdə Əl-Bəlkinin Başqırdlar haqqında yazdığına əsasən onlar iki yerə bölünürdü: bir qismi cənubi Uralda, digər qismi isə Bizans sərhədlərinə yaxın - Dənubə çayının sahillərində yaşayırdılar. Onunla eyni dövürdə yaşamış İbn Rüstənin təsfirinə görə isə Başqırlar Ural dağlarının hər iki tərəfində məskunlaşmış müstəqil bir xalq idi.
Başqırdıstan Respubikası hökuməti üç əsas dövlət xadimlərindən ibarətdir. Bunlar Başqırdıstan Respublikası Dövlət Başçısı, Başqırdıstan Respublikası Baş Naziri və Başqırdıstan Respublikası Qurultayının sədridir. Ayrıca Başqısrdıstan Respublikasında Təhsil Nazirliyi və s. mövcuddur.
Başqırdıstanda rəsmi olaraq qeyri-iş günü olan bayramlar, milli bayramlar və yaddaqalan tarixlər vardır. Bütün rəsmi bayramlar Başqırdıstan Respublikasının qanunları ilə müəyyən edilir.
2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikanın əhalisi 4.104.336 nəfərdir.[3] 2016-cı ildə əhalinin sayı 4071 064 nəfər olub. Əhali sıxlığı 1 km²-də 28,48-dir. Əhalinin 61,8%-i (251 5900 nəfər) paytaxt Ufada yaşayır.
Əhalinin siyahıya alınmalarına 1920 üzrə (görə) Başqırdıstanın əhalisinin milli tərkibinin Dinamikası — 2010 il:
1920 [7][8] nəfər | % | 1926 [9] nəfər | % | 1939 [10] nəfər | % | 1959 [11] nəfər | % | 1970 [12] alınlar. | % | 1979 [13] nəfər | % | 1989 [14] nəfər | % | 2002 [15] nəfər | % faizlə | 2010 [16][17] nəfər | % ümumi | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 1010124 | 100,00 % | 2665836 | 100,00 % | 3158969 | 100,00 % | 3341609 | 100,00 % | 3818075 | 100,00 % | 3844280 | 100,00 % | 3943113 | 100,00 % | 4104336 | 100,00 % | 4072292 | 100,00 % | |
Ruslar | 341024 | 33,76 % | 1064707 | 39,95 % | 1281347 | 40,56 % | 1418147 | 42,44 % | 1546304 | 40,50 % | 1547893 | 40,26 % | 1548291 | 39,27 % | 1490715 | 36,32 % | 1432906 | 35,19 % | |
Başqırdlar | 371884 | 36,82 % | 625845 | 23,48 % | 671188 | 21,25 % | 737711 | 22,08 % | 892248 | 23,37 % | 935880 | 24,34 % | 863808 | 21,91 % | 1221302 | 29,76 % | 1172287 | 28,79 % | |
Tatarlar | 187015 | 18,51 % | 461871 | 17,33 % | 777230 | 24,60 % | 768566 | 23,00 % | 944505 | 24,74 % | 940436 | 24,46 % | 1120702 | 28,42 % | 990702 | 24,14 % | 1009295 | 24,78 % | |
Krəşinlər [18] tərkibində | 37 | 0,00 % | 4510 | 0,11 % | 3801 | 0,09 % | |||||||||||||
Mişərlər [18] | 135960 | 5,10 % | 93 | 0,00 % | |||||||||||||||
Teptyarlar [18] | 23290 | 0,87 % | |||||||||||||||||
Çuvaşlar | 33946 | 3,36 % | 84886 | 3,18 % | 106892 | 3,38 % | 109970 | 3,29 % | 126638 | 3,32 % | 122344 | 3,18 % | 118509 | 3,01 % | 117317 | 2,86 % | 107450 | 2,64 % | |
Marilər | 7894 | 0,78 % | 79298 | 2,98 % | 90163 | 2,85 % | 93902 | 2,81 % | 109638 | 2,87 % | 106793 | 2,78 % | 105768 | 2,68 % | 105829 | 2,58 % | 103658 | 2,55 % | |
Ukraynalılar | 31165 | 3,09 % | 76710 | 2,88 % | 92289 | 2,92 % | 83594 | 2,50 % | 76005 | 1,99 % | 75571 | 1,97 % | 74990 | 1,90 % | 55249 | 1,35 % | 39875 | 0,98 % | |
Udmurtlar | 440 | 0,04 % | 23256 | 0,87 % | 25103 | 0,79 % | 25388 | 0,76 % | 27918 | 0,73 % | 25906 | 0,67 % | 23696 | 0,60 % | 22625 | 0,55 % | 21477 | 0,53 % | |
Mordvalar | 22603 | 2,24 % | 49813 | 1,87 % | 57826 | 1,83 % | 43582 | 1,30 % | 40745 | 1,07 % | 35900 | 0,93 % | 31923 | 0,81 % | 26020 | 0,63 % | 20300 | 0,50 % | |
Beloruslar | 1928 | 0,19 % | 18281 | 0,69 % | 23761 | 0,75 % | 20792 | 0,62 % | 17393 | 0,45 % | 17985 | 0,47 % | 17038 | 0,43 % | 17117 | 0,42 % | 11680 | 0,29 % | |
Ermənilər | 2 | 0,00 % | 38 | 0,00 % | 391 | 0,01 % | 1732 | 0,05 % | 1171 | 0,03 % | 1517 | 0,04 % | 2258 | 0,06 % | 8784 | 0,21 % | 9407 | 0,23 % | |
Özbəklər | | | 8 | 0,00 % | 243 | 0,01 % | 534 | 0,02 % | 1133 | 0,03 % | 1386 | 0,04 % | 2282 | 0,06 % | 5145 | 0,13 % | 7945 | 0,20 % | ||
Almanlar | 8602 | 0,85 % | 6448 | 0,24 % | 6030 | 0,19 % | 12817 | 0,38 % | 12104 | 0,32 % | 11316 | 0,29 % | 11023 | 0,28 % | 8250 | 0,20 % | 5909 | 0,15 % | |
Azərbaycanlılar | 10 | 0,01 % | 124 | 0,00 % | 772 | 0,02 % | 464 | 0,01 % | 1103 | 0,03 % | 2373 | 0,06 % | 5026 | 0,12 % | 5737 | 0,14 % | |||
Qazaxlar | 114 | 0,01 % | 9776 | 0,31 % | 4179 | 0,13 % | 3108 | 0,08 % | 2876 | 0,07 % | 3564 | 0,09 % | 4092 | 0,10 % | 4373 | 0,11 % | |||
Taciklər | 1 | 0,00 % | 42 | 0,00 % | 150 | 0,00 % | 292 | 0,01 % | 735 | 0,02 % | 2939 | 0,07 % | 4127 | 0,10 % | |||||
Yəhudilər | 152 | 0,02 % | 2185 | 0,08 % | 3796 | 0,12 % | 7467 | 0,22 % | 6668 | 0,18 % | 5851 | 0,15 % | 4835 | 0,12 % | 2367 | 0,06 % | 1900 | 0,05 % | |
Vyetnamlılar | 39 | 0,00 % | 1 | 0,00 % | 12 | 0,00 % | 1204 | 0,03 % | 1337 | 0,03 % | |||||||||
Latışlar | 472 | 0,05 % | 7045 | 0,26 % | 6692 | 0,21 % | 3804 | 0,11 % | 3531 | 0,09 % | 2604 | 0,07 % | 1956 | 0,05 % | 1508 | 0,04 % | 1117 | 0,03 % | |
Gürcülər | 4 | 0,00 % | 10 | 0,00 % | 300 | 0,01 % | 362 | 0,01 % | 269 | 0,01 % | 576 | 0,01 % | 811 | 0,02 % | 1341 | 0,03 % | 1045 | 0,03 % | |
Qaraçılar | 7 | 0,00 % | 325 | 0,01 % | 515 | 0,02 % | 255 | 0,01 % | 271 | 0,01 % | 491 | 0,01 % | 650 | 0,02 % | 684 | 0,02 % | 1004 | 0,02 % | |
Çeçenlər | 2 | 0,00 % | 15 | 0,00 % | 41 | 0,00 % | 92 | 0,00 % | 241 | 0,01 % | 1195 | 0,03 % | 992 | 0,02 % | |||||
Moldavanlar | 12 | 0,00 % | 62 | 0,00 % | 382 | 0,01 % | 793 | 0,02 % | 584 | 0,02 % | 945 | 0,02 % | 1069 | 0,03 % | 872 | 0,02 % | |||
Yezidilər | 577 | 0,01 % | 797 | 0,02 % | |||||||||||||||
Türkmənlər | 3 | 0,00 % | 3 | 0,00 % | 39 | 0,00 % | 133 | 0,00 % | 332 | 0,01 % | 441 | 0,01 % | 701 | 0,02 % | 783 | 0,02 % | |||
Koreyalılar | 2 | 0,00 % | 32 | 0,00 % | 183 | 0,01 % | 203 | 0,01 % | 237 | 0,01 % | 722 | 0,02 % | 777 | 0,02 % | |||||
Yunanlar | 13 | 0,00 % | 68 | 0,00 % | 1466 | 0,04 % | 1183 | 0,03 % | 1099 | 0,03 % | 1083 | 0,03 % | 1038 | 0,03 % | 753 | 0,02 % | |||
Polyaklar | 486 | 0,05 % | 1655 | 0,06 % | 1316 | 0,04 % | 1100 | 0,03 % | 980 | 0,03 % | 935 | 0,02 % | 757 | 0,02 % | 660 | 0,02 % | 504 | 0,01 % | |
Qırğızlar | 134 | 0,00 % | 155 | 0,00 % | 124 | 0,00 % | 1171 | 0,03 % | 306 | 0,01 % | 308 | 0,01 % | 454 | 0,01 % | |||||
Ləzgilər | 6 | 0,00 % | 1 | 0,00 % | 23 | 0,00 % | 77 | 0,00 % | 104 | 0,00 % | 188 | 0,00 % | 313 | 0,01 % | 374 | 0,01 % | |||
Bolqarlar | 3 | 0,00 % | 25 | 0,00 % | 699 | 0,02 % | 627 | 0,02 % | 548 | 0,01 % | 509 | 0,01 % | 451 | 0,01 % | 318 | 0,01 % | |||
Türklər | 17 | 0,00 % | 12 | 0,00 % | 44 | 0,00 % | 24 | 0,00 % | 23 | 0,00 % | 40 | 0,00 % | 470 | 0,01 % | 315 | 0,01 % | |||
İnquşlar | 5 | 0,00 % | 169 | 0,00 % | 26 | 0,00 % | 63 | 0,00 % | 183 | 0,00 % | 278 | 0,01 % | |||||||
Osetinlər | 83 | 0,00 % | 226 | 0,01 % | 302 | 0,01 % | 379 | 0,01 % | 256 | 0,01 % | 262 | 0,01 % | 265 | 0,01 % | |||||
başqaları | 2173 | 0,22 % | 4110 | 0,15 % | 2466 | 0,08 % | 3899 | 0,12 % | 2538 | 0,07 % | 2646 | 0,07 % | 2801 | 0,07 % | 3805 | 0,09 % | 4409 | 0,11 % | |
milliyəti göstərdi | 1010124 | 100,00 % | 2665836 | 100,00 % | 3158020 | 99,97 % | 3341501 | 100,00 % | 3818068 | 100,00 % | 3844271 | 100,00 % | 3943091 | 100,00 % | 4099970 | 99,89 % | 3974720 | 97,60 % | |
milliyəti göstərmədi | 0 | 0,00 % | 0 | 0,00 % | 949 | 0,03 % | 108 | 0,00 % | 7 | 0,00 % | 9 | 0,00 % | 22 | 0,00 % | 4366 | 0,11 % | 97572 | 2,40 % |
Başqırdıstanda aparıcı din islamın sünni məzhəbidir (67%). İkinci pillədə xristianlığın pravoslav məzhəbi durur (22%).
Əhalinin 36,1%-i ruslar, 29,5%-i başqırdlar, 25,4%-i tatarlar, 2,7%-i çuvaşlar, 2,6%-i marilər, 1%-i ukraynalılar, 2,7%-i isə digər xalqlar təşkil edir.
Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş regionlarından biridir.
Başqırdıstanda ilk neft hasilatı 1932-ci ildə başlamışdır. 1943-cü ildə burada böyük neft yataqları aşkar edildi. 1941-1945 ikinci dünya müharibəsi dövründə Başqırdıstan qərbi Rusiyadan gətirilmiş, Sovet Sosialist Respublikasını silah, yanacaq, yemək və sairlə təmin edən zavodlarla təmin edildi. Müharibədən sonrakı illərdə də Başqırdıstan sənayesi, xüsusilə mədənçilik, maşınqayırma və neft emalı sənayesi inkişaf etməyə davam etdi. Başqırdıstan sənayesi sonralar Rusiyanın Avropaya uzanmış hissəsinin iqtisadiyyatının möhkəm təməli olmuşdur.
Başqırdıstan müxtəliflik baxımından Rusiya Federasiyasının mühüm sənaye mərkəzidir. Böyük kənd təsərrüfatı zonasıdır, amma ölkənin əsas sənayesi kimya sənayesidir. Başqırdıstan Rusiyanın digər regionlarına nisbətən daha çox neft hasil edir. Rusiyanın təxminən 17%-ni benzinlə, 15%-ni isə dizel yanacağı ilə təmin edir. İstehsal olunan digər sənaye məhsullarına misal kimi araq, plastik kütlə və kənd təsərrüfatı dərmanını misal göstərmək olar.
Respublika ərazsində 54 inzibati rayon, 21 şəhər, 40 şəhər tipli qəsəbə və 4.513 kənd vardır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.