From Wikipedia, the free encyclopedia
Azər Barat oğlu Quliyev (12 yanvar 1960, Bakı) — Azərbaycan kino prodüseri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2008)
Azər Quliyev | |
---|---|
Azər Barat oğlu Quliyev | |
Doğum tarixi | 12 yanvar 1960 (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | film prodüseri |
Azər Quliyev 12 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981–1985-ci illərdə Moskvanın kinematoqrafiya İnstitutunun kino istehsalının təşkilatı fakültəsini bitirib.[1]
1985-ci ildən 2002-ci ilə qədər "Azərbaycanfilm" kinostudiyasında baş iqtisadçı, 2002-ci ildən isə kinostudiyanın istehsalat və maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Bu illər ərzində "Qəzəlxan" (1993), "Qəm pəncərəsi" (1986) və "Cavad xan" (2009) mürəkkəb quruluşlu tarixi filmlərdə, xarici ölkələrlə müştərək istehsalı olan "Üç qız" (2006), "Salandar"(1995) və "Ondan yaxşı qardaş yox idi" (2010), dərin psixoloji xarakterli "Başqa dünya" (1992) "Ata" (1988) və "Süd dişinin ağrısı" (1987) və müasir problemlərə həsr olunmuş "Qala" (2008), "Buta" (2010) və "Çölçü" (2011) filmlərində icraçı prodüser kimi fəaliyyət göstərmişdir.[1]
Azər Quliyev bir çox filmlərin prodüseri, bəzi film layihələrinin müəllifi və rəhbəridir.[1]
Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]
İnzibatçı kimi
Film direktoru kimi
İcraçı prodüser kimi
Layihə rəhbəri kimi
Xətt prodüseri kimi
Digər
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.