From Wikipedia, the free encyclopedia
Cavad xan — Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən film.[1]
Cavad xan | |
---|---|
Janr |
dram tarixi döyüş müharibə |
Rejissor | Rövşən Almuradlı |
Ssenari müəllifi | Sabir Rüstəmxanlı |
Baş rollarda |
Nurəddin Mehdixanlı — Cavad xan Ramiz Novruz — Sisianov Salam İsmayıl — Şeyx Yusif Nuriyyə Hüseynova — Şükufə xanım |
Operator | Məhəmməd Məcidi |
Rəssamlar |
Rafiz İsmayılov Rafiq Nəsirov |
İstehsalçı | "Bizim Kino" Prodüser Mərkəzi |
İlk baxış tarixi | 31 iyul 2009, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 120 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2009 |
Texniki məlumatlar |
12 hissə 3265 m 35 mm "Kodak" kinolenti |
Rəng | rəngli |
Film XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun (Ramiz Novruz) başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan (Nurəddin Mehdixanlı) haqqındadır.[2]
2011-ci ildə İstanbul Universitetinin Avrasiya İnstitutunda “Cavad xan” bədii filminin nümayişi olub.[3]
Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı keçirilmişdir.[4]
Filmdəki paltar və qiyafətlər Sankt-Peterburq şəhərindən sifariş edilib gətirilmişdir.
Filmdə 130-a qədər aktyor çəkilmişdir.
Filmin kütləvi səhnələrində daxili qoşunların əsgərləri də iştirak etmişdir.
Film Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında çəkilir.
Əsərin çəkilməsi üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da bu yetərli olmayıb. Yazıçının prezidentə müraciətindən sonra əlavə vəsait ayrılıb.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bizim Kino" prodüser mərkəzində çəkilir.
Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq xüsusi kompüter qrafikasından istifadə edilmişdir.
Filmin Türkiyədə də premyerası gözlənilir.
Cavad xanın divanxanası, kitabxana, Alban kilsəsinin daxili çəkilişləri pavilyonda, gürcü çariçanın ziyafət səhnəsi Mahnı Teatrında aparılıb. Kitabxananın yanma səhnəsində kompüter qrafikasından istifadə olunub.
Filmin çəkilişləri 2007-ci ilin aprelində başlayıb – avqusta qədər aparılıb.
Film üçün 58 dəqiqəni əhatə edən 20 musiqi yazılmışdır.
Filmin premyerası Milli kino günündə — 31 iyul 2009-cu ildə Heydər Əliyev adına sarayda keçirilmişdir (qeyd: Milli kino günü 2 avqustdur. 2009-cu ildə bu tarix bazar gününə düşdüyü üçün tədbir 2 gün əvvələ 31 iyula keçirilmişdi).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.