From Wikipedia, the free encyclopedia
Əli Fərhad oğlu Məmmədov (17 aprel 1965, Naxçıvan) — Azərbaycanlı kaskadyor.
Əli Məmmədov | |
---|---|
Əli Fərhad oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
Azərbaycan Azərbaycan SSR |
Fəaliyyəti |
Kaskadyor Aktyor |
Fəaliyyət illəri | 1989-indiyədək |
Mükafatları |
![]() |
Əli Fərhad oğlu Məmmədov 17 aprel 1965-ci ildə Naxçıvanda anadan olub. 7 yaşından etibarən boksla və şərq əlbəyaxa döyüş idman növü ilə məşğul olub. Boks üzrə 1979-cu ildə Naxçıvan şəhər birliyində 1-ci yerə layıq görülüb. Həmçinin 1980–1981-ci ildə 2 qat Azərbaycan çempionu olub. 1985–1989-cu illərdə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1990-cı ildə tövsiyə əsasında Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasına göndərilib. Döyüş və at üstündə yüksək səviyyədə təlimlər keçib, peşəkar kaskadyor lisenziyası alıb.[1]
Əli Məmmədov 1989-cu ildə usta rəssam ixtisası üzrə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına cizgi filmləri sexinə təyinat alıb. Qırğızıstanda yerləşən kaskadyorlar assosiasiyasında təlimlərdən qayıtdıqdan sonra "Azərbaycanfilm"-də trüklərin quruluşçusu və kaskadyor kimi filmlərdə çalışmağa başlayıb. Əli Məmmədov Azərbaycan filmləri ilə yanaşı "Silah" (Rusiya, Tacikistan, serial, 2007), "Dənizçi" (Rusiya, 2007), Jurnalist (Rusiya, serial, 2006), "Tələbə" (Rusiya, 2005), "Qraf Krestofski" (Rusiya, 2002, serial), "Dronqo" (Rusiya, 2001, serial), "Məleykələr" (İran, 1990) adlı Amerika, Rusiya, İran, Tacikistan və Fransa filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda trük quruluşçusu və ifaçısı olub. Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir.[1] Əli Məmmədov 30-dan çox filmdə çəkilib.[2] Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 iyul tarixli Sərəncamına əsasən Azərbaycan Respbulikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Aktyor kimi
Kaskadyor kimi
Trüklərin quruluşçusu
Seamless Wikipedia browsing. On steroids.