From Wikipedia, the free encyclopedia
Qala — Rejissor Şamil Nəcəfzadənin filmi.[2]
Bu məqalə Qala filmi haqqındadır. Digər mənalar üçün Qala (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qala | |
---|---|
Fayl:Qala (film, 2008).jpg | |
Janr |
dram faciəvi komediya |
Rejissor | Şamil Nəcəfzadə |
Ssenari müəllifləri |
Şamil Nəcəfzadə Ramiz Rövşən |
Baş rollarda |
Rasim Balayev — Soltan Firəngiz Mütəllimova — Nazpəri Sona Mikayılova — Əsli |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Cahangir Zülfüqarov |
Rəssamlar |
Arif Məhərrəmov Əziz Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 avqust 2008, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 83 dəq.[1] |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1334469 |
Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.
Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.
Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar.[3]
Filmin nüsxəsi İranda çıxarılmış, səs yazılma prosesi isə Moskvada həyata keçrilmişdir. "Dolbi stereo" səs sistemi ilə yazılmışdır.
Kütləvi səhnələrdə kənd camaatından istifadə olunub.
Şamil Nəcəfzadə filmin süjetini hələ 1991-ci ildə yazmışdı.
Əvvəlki: Qafqaz |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2008 |
Sonrakı: Sahə |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.